çərşənbə günü, 23 sentyabr 2026
     

Asimmetrik dron müharibəsi fenomeni dünyanın ən böyük ordularını çökdürür - ABŞ, Rusiya, İsrail...

Image


Rusiya 2022-ci ildə Ukraynaya qarşı tammiqyaslı işğala başlayanda Kiyevi bir neçə günə tutacağını gözləyirdi. Oxşar şəkildə, ABŞ və İsrail də fevralın sonunda İranı bombalamağa başlayarkən İslam Respublikasının qısa müddətdə çökəcəyini düşünürdü. Amma hər iki halda böyük hərbi güclər daha kiçik və zəif rəqiblərini məğlub edə bilmədilər. Ukrayna və İranın ucuz, yerli istehsal olan dronları döyüş meydanının qaydalarını dəyişdi.

Ekspertlərin bildirdiyinə görə, Ukrayna və Yaxın Şərqdəki münaqişələr asimmetrik dron müharibəsi fenomenini meydana çıxarıb. Hərbi baxımdan zəif tərəflər raket çatışmazlığını və müasir hərbi hava qüvvələrinin yoxluğunu məhz dronlar vasitəsilə kompensasiya edirlər. Fransanın "Atum Mundi" analitik mərkəzinin eksperti Kleman Molen deyir: "Dron müharibəsi yenidir; o, ənənəvi hərbi vasitələri əvəz etmir, sadəcə onlardan istifadə metodlarını dəyişdirir". Təhlilçi müasir müharibələrdə təyyarə, tank, logistika və piyada qüvvələrinin hələ də həlledici rol oynadığını, bununla belə, hərbi strategiyada dronların əhəmiyyətinin getdikcə artdığını bildirir: "Gələcəkdə dronlar süni intellektlə idarə olunan avtonom missiyalar yerinə yetirəcək. Pilotsuz yerüstü vasitələr həm logistikanı təmin edə, həm də hücum əməliyyatları apara biləcək. Dəniz dronları isə suüstü və sualtı döyüş imkanları yaratmaqla yanaşı, hazırda olduğu kimi "dron daşıyıcıları" rolunu da oynayacaq". Müasir hərbi hava qüvvələri və hava hücumundan müdafiə sistemlərindən məhrum olan İran ABŞ və İsrailin zərbələrinə raketlər və dronlarla cavab verib. Bundan başqa, strateji əhəmiyyətli Hörmüz boğazını bağlayan İran regionda dəniz nəqliyyatını faktiki olaraq iflic edib. Tək birinin qiyməti cəmi 7 min dollar olan İran dronlarının böyük qismi vurulsa da, Körfəz ölkələrində ciddi dağıntılar törətməyi bacarıb. Məlumata görə, aprelin 8-də atəşkəs qüvvəyə minənədək İran tərəfi regional hədəflərə təxminən 4 min "Şahed-136" və "Araş-2" kamikadze dronu buraxıb. Vaşinqtondakı Yaxın Şərq İnstitutunun İran üzrə müdafiə eksperti Fərzin Nədimi bildirir ki, İranın dron hücumları gəmiçiliyi iflic edib, hava və raketdən müdafiə radarlarına zərər vurub, qaz ixracını azaldıb və maliyyə baxımından çox baha başa gələn yüksək hazırlıq vəziyyəti yaradıb: "İranın kamikadze hücum dronları 2026-cı il münaqişəsində sübut etdi ki, hətta ciddi şəkildə zəiflədilmiş qüvvələr belə hücum potensialını qoruya bilər. Onlar davamlı və ucuz başa gələn tükəndirmə müharibəsi vasitəsilə qüvvələr balansını dəyişməyə qadirdirlər".

Rusiya ilə müharibədə Ukraynanın ucuz dronları da mühüm rol oynayır. Bu aparatlar təkcə cəbhədəki Rusiya qüvvələrini çıxılmaz vəziyyətə salmaqla kifayətlənməyib, həm də Kremlin Qara dəniz və Baltik dənizindəki hərbi donanmalarına, aerodromlarına və digər strateji obyektlərinə ciddi zərbələr endirib. Eyni zamanda, Rusiyanın iri neft emalı zavodlarının hədəf alınması ölkənin müharibə iqtisadiyyatını əhəmiyyətli dərəcədə sarsıdıb. Dron imkanları zəif olan Rusiya İrandan minlərlə aparat və texnologiya alıb, həmçinin daxili istehsalını inkişaf etdirib. Ekspertlərin fikrincə, dronlar həm Rusiya, həm də Ukrayna üçün müharibənin xarakterini tamamilə dəyişib: "Şahed" kamikadze dronları, ağır yükdaşıyan təchizat PUA-ları, FPV-lər və elektron maneələrə davamlı fiber-optik kabelli dronlar geniş tətbiq olunur. Yaxın Şərqdəki qeyri-dövlət aktorları və silahlı qruplaşmalar da getdikcə PUA-lardan daha fəal şəkildə istifadə edirlər. Livandakı "Hizbullah" və Yəməndəki husilər bu sıradadır. "Hizbullah" həm silahlı qruplaşma, həm də Livanın cənubunun böyük hissəsinə nəzarət edən siyasi təşkilatdır. ABŞ onu terror təşkilatı sayır, Avropa İttifaqı isə yalnız silahlı qanadını qara siyahıya salıb. "Hizbullah" İsraillə müharibədə ilk dəfə Rusiya hərbçilərinin tətbiq etdiyi və hazırda Ukrayna cəbhəsində geniş yayılmış fiber-optik dronlardan istifadə edib. Son bir ayda qruplaşma döyüşçüləri kilometrlərlə uzanan fiber-optik kabelli kamikadze dronları vasitəsilə İsrailin üç hərbçisini və bir mülki vətəndaşını qətlə yetiriblər. Bu pilotsuz aparatlar elektron müharibə maneələrinə məruz qalmır və yüksək dəqiqliklə istənilən istiqamətə yönləndirilə bilir. Husilər isə dron və raketlərlə Qırmızı dənizdə gəmilərin hərəkətini pozublar. Vaşinqtondakı Karnegi Beynəlxalq Sülh Fondunun eksperti Stiven Feldşteyn qeyd edir: "Hizbullah və husilər artıq göstəriblər ki, ucuz dron və raketlərə əsaslanan asimmetrik strategiyalar vasitəsilə rəqib ordulara böyük ziyan vurmaq mümkündür". Ekspertlərin fikrincə, hər iki qruplaşma İranın layihələrindən və texniki biliklərindən, əsasən Çindən gətirilən kommersiya komponentlərindən, həmçinin Ukrayna müharibəsinin dərslərindən bəhrələnib.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

SON XƏBƏRLƏR

23.09.2026 / 16:21
Vüqar Rəhimzadə: Dağ-mədən sənayesinin inkişafı Azərbaycanın iqtisadi potensialını daha da gücləndirəcək

23.09.2026 / 15:54
"Ermənistana elə çip-lər verəcəyik ki, dünyanın az ölkəsində var"- ABŞ Ermənistanda nə və kimə qarşı hazırlayır?..

23.09.2026 / 14:52
Trampın “Husilər taktikası”- Məkkə sazişlərinə qarşı düşünülmüş taktika...

23.09.2026 / 14:35
Mirzoyan Ermənistan hökumətinin TRIPP sazişi üzrə nümayəndəsi təyin edildi

23.09.2026 / 14:27
Onları ABŞ-dan Türkiyə gözləyirdi – 24 milyarda başqa dövlətə satdı... Səbəb?..

23.09.2026 / 14:14
İrəvanda keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan ekspertlərinin görüşü təxirə salındı

23.09.2026 / 14:08
Qafqaz Albaniyası və Efiopiya yazı sistemləri kontekstində erməni əlifbasının mənşəyi...

23.09.2026 / 13:59
Bərdədə “Kalaşnikov” satmaq istəyən şəxs tutuldu

23.09.2026 / 13:46
Kiyev iki rus oliqarxa qarşı sanksiyaların ləğvinə sərt reaksiya verdi - Zelenski ilə Lyayen arasında gərgin görüş...

23.09.2026 / 13:29
Oktyabrda Azərbaycanla Türkiyə elə sazişlər imzalayacaq ki... Gözləməyə dəyər...

23.09.2026 / 13:28
Rusiya Odessada yük gəmisini vurdu…

23.09.2026 / 13:14
ABŞ Dövlət katibi əmin danışdı - Putin Ukraynaya qarşı müharibədə qalib gələ bilməyəcək…

23.09.2026 / 13:11
Bodrumda yerli həyatın izində: Egey sahilinin fərqli üzünü kəşf edin - FOTOLAR

23.09.2026 / 12:56
İranla müharibədə ölən ABŞ hərbçilərinin sayı 19-a çatdı…

23.09.2026 / 12:42
Şara Trampa Nyu-Cersini İsrailə verməyi təklif edib - Onlara vermək üçün Qolan təpələriniz yoxdur, amma Nyu-Cersi sizindir…

23.09.2026 / 12:30
Prezident İsveçin yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 12:27
ABŞ bu gün “Tramp marşrutu” ilə bağlı yeni fondun yaradıldığını elan ediləcək…

23.09.2026 / 11:40
Fransaya casusluqda ittiham olunan Martin Ryan da əfv olundu

23.09.2026 / 11:36
Rusiya Ukraynaya daha bir genişmiqyaslı hücuma hazırlaşır - Zelenski xəbərdarlıq etdi…

23.09.2026 / 11:23
Prezident əfv Sərəncamı imzaladı

23.09.2026 / 11:17
Naxçıvanda 10 min manatlıq dələduzluq - tanınmış idmançı saxlandı...

23.09.2026 / 11:15
Prezident İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 11:12
Prezident İlham Əliyev Səudiyyə Kralını təbrik etdi

23.09.2026 / 11:02
“Azərbaycanla dəmir yolu əlaqəsi quracağıq” - Paşinyan ABŞ-da TRIPP-dən danışdı…

23.09.2026 / 10:45
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı

23.09.2026 / 10:32
Hörmüz boğazında İranın Qeşm adası yaxınlığında güclü partlayış - 10 nəfər öldü…

23.09.2026 / 10:20
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiqləndi

23.09.2026 / 10:15
Ev şəraitində hazırlanıb bazara çıxarılan qidalara sertifikat tələbi olunur? - AQTA-dan iddialara cavab...

23.09.2026 / 09:53
Bü gün Nyu-Yorkda Lavrov və Rubio arasında görüş keçiriləcək

23.09.2026 / 09:42
Rusiya erməniləri Avropaya inteqrasiyanın təhlükələrini qiymətləndirməyə çağırdı…

23.09.2026 / 09:37
Fransa Avroittifaqın sanksiya qərarından yararlana bilmədi - Usmanov siyahıdan çıxarıldı

23.09.2026 / 09:25
Uzun mübahisələrdən sonra Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı saziş imzalandı - Tramp istədiyini aldımı...

23.09.2026 / 09:19
Məmməd Musayevə ilə cinayət işi açıldı...

23.09.2026 / 08:52
Restoranda müştərinin bank kartını oğurlayıb 1590 manatını ələ keçirdi...

23.09.2026 / 08:29
Ceyhun Bayramov ABŞ Prezidentinin ev sahibliyi etdiyi qəbulda iştirak edib

23.09.2026 / 08:10
Ceyhun Bayramov Əraqçi ilə görüşdü....

22.09.2026 / 23:34
Ərdoğanın BMT-də çıxışı zamanı İsrail heyəti, Trampın çıxışı zamanı isə kubalılar zalı tərk etdi…

22.09.2026 / 23:08
Nyu-Yorkda ABŞ və İran arasında 3 saat davam edən sürpriz görüş - Tramp açıqladı…

22.09.2026 / 22:53
Səfirlik İranda qalan vətəndaşlarımızın ölkəyə qayıtması məsələsinə aydınlıq gətirdi - quru yolla...

22.09.2026 / 22:47
İran Hörmüzü açmaq üçün ABŞ qarşısında şərt qoydu – blokada və hərbi təzyiqi dayandırın...

22.09.2026 / 22:30
NATO Rusiya sərhədində nüvə silahı yerləşdirir - Litva ilk addımı atdı...

22.09.2026 / 22:19
Lukaşenkonun Suvalk təlimi - Avropa Rusiya ilə müharibə hazırlığına başladı...

22.09.2026 / 22:12
"...Azərbaycan və Ermənistan arasında davamlı sülh bərqərar olacaq" - Ərdoğan

22.09.2026 / 21:57
Vahid məktəbli formasına xor baxanlara mesaj - Bilirsiniz bu forma nələr edir...

22.09.2026 / 21:35
Sərhədlər açıq olsaydı Rusiya Tiflisə qarşı bu planı Bakıya da tətbiq edərdi...

22.09.2026 / 21:18
Özbəkistanın Türkiyə dəmiryollarına çıxışı Naxçıvana böyük gələcək vəd edir...

22.09.2026 / 21:02
Putin Ermənistan dövlətini təbrik etdi, Paşinyanı təbrik etmədi...

22.09.2026 / 20:43
Paşinyan mövqeyini dəyişmir: Rusiyanın Ermənistan dəmir yollarını idarə etməsinə son qoyulmalıdır...

22.09.2026 / 20:27
Revanşçılar Ermənistanın müstəqilliyini Kərki kəndində qeyd etdilər - Kərki ilə bağlı plan gözlərində qalacaq...

22.09.2026 / 20:23
“Formula 1”lə əlaqədar sabahdan universitetlərdə dərslər distant olacaq

22.09.2026 / 20:10
Xristianlığı dövlət dini kimi ilk qəbul edən Azərbaycan dövləti - Erməni iddiaları zibilliyə atıldı...

22.09.2026 / 19:54
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib

22.09.2026 / 19:47
İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırılır...

22.09.2026 / 19:36
Lənkəranda evdən içərisində 75 min manat olan seyf oğurlandı...

22.09.2026 / 19:30
"Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam" - Tramp

22.09.2026 / 19:27
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı oldu - FOTO/VİDEO

22.09.2026 / 19:16
Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

22.09.2026 / 19:04
Kommunist Partiyasının siyasi varisi Almaniyada hakimiyyətə gəlir

22.09.2026 / 18:55
Azərbaycandan Gürcüstanın ərazi bütövlüyünə tam dəstək - qondarma “seçkiləri”ni tanımırıq...

22.09.2026 / 18:48
Ermənistanın baş kəşfiyyatçısı Bakıda

22.09.2026 / 18:30
Tramp Çinlə birlikdə Rusiyaya qarşı “süni intellekt planı” işləyir...

22.09.2026 / 18:16
Avropanın elektrik təminatı Azərbaycan və Türkiyənin əlində cəmləşə bilər... Oktyabrda saziş...

22.09.2026 / 17:59
Paşinyan 102-ci bazadan sonra Rusiya sərhədçilərinin də ayağını ölkədən kəsmək istəyir...

22.09.2026 / 17:45
Neft 120 dollara qalxır - Yəməndə münaqişənin təsirləri regionun hüdudlarını aşdı...

22.09.2026 / 17:20
Azərbaycanla Türkiyə hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib

22.09.2026 / 17:15
Özbəkistan Fransa ilə İlham Əliyevdən xəbərsiz nə hazırlayıb - Usmanov işi...

22.09.2026 / 16:57
Eldəniz Quliyev: “Yaranan situasiya ilə əlaqədar yeganə çarəmiz ölkə başçısına müraciət etmək idi” - MÜSAHİBƏ

22.09.2026 / 16:39
ABŞ mliyyə naziri Hörmüz boğazı barədə inanılmaz sözlər danışdı...

22.09.2026 / 16:08
Putin Duma seçkisindən sonra ümumi səfərbərlik edəcək – Avropada panika...

22.09.2026 / 15:45
Ərdoğan BMT TŞ-də veto hüququnun ləğvini istədi – Rusiya qarşı çıxdı...

22.09.2026 / 15:37
Kənan Musayev: “Tələbimiz odur ki, alternativ namizdələrin iştirakı ilə seçki yenidən keçirilsin”

22.09.2026 / 15:35
ABŞ Lavrovun müavininə viza verməkdən imtina etdi...

22.09.2026 / 15:12
Maarif Məhərrəmbəyli: “Seçkinin nəticələri ləğv olunmalıdır”

22.09.2026 / 14:38
DİN müsabiqə elan edir

22.09.2026 / 14:30
“AzerGold” 2030-cu ilədək illik dövriyyəsini 1 milyard manata çatdırmağı hədəfləyir

22.09.2026 / 14:03
"Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır" - Prezident

22.09.2026 / 14:01
Prezident İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxundu

22.09.2026 / 13:57
Prezident: "Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür"

22.09.2026 / 13:55
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir" - Prezident

22.09.2026 / 13:49
IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb

22.09.2026 / 13:35
Bakıda daha bir estetik klinikada "ÇP" çıxdı - ali təhsili olmayan "kosmetoloq" əməliyyat aparır...

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ