Ermənistan yaxın gələcəkdə Azərbaycanla sülh müqaviləsi bağlamaq niyyətindədir. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
"Biz bu istiqamətdə işimizi davam etdirəcəyik", - deyə Ermənistanın Baş naziri bildirib.
Paşinyan həmçinin qeyd edib ki, "Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu" (TRIPP) layihəsinin təsdiq prosesinə də tezliklə başlanılacaq.
"Qeyd etmək vacibdir ki, bu, həqiqətən vəziyyəti dəyişdirən bir layihədir, çünki Ermənistan "Sülh Yollarının Kəsişməsinə" çevrilir", - deyə baş nazir bildirib.
Tahir TAĞIYEV