çərşənbə günü, 23 sentyabr 2026
     

İran qazını Oman qazı kimi satan Türkiyə vətəndaşı problem yaratdı...

Image


Akif Nağı: "ABŞ-a Türkiyə ilə münasibətləri korlamaq sərfəli deyil"

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İranın enerji gəlirlərini azaltmaq və beynəlxalq maliyyə sisteminə çıxışını məhdudlaşdırmaq məqsədilə yeni sanksiyalar tətbiq edib. Məhdudiyyətlər İranın mayeləşdirilmiş təbii qazının mənşəyini gizlədərək onu müxtəlif ölkələrə ixrac edən beynəlxalq şəbəkəni hədəfə alır. ABŞ rəsmilərinin məlumatına görə, bu fəaliyyətlər zamanı müxtəlif ölkələrdə yaradılmış şirkətlərdən və maliyyə mexanizmlərindən istifadə olunub. Sanksiyalar çərçivəsində bir sıra fiziki şəxslər, şirkətlər, tanker gəmiləri və onların sahibləri qara siyahıya daxil edilib.

Bununla yanaşı, OFAC İranın xarici valyuta əməliyyatlarında iştirak etdiyi bildirilən maliyyə şəbəkəsinə qarşı da tədbirlər görüb. ABŞ tərəfi bu şəbəkənin sanksiyalara məruz qalan İran bankları adından böyük həcmdə maliyyə əməliyyatları həyata keçirdiyini iddia edir. Yeni qərara əsasən, sanksiya tətbiq olunan şəxslərin və qurumların ABŞ yurisdiksiyasına daxil olan aktivləri dondurulur, onlarla hər hansı maliyyə və kommersiya əməliyyatı qadağan edilir. ABŞ həmçinin bu şəxslər və qurumlarla əməkdaşlığı davam etdirən xarici şirkətlərin də ikinci dərəcəli sanksiyalarla üzləşə biləcəyi barədə xəbərdarlıq edib.

Məlumarda, həmçinin, Türkiyə vətəndaşı Məhəmməd Şakolun Mihandoust sxeminin təşkilatçıları sırasında adı çəkilir. Bu fakta görə Türkiyə-ABŞ mübasibətləri ziyan görə bilərmi?

Bu məsələnin Türkiyə-ABŞ münasibətlərinə ciddi zərbə vuracağı ehtimalı yüksək görünmür. ABŞ-ın tətbiq etdiyi sanksiyalar konkret şəxslərə, şirkətlərə və şəbəkələrə yönəlib. Sanksiya siyahısında Türkiyə vətəndaşının adının çəkilməsi avtomatik olaraq Türkiyə dövlətinin bu fəaliyyətlərdə iştirak etdiyi anlamına gəlmir.

Əgər ABŞ tərəfi sözügedən şəxsin İranın sanksiyalardan yayınma mexanizmlərində iştirak etdiyini sübut etdiyini hesab edirsə, məsuliyyət ilk növbədə həmin şəxsə və onunla əlaqəli qurumlara aid olacaq. Beynəlxalq praktikada fərdi şəxslərin və ya özəl şirkətlərin fəaliyyəti adətən dövlətlərarası münasibətlərdən ayrı qiymətləndirilir.

Bununla belə, məsələ müəyyən siyasi müzakirələrə səbəb ola bilər. Vaşinqton Ankaradan araşdırmalarda əməkdaşlıq etməyi, maliyyə axınlarının izlənməsini və sanksiyaların pozulmasında iştirak etmiş şəxslərə qarşı tədbirlər görülməsini tələb edə bilər. Türkiyə bu istiqamətdə əməkdaşlıq nümayiş etdirərsə, mövzunun ikitərəfli münasibətlərdə ciddi böhrana çevrilməsi ehtimalı azalır.

Digər tərəfdən, ABŞ-ın İran siyasəti ilə bağlı Ankara və Vaşinqton arasında zaman-zaman fikir ayrılıqları mövcud olub. Buna görə də bəzi siyasi dairələr bu hadisədən təzyiq vasitəsi kimi istifadə etməyə çalışa bilər. Lakin NATO müttəfiqi olan Türkiyə ilə ABŞ arasında təhlükəsizlik, müdafiə, regional siyasət və iqtisadi əməkdaşlıq kimi daha geniş strateji məsələlər mövcuddur. Bu səbəbdən tək bir şəxsin və ya şirkətin sanksiya siyahısına salınmasının iki ölkə arasındakı münasibətləri köklü şəkildə dəyişdirəcəyi gözlənilmir.

Ümumilikdə, Türkiyə vətəndaşı Məhəmməd Şakolun adının OFAC sənədlərində hallandırılması müəyyən diplomatik narahatlıq yarada bilsə də, Türkiyə hakimiyyətinin məsələ ilə bağlı mövqeyi və ABŞ-la əməkdaşlıq səviyyəsi bu hadisənin münasibətlərə təsirinin miqyasını müəyyən edən əsas amil olacaq.

Akif Nağı:

Məsələ ilə bağlı "Bakı-Xəbər" qəzetinə açıqlama verən politoloq Akif Nağı bildirib ki, ABŞ İrana qarşı müxtəlif sanksiyalar tətbiq edir və bunlardan biri də neft-qaz əməliyyatlarının məhdudlaşdırılmasıdır.

Onun sözlərinə görə, belə məhdudiyyətlər tətbiq ediləndə ortaya sanksiyaların aşılmasına yardım etməklə qazanc əldə etmək istəyən şirkətlər və şəxslər çıxır: "Eyni zamanda sanksiyalar səbəbindən İran neft və qazını daha ucuz qiymətə satır ki, bu məhsulları almaq riskinə gedən tərəflər üçün cəlbedici olsun. Belə şirkətlər, şəxslər və hətta dövlətlər də tapılır. Qeyd edilən Mihandoust sxemi də İranla müştəriləri arasında vasitəçilik mexanizmini özündə ehtiva edir. ABŞ isə bu vasitəçilərə qarşı da sanksiyalar tətbiq edir ki, onların fəaliyyətini çətinləşdirsin və əməliyyatlarını iflic etsin. Buna bənzər başqa mexanizmlər də mövcuddur”.

A.Nağı qeyd edib ki, ABŞ müxtəlif vasitələrlə İranın enerji daşıyıcılarının satışının qarşısını almağa çalışır: "Əvvəllər ABŞ tətbiq etdiyi bəzi sanksiyaların aşılmasına müəyyən hallarda göz yumurdu. Hətta bəzi Amerika şirkətləri də İranın ucuz enerji daşıyıcılarından qazanc əldə edirdilər. Müəyyən şərtlər daxilində İrana neft və qaz satmağa imkan verilirdi. Görünür, hərbi üsullar arzulanan nəticəni vermədiyindən Vaşinqton İrana qarşı daha sərt təzyiq və tükəndirmə siyasətinə üstünlük verir".

Politoloq hesab edir ki, bu məsələdə Türkiyənin adının hallandırılması narahatlıq doğuran məqamdır: “Ola bilər ki, hansısa Türkiyə vətəndaşı və ya türk şirkəti bu əməliyyatlarda qazanc əldə etmək məqsədilə iştirak edib. Ancaq bu, Türkiyə-ABŞ münasibətlərinə təsir etməməlidir. Türkiyə hakimiyyəti bütün türk mənşəli şirkətlərin və iş adamlarının fəaliyyətinə görə birbaşa məsuliyyət daşımır. Əlbəttə, belə şirkətlərin və şəxslərin cəzalandırılması və ya sanksiyalara məruz qalması məsələsində Türkiyə ABŞ-la əməkdaşlıq edə bilər, əgər buna ehtiyac yaranarsa. Türkiyə hökuməti də istəməz ki, türk mənşəli şirkətlər və iş adamları qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olsunlar".

A.Nağı vurğulayıb ki, oxşar hallarda ABŞ şirkətləri də iştirak edirsə, Vaşinqtonun başqa ölkələrə aid şirkətlərə görə dövlətlərə irad tutması məntiqli görünmür: "ABŞ istəsə, bundan bəhanə kimi istifadə edə bilər. Lakin bu da ağlabatan görünmür. Çünki Amerikaya Türkiyə ilə münasibətləri korlamaq sərfəli deyil. Türkiyə hökumətindən, uzağı, əməkdaşlıq istənilə bilər".

Dəniz NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

SON XƏBƏRLƏR

23.09.2026 / 16:21
Vüqar Rəhimzadə: Dağ-mədən sənayesinin inkişafı Azərbaycanın iqtisadi potensialını daha da gücləndirəcək

23.09.2026 / 15:54
"Ermənistana elə çip-lər verəcəyik ki, dünyanın az ölkəsində var"- ABŞ Ermənistanda nə və kimə qarşı hazırlayır?..

23.09.2026 / 14:52
Trampın “Husilər taktikası”- Məkkə sazişlərinə qarşı düşünülmüş taktika...

23.09.2026 / 14:35
Mirzoyan Ermənistan hökumətinin TRIPP sazişi üzrə nümayəndəsi təyin edildi

23.09.2026 / 14:27
Onları ABŞ-dan Türkiyə gözləyirdi – 24 milyarda başqa dövlətə satdı... Səbəb?..

23.09.2026 / 14:14
İrəvanda keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan ekspertlərinin görüşü təxirə salındı

23.09.2026 / 14:08
Qafqaz Albaniyası və Efiopiya yazı sistemləri kontekstində erməni əlifbasının mənşəyi...

23.09.2026 / 13:59
Bərdədə “Kalaşnikov” satmaq istəyən şəxs tutuldu

23.09.2026 / 13:46
Kiyev iki rus oliqarxa qarşı sanksiyaların ləğvinə sərt reaksiya verdi - Zelenski ilə Lyayen arasında gərgin görüş...

23.09.2026 / 13:29
Oktyabrda Azərbaycanla Türkiyə elə sazişlər imzalayacaq ki... Gözləməyə dəyər...

23.09.2026 / 13:28
Rusiya Odessada yük gəmisini vurdu…

23.09.2026 / 13:14
ABŞ Dövlət katibi əmin danışdı - Putin Ukraynaya qarşı müharibədə qalib gələ bilməyəcək…

23.09.2026 / 13:11
Bodrumda yerli həyatın izində: Egey sahilinin fərqli üzünü kəşf edin - FOTOLAR

23.09.2026 / 12:56
İranla müharibədə ölən ABŞ hərbçilərinin sayı 19-a çatdı…

23.09.2026 / 12:42
Şara Trampa Nyu-Cersini İsrailə verməyi təklif edib - Onlara vermək üçün Qolan təpələriniz yoxdur, amma Nyu-Cersi sizindir…

23.09.2026 / 12:30
Prezident İsveçin yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 12:27
ABŞ bu gün “Tramp marşrutu” ilə bağlı yeni fondun yaradıldığını elan ediləcək…

23.09.2026 / 11:40
Fransaya casusluqda ittiham olunan Martin Ryan da əfv olundu

23.09.2026 / 11:36
Rusiya Ukraynaya daha bir genişmiqyaslı hücuma hazırlaşır - Zelenski xəbərdarlıq etdi…

23.09.2026 / 11:23
Prezident əfv Sərəncamı imzaladı

23.09.2026 / 11:17
Naxçıvanda 10 min manatlıq dələduzluq - tanınmış idmançı saxlandı...

23.09.2026 / 11:15
Prezident İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 11:12
Prezident İlham Əliyev Səudiyyə Kralını təbrik etdi

23.09.2026 / 11:02
“Azərbaycanla dəmir yolu əlaqəsi quracağıq” - Paşinyan ABŞ-da TRIPP-dən danışdı…

23.09.2026 / 10:45
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı

23.09.2026 / 10:32
Hörmüz boğazında İranın Qeşm adası yaxınlığında güclü partlayış - 10 nəfər öldü…

23.09.2026 / 10:20
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiqləndi

23.09.2026 / 10:15
Ev şəraitində hazırlanıb bazara çıxarılan qidalara sertifikat tələbi olunur? - AQTA-dan iddialara cavab...

23.09.2026 / 09:53
Bü gün Nyu-Yorkda Lavrov və Rubio arasında görüş keçiriləcək

23.09.2026 / 09:42
Rusiya erməniləri Avropaya inteqrasiyanın təhlükələrini qiymətləndirməyə çağırdı…

23.09.2026 / 09:37
Fransa Avroittifaqın sanksiya qərarından yararlana bilmədi - Usmanov siyahıdan çıxarıldı

23.09.2026 / 09:25
Uzun mübahisələrdən sonra Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı saziş imzalandı - Tramp istədiyini aldımı...

23.09.2026 / 09:19
Məmməd Musayevə ilə cinayət işi açıldı...

23.09.2026 / 08:52
Restoranda müştərinin bank kartını oğurlayıb 1590 manatını ələ keçirdi...

23.09.2026 / 08:29
Ceyhun Bayramov ABŞ Prezidentinin ev sahibliyi etdiyi qəbulda iştirak edib

23.09.2026 / 08:10
Ceyhun Bayramov Əraqçi ilə görüşdü....

22.09.2026 / 23:34
Ərdoğanın BMT-də çıxışı zamanı İsrail heyəti, Trampın çıxışı zamanı isə kubalılar zalı tərk etdi…

22.09.2026 / 23:08
Nyu-Yorkda ABŞ və İran arasında 3 saat davam edən sürpriz görüş - Tramp açıqladı…

22.09.2026 / 22:53
Səfirlik İranda qalan vətəndaşlarımızın ölkəyə qayıtması məsələsinə aydınlıq gətirdi - quru yolla...

22.09.2026 / 22:47
İran Hörmüzü açmaq üçün ABŞ qarşısında şərt qoydu – blokada və hərbi təzyiqi dayandırın...

22.09.2026 / 22:30
NATO Rusiya sərhədində nüvə silahı yerləşdirir - Litva ilk addımı atdı...

22.09.2026 / 22:19
Lukaşenkonun Suvalk təlimi - Avropa Rusiya ilə müharibə hazırlığına başladı...

22.09.2026 / 22:12
"...Azərbaycan və Ermənistan arasında davamlı sülh bərqərar olacaq" - Ərdoğan

22.09.2026 / 21:57
Vahid məktəbli formasına xor baxanlara mesaj - Bilirsiniz bu forma nələr edir...

22.09.2026 / 21:35
Sərhədlər açıq olsaydı Rusiya Tiflisə qarşı bu planı Bakıya da tətbiq edərdi...

22.09.2026 / 21:18
Özbəkistanın Türkiyə dəmiryollarına çıxışı Naxçıvana böyük gələcək vəd edir...

22.09.2026 / 21:02
Putin Ermənistan dövlətini təbrik etdi, Paşinyanı təbrik etmədi...

22.09.2026 / 20:43
Paşinyan mövqeyini dəyişmir: Rusiyanın Ermənistan dəmir yollarını idarə etməsinə son qoyulmalıdır...

22.09.2026 / 20:27
Revanşçılar Ermənistanın müstəqilliyini Kərki kəndində qeyd etdilər - Kərki ilə bağlı plan gözlərində qalacaq...

22.09.2026 / 20:23
“Formula 1”lə əlaqədar sabahdan universitetlərdə dərslər distant olacaq

22.09.2026 / 20:10
Xristianlığı dövlət dini kimi ilk qəbul edən Azərbaycan dövləti - Erməni iddiaları zibilliyə atıldı...

22.09.2026 / 19:54
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib

22.09.2026 / 19:47
İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırılır...

22.09.2026 / 19:36
Lənkəranda evdən içərisində 75 min manat olan seyf oğurlandı...

22.09.2026 / 19:30
"Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam" - Tramp

22.09.2026 / 19:27
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı oldu - FOTO/VİDEO

22.09.2026 / 19:16
Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

22.09.2026 / 19:04
Kommunist Partiyasının siyasi varisi Almaniyada hakimiyyətə gəlir

22.09.2026 / 18:55
Azərbaycandan Gürcüstanın ərazi bütövlüyünə tam dəstək - qondarma “seçkiləri”ni tanımırıq...

22.09.2026 / 18:48
Ermənistanın baş kəşfiyyatçısı Bakıda

22.09.2026 / 18:30
Tramp Çinlə birlikdə Rusiyaya qarşı “süni intellekt planı” işləyir...

22.09.2026 / 18:16
Avropanın elektrik təminatı Azərbaycan və Türkiyənin əlində cəmləşə bilər... Oktyabrda saziş...

22.09.2026 / 17:59
Paşinyan 102-ci bazadan sonra Rusiya sərhədçilərinin də ayağını ölkədən kəsmək istəyir...

22.09.2026 / 17:45
Neft 120 dollara qalxır - Yəməndə münaqişənin təsirləri regionun hüdudlarını aşdı...

22.09.2026 / 17:20
Azərbaycanla Türkiyə hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib

22.09.2026 / 17:15
Özbəkistan Fransa ilə İlham Əliyevdən xəbərsiz nə hazırlayıb - Usmanov işi...

22.09.2026 / 16:57
Eldəniz Quliyev: “Yaranan situasiya ilə əlaqədar yeganə çarəmiz ölkə başçısına müraciət etmək idi” - MÜSAHİBƏ

22.09.2026 / 16:39
ABŞ mliyyə naziri Hörmüz boğazı barədə inanılmaz sözlər danışdı...

22.09.2026 / 16:08
Putin Duma seçkisindən sonra ümumi səfərbərlik edəcək – Avropada panika...

22.09.2026 / 15:45
Ərdoğan BMT TŞ-də veto hüququnun ləğvini istədi – Rusiya qarşı çıxdı...

22.09.2026 / 15:37
Kənan Musayev: “Tələbimiz odur ki, alternativ namizdələrin iştirakı ilə seçki yenidən keçirilsin”

22.09.2026 / 15:35
ABŞ Lavrovun müavininə viza verməkdən imtina etdi...

22.09.2026 / 15:12
Maarif Məhərrəmbəyli: “Seçkinin nəticələri ləğv olunmalıdır”

22.09.2026 / 14:38
DİN müsabiqə elan edir

22.09.2026 / 14:30
“AzerGold” 2030-cu ilədək illik dövriyyəsini 1 milyard manata çatdırmağı hədəfləyir

22.09.2026 / 14:03
"Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır" - Prezident

22.09.2026 / 14:01
Prezident İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxundu

22.09.2026 / 13:57
Prezident: "Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür"

22.09.2026 / 13:55
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir" - Prezident

22.09.2026 / 13:49
IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb

22.09.2026 / 13:35
Bakıda daha bir estetik klinikada "ÇP" çıxdı - ali təhsili olmayan "kosmetoloq" əməliyyat aparır...

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ