ABŞ-da TRIPP-in inkişaf şirkətinin yaradılması təsdiqlənib. Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
Qeyd edilir ki, ABŞ-ın Beynəlxalq İnkişaf üzrə Maliyyə Korporasiyasının Direktorlar Şurası iyunun 3-də bir sıra yeni strateji investisiyaları, o cümlədən ticarət, nəqliyyat, iqtisadi inkişaf və regional qarşılıqlı əlaqəni dəstəkləmək məqsədi daşıyan TRIPP-in inkişaf şirkəti - Ermənistan-Amerika birgə müəssisəsinin yaradılmasını təsdiqləyib.
Məlumatda bildirilir ki,şirkət dəmir yolları, yollar, boru kəmərləri və s. daxil olmaqla əsas infrastruktur proqramlarının həyata keçirilməsinə dəstək verəcək.
ZÜMRÜD