Ermənistan tərəfi zəruri daxili prosedurları yerinə yetirdikdən və sənədi təsdiqlədikdən sonra "Tramp marşrutu"nun işə salınması üçün əsas ola biləcək çərçivə sazişi imzalayıb. Bunu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bəyanat yayıb.
TRIPP layihəsi üzrə çərçivə sazişinin ilkin olaraq mayın 26-da ABŞ dövlət katibi Marko Rubionun Ermənistana səfəri zamanı paraflandığını deyən Mirzoyan, sənədin Rubio tərəfindən imzalandıqdan sonra Ermənistana göndərildiyini bildirib.
“İndi isə mən Ermənistan tərəfinin imzalarını atdım. Bununla da, məsafədən imzalanma prosesi başa çatdı və saziş ratifikasiya üçün hazırdır”, – deyə Mirzoyan bildirib.
Nazir sənədin mümkün ratifikasiyası üçün müddət və ya saziş qüvvəyə mindikdən sonra layihənin həyata keçirilməsinin konkret mərhələləri barədə məlumat verməyib.
Tahir TAĞIYEV