Cümə axşamı günü, 24 sentyabr 2026
     

Məcburi köçkünlükdən azad rayonlarda rəsmi mülkiyyət hüququna qədər...

Image


Azərbaycan xalqının müasir tarixində məcburi köçkünlük ən ağrılı səhifələrdən biri olmaqla yanaşı, dövlət-vətəndaş həmrəyliyinin və sosial məsuliyyətin ən parlaq nümunələrindən birinə çevrilib. Ermənistanın hərbi təcavüzü nəticəsində yüz minlərlə insan doğma yurd-yuvasından didərgin düşsə də, Azərbaycan dövləti onların sosial müdafiəsini, yaşayış şəraitinin yaxşılaşdırılmasını və gələcəyə inamının qorunmasını daim diqqət mərkəzində saxlayıb.

Bu gün isə ölkəmiz yeni tarixi mərhələyə qədəm qoyub. İşğaldan azad edilmiş torpaqlarda həyata keçirilən Böyük Qayıdış proqramı məcburi köçkünlərin həyatında yeni imkanlar, yeni perspektivlər və dayanıqlı inkişaf mərhələsi açır. Bu kontekstdə "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunlara edilən dəyişikliklər də məhz yeni reallıqlara uyğun hüquqi tənzimləmələrin formalaşdırılmasına xidmət edir.

Məcburi köçkün ailələri uzun illər ərzində dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunub. Onların yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl və sistemli addımlar atılıb.

2004-2019-cu illər ərzində Azərbaycan Respublikasının Prezidenti tərəfindən məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı 75 fərman və sərəncam imzalanıb. Eyni dövrdə Nazirlər Kabineti tərəfindən 224 qərar və sərəncam qəbul olunub, Milli Məclis tərəfindən isə 11 qanun təsdiqlənib.

Bu siyasətin əsas istiqamətlərindən biri Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2004-cü il tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” olub. Həmin proqram minlərlə ailənin sosial rifahının yüksəldilməsində mühüm rol oynayıb.

Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər beynəlxalq səviyyədə də nümunə kimi qiymətləndirilib.

2007-ci ildə ölkə ərazisində fəaliyyət göstərən 12 çadır düşərgəsi və dəmir yolu üzərindəki yük vaqonlarından ibarət yaşayış məntəqələri tamamilə ləğv olunub. Məcburi köçkünlərin məskunlaşdığı fin tipli qəsəbələrin sonuncusu isə 2016-cı ildə bağlanıb.

Daha sonra onların rahat və təhlükəsiz yaşayışı üçün 121 yeni qəsəbə və çoxmənzilli yaşayış kompleksləri tikilərək istifadəyə verilib. Nəticədə 62 mindən çox məcburi köçkün ailəsinin, yəni 300 mindən artıq insanın mənzil-məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılıb.

Bu addımlar dövlətin öz vətəndaşlarının sosial rifahına və insan ləyaqətinə verdiyi önəmin bariz göstəricisi olub.

İllər ərzində məcburi köçkün ailələrinə vahid aylıq müavinət də daxil olmaqla müxtəlif sosial müdafiə tədbirləri vasitəsilə dövlət dəstəyi göstərilib. Bu tədbirlər onların sosial rifahının qorunmasına, gündəlik ehtiyaclarının qarşılanmasına və cəmiyyətə inteqrasiyasına mühüm töhfə verib.

Eyni zamanda, təhsil sahəsində həyata keçirilən dəstək proqramları məcburi köçkün ailələrindən olan gənclərin gələcək inkişaf imkanlarının genişlənməsinə xidmət edib. Bu siyasət bu gün də davam edir. Belə ki, 2025/2026-cı tədris ilində ödənişli əsaslarla ali təhsil müəssisələrinə yeni qəbul olunmuş 3 923 məcburi köçkün statuslu tələbənin təhsil xərcləri dövlət tərəfindən qarşılanır.

Bu yanaşma göstərir ki, insan kapitalının inkişafı və gənclərin təhsil imkanlarının genişləndirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biri olaraq qalır.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması məcburi köçkünlərlə bağlı dövlət siyasətində yeni mərhələnin başlanmasına şərait yaradıb. Bu gün əsas məqsəd vətəndaşların öz doğma yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmin olunması, onların sosial-iqtisadi reinteqrasiyası və dayanıqlı məskunlaşmasının təşkilidir.

Qanunvericiliyə təklif edilən dəyişikliklər də məhz bu yeni mərhələnin tələblərinə uyğun olaraq hazırlanıb. Burada əsas hədəf insanların daimi yaşayışla təmin edilməsi, mülkiyyət hüquqlarının genişləndirilməsi və sosial dəstək mexanizmlərinin yeni reallıqlara uyğunlaşdırılmasıdır. Keçmiş məcburi köçkünlərə verilən həyət yanı sahə, mənzil və gələcəkdə alacağı pay torpağı onun qanuni mülkiyyət kimi verilir.

Azad edilmiş ərazilərə köçən vətəndaşlar dövlət tərəfindən müasir yaşayış sahələri ilə təmin olunur, həmin yaşayış sahələri onların qanuni mülkiyyətinə verilir. Bu isə uzun illər məcburi köçkün həyatı yaşamış ailələrin sosial sabitliyinin və rifahının daha da möhkəmlənməsinə xidmət edir.

Bununla yanaşı, təhsil haqlarının təhsil müddətinin sonunadək dövlət tərəfindən ödənilməsi kimi vacib sosial dəstək mexanizmləri davam etdirilir. Ünvanlı sosial yardım, məşğulluq proqramları və məcburi köçkün statusuna bağlı olmayan digər sosial müdafiə alətləri də qüvvədə qalır.

Azərbaycan dövləti məcburi köçkün ailələrinin problemlərinin həllinə hər zaman xüsusi həssaslıqla yanaşıb. İllər boyu həyata keçirilən sosial müdafiə proqramları, mənzil təminatı layihələri, təhsil və məşğulluq təşəbbüsləri bunun əyani sübutudur.

Bu gün Böyük Qayıdış proqramı çərçivəsində həmin siyasət yeni məzmun qazanır. Məqsəd yalnız insanların doğma torpaqlarına qayıtmasını təmin etmək deyil, həm də onların təhlükəsiz, firavan və dayanıqlı həyat qurmasına şərait yaratmaqdır.

Məcburi köçkünlərin keçdiyi yol çadır düşərgələrindən müasir yaşayış komplekslərinə, məcburi ayrılıqdan doğma yurda qayıdışa qədər uzanan böyük bir tarixdir. Bu tarix həm dövlət qayğısının, həm də vətəndaş iradəsinin təntənəsidir. Qarşıdakı mərhələ isə sosial rifahın daha da yüksəldilməsi, iqtisadi imkanların genişləndirilməsi və Böyük Qayıdışın uğurla tamamlanması ilə yadda qalacaq.

Çünki Böyük Qayıdış təkcə coğrafi qayıdış deyil, həm də sosial ədalətin, milli həmrəyliyin və gələcəyə inamın təntənəsidir.

Dəniz NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

SON XƏBƏRLƏR

24.09.2026 / 19:06
Təbii sərvətdən milli rifaha aparan yol

24.09.2026 / 18:55
Alüminium sənayemizə xarici kapitalın irticaçı müdaxilə cəhdi alınmadı - Prezidentin qərarı...

24.09.2026 / 18:50
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə

24.09.2026 / 18:37
1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

24.09.2026 / 18:20
"Ölkəmizin strateji valyuta ehtiyatları təxminən 91 milyard dollar təşkil edir" - Baş nazir

24.09.2026 / 18:16
Polisə Dəstək İctimai Birliyi SDU-da “İnsan Alverinə qarşı mübarizədə təhsil müəssisələrinin rolunun gücləndirilməsi” mövzusunda tədbir keçirib

24.09.2026 / 18:10
Əhliman Əmiraslanov Xətai Rayon Ağsaqqallar Şurasının hesabat konfransı iştirak edib - FOTO

24.09.2026 / 18:06
DİN "Formula 1"-lə əlaqədar əhaliyə müraciət etdi - VİDEO

24.09.2026 / 17:51
Moskva İrəvanı hərblə təhdid edir, daxildəki Rusiyayönümlü qüvvələr “sahibsiz” qalmaq istəmir...

24.09.2026 / 17:40
Peskov növbəti dəfə Ermənistana çağırış etdi - AİB və Aİ ilə bağlı qərarınızı verin…

24.09.2026 / 17:32
“AzerGold” 2030-cu ilədək illik dövriyyəsi 1 milyard manat olan şirkətə çevrilməyi hədəfləyir

24.09.2026 / 17:25
“Birliyin Gücü – 2026” təlimində şərti terrorçu hədəfləri artilleriya atəşi ilə məhv edildi - VİDEO

24.09.2026 / 17:16
"Filizçay layihəsinin 2031-2032-ci illərdə reallaşdırılması gözlənilir" - “AzerGold”un sədri

24.09.2026 / 17:13
Nazir Vilayət Eyvazov xarici dövlətlərin Polis akademiyalarına ezam olunan polis kursantları ilə görüşdü - FOTO

24.09.2026 / 17:08
Şəhid anası unudulmur

24.09.2026 / 17:04
Dövlət məktəblərində adambaşına maliyyələşdirmə prinsipi tətbiq olunacaq - FƏRMAN

24.09.2026 / 16:54
“Layihəmiz heç bir elmi ekspertizaya buraxılmadan, qondarma “texniki tələblərə cavab vermir” bəhanəsi ilə birbaşa kənarlaşdırıldı” - Mübariz Ağalarlı

24.09.2026 / 16:33
Formula 1 - İkinci sərbəst yürüşdə qəza baş verdi

24.09.2026 / 16:33
Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

24.09.2026 / 16:22
Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi

24.09.2026 / 16:18
BMT dəhlizlərində qapalı ABŞ-Rusiya danışıqları...

24.09.2026 / 16:11
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 6 nəfər saxlandı

24.09.2026 / 16:09
Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

24.09.2026 / 15:59
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy”

24.09.2026 / 15:50
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri Prezidentə təqdim edilib

24.09.2026 / 15:44
Bakcell-də hədiyyə mövsümü başladı

24.09.2026 / 15:31
Nazirlər Kabinetində Əli Əsədovun sədrliyi ilə iclas keçirilir

24.09.2026 / 15:23
Formula 2 Azərbaycan Qran-Prisində ikinci sıralama turu başa çatdı

24.09.2026 / 15:15
İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

24.09.2026 / 14:22
Tarixçi alimlər: “Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Elm Fondu tərəfindən qrant layihələri üzrə müsabiqələr obyektiv, aşkar və şəffaf keçirilmir”

24.09.2026 / 14:14
Xəzər dənizində təlim zamanı 9 Qazaxıstan hərbçisi həlak oldu

24.09.2026 / 14:09
Ukrayna Aİ-nin sanksiya siyahısına Usmanov və Fridmanın yerinə başqa iki rus oliqarxın salınmasını təklif etdi - Lisin və Potanin…

24.09.2026 / 14:05
Zəfər şəhidinin ev-muzeyi ziyarət olunub

24.09.2026 / 13:55
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib – erməni nazir açıqladı…

24.09.2026 / 13:41
Ukrayna Rostovda neft anbarını, Kubanda isə neft emalı zavodunu vurdu…

24.09.2026 / 13:27
Göyçayda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlandı

24.09.2026 / 13:20
Yeri ürəklər olanlar...

24.09.2026 / 13:15
Bakıda Formula 1 rekordu - xarici qonaqların sayı 16 mini keçdi

24.09.2026 / 13:05
Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTO

24.09.2026 / 12:50
Nizamidə şirkət anbarından 51 min manatlıq kombi oğurlandı...

24.09.2026 / 12:38
YAP-ın VIII Qurultayının keçiriləcəyi tarix məlum oldu

24.09.2026 / 12:33
Nyu-Yorkda ABŞ-İran danışıqlarının təfərrüatları sızdırıldı - Vaşinqton Tehranın Hörmüz təklifini rədd etdi…

24.09.2026 / 12:20
Dini konfessiya rəhbərləri Anım Günü ilə bağlı bəyanat yaydı - 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir...

24.09.2026 / 12:17
Ürəklərdə yaşayan Vətən qeyrətli oğullar unudulmur

24.09.2026 / 12:07
Avrokomissiya rəsmisi rusları Putini devirməyə çağırdı – hər şey onlardan asılıdır…

24.09.2026 / 11:40
Paşinyan rusiyalı jurnalistə cavab - "Niyə iki stul? Biz bir erməni stulunda oturmuşuq"…

24.09.2026 / 11:23
Suraxanıda şübhəli şəxsdən 32 kq narkotik aşkarlandı

24.09.2026 / 11:08
Bakıda Formula 2 üzrə ilk sərbəst yürüşün qalibi bəlli oldu

24.09.2026 / 10:50
Bakıda Formula 1 trekində ilk dəfə kütləvi qaçış baş tutub

24.09.2026 / 10:44
Ürəklərdə yaşayanlar

24.09.2026 / 10:24
"TRIPP regional əlaqələrin inkişafına xidmət edəcək" - Ceyhun Bayramov

24.09.2026 / 10:01
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün mərkəzi və 3 nömrəli xüsusi təhsil müəssisəsini ziyarət edib - FOTO

24.09.2026 / 09:56
Ərdoğan Paşinyanı Türkiyədə keçiriləcək COP31 liderlər sammitinə dəvət etdi

24.09.2026 / 09:40
IV Bakı Təhlükəsizlik Forumu keçirilib

24.09.2026 / 09:25
Şahmatçılarımız erməni qadınlara niyə uduzub?

24.09.2026 / 09:19
Paşinyanın deputatları "Arsax"sözü gələn kimi parlamenti tərk etdilər

24.09.2026 / 09:11
Formula 1 üzrə Azərbaycan Qran-Prisi start götürür

24.09.2026 / 08:03
Tramp Starmerin siyasətini “axmaqca” adlandırdı

24.09.2026 / 07:47
Karib ölkələri Britaniyaya qarşı - onilliklərə dayanan “fəaliyyət planı” hazırlanır

24.09.2026 / 07:20
Britaniya-Yunanıstan gərginliyi yenə çözülmədi - “Oğurlanmış” Elgin heykəlləri arada qalıb…

24.09.2026 / 06:58
İran prezidentindən İsveçrə Konfederasiyası Prezidentinə maraqlı hədiyyə - ABŞ nümayəndə heyəti zalı tərk etdi

24.09.2026 / 06:46
Kolizey bağlandı - bədbəxt hadisə üzündən…

24.09.2026 / 06:35
Putin ABŞ-a xüsusi nümayəndəsini göndərdi - Vitkof və Kuşnerlə danışıqlar üçün

23.09.2026 / 22:47
Azərbaycan-ABŞ münasibətləri Nyu-Yorkda müzakirə olundu

23.09.2026 / 22:32
Yəmən husiləri ABŞ-ı hədələdi – Sizi də vurarıq…

23.09.2026 / 22:16
Putin deputat mandatlarının beşdə birini Ukrayna veteranlarına güzəşt etdi - Niyə?...

23.09.2026 / 21:59
ABŞ-dan bir şey çıxmadı, Britaniya husilərə qarşı müharibəyə başlayır...

23.09.2026 / 21:43
Tramp Cinpinlə görüşmək üçün 60 illik protokolu pozacaq...

23.09.2026 / 21:35
Qeyri-neft sektorunun inkişafına yeni arena açıldı...

23.09.2026 / 21:21
Ceyhun Bayramov Nyu-Yorkda fransalı həmkarı ilə görüşdü

23.09.2026 / 21:18
Bu yandan sovet hökuməti, o yandan ermənilər - Azərbaycan iqtisadiyyatında ikiqat məhv edilmiş sahə...

23.09.2026 / 21:16
Trampın çıxışı zamanı İran nümayəndə heyəti zalı tərk etdi

23.09.2026 / 21:02
Neft hasilatımızın azalması rəsmən təsdiqləndi - əvəzində daha böyük uğurumuz var...

23.09.2026 / 20:47
Deputatın maraqlı iradı - informasiya sorğusuna cavab vermədiyinə görə 1500 manat cərimə...

23.09.2026 / 20:31
Yeni Dövlət Proqramı ilə bağlı xarici sərmayəçilərə ciddi xəbərdarlıq edildi...

23.09.2026 / 20:24
“Zelenski istəsə, Moskvaya gələ bilər; təhlükəsizliyini təmin edəcəyik” - Kreml

23.09.2026 / 20:18
“Filizçay”da “AzerGold” şirkətinə böyük dövlət etimadı - Doğrulda biləcəkmi?...

23.09.2026 / 20:05
Pezeşkian BMT tribunasından ABŞ və İsraili iranlı uşaqların ölümündə günahlandırdı - ABŞ nümayəndəsi zalı tərk etdi…

23.09.2026 / 19:48
Rubio və Lavrov arasında təxminən bir saat çəkən qapalı görüş keçirildi…

23.09.2026 / 19:33
Özbəkistanın ixrac-idxalında Azərbaycan önəmli rola sahiblənir...

23.09.2026 / 19:09
Hörmüz boğazından keçən daha bir yük gəmisi vuruldu…

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ