Tərəfdaşlığımızın 30 illiyini qeyd etdiyimiz vaxtda Avropa İttifaqı və Azərbaycan “Tərəfdaşlıq Prioritetləri” sənədinin mətnini ilkin olaraq yekunlaşdırdı və yeni ikitərəfli saziş üzrə danışıqlar rəsmi şəkildə bərpa edildi.
Bu barədə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin X platformasında bildirilib.
“Bizim əsas fokusumuz daha güclü dialoq, bağlantı və iqtisadi əməkdaşlıqdır”, - deyə Nümayəndəliyin paylaşımında vurğulanıb.