ABŞ-ın İsrailə qoşularaq İrana qarşı müharibəyə başladıqdan sonra Milli Terrorla Mübarizə Mərkəzinin direktoru vəzifəsindən istefa verən Co Kent, Prezident Donald Trampın NATO-dan çıxmaq təhdidi ilə bağlı X-də paylaşım edərək maraqlı bir iddia irəli sürüb.
Kent mesajında bunları bildirib: "Təəssüf ki, NATO-dan çıxmaq xarici müdaxilələrdən qaçmaq üçün deyil. Türkiyə ilə İsrail Suriyada nə vaxtsa toqquşduqda İsrailin yanında yer almaq üçün NATO-dan ayrılacağıq. Bu, dünyəvi Suriya hökumətinin devirməsinə kömək etdikdən və keçmiş Əl-Qaidə/İŞİD liderini prezident təyin etməyə kömək etdikdən sonra baş verir. Yaxın Şərqdə həm yanğınları başlatmaq, həm də söndürmək rolunu oynamağı dayandırmağın vaxtıdır, buna dəyməz."
Tahir TAĞIYEV