İllik ənənəvi Münhen Təhlükəsizlik Konfransında ABŞ nümayəndə heyətinə dövlət katibi Marko Rubionun başçılıq edəcəyi gözlənilir.
Trampın qərarı niyə dəyişdi? Məlumdur ki, ötənilki konfransda Amerikanı vitse- prezident Vens təmsil etmişdi. Vens o zaman Avropanın ünvanına çox sərt ittihamlar söyləmişdi. O demişdi ki, Avropanın ən böyük düşməni onun özüdür, düşmənçiliyi Rusiyada yox, özündə axtarmalıdır, Avropa demokratiyanı və insan haqlarını məhv edib. Vensin bu sayaq çıxışına ötən il Avropa liderlərindən çox sərt cavablar gəlmişdi. Təhlilçilər bildirir ki, Tramp ötənilki "effektdən" yayınmaq üçün bu dəfə daha diplomatik ritorika qabiliyyətinə malik Rubioya üstünlük verib. Başqa sözlə deyilsə, Tramp Avropa ilə münasibətlərin bundan artıq pisləşdirilməsini hələlik məqbul saymır.
Ramil QULİYEV