Cümə axşamı günü, 12 noyabr 2026
     

Gürcüstan azərbaycanlılarını “Xameneyiçiyə” çevirənlər kimdir...

Image


Elşad Həsənov: “Azərbaycanlıların bu təbliğata cəlb olunması çox böyük təhlükə deməkdir”

Məlumata görə, Gürcüstanda etnik azərbaycanlıların sıx yaşadığı Marneuli şəhərindəki məsciddə İranın ali dini lideri Ayətullah Əli Xameneiyə dəstək nümayiş etdirilib. Yayılan görüntülərdə fevralın 6-sı cümə namazında məsciddə Xameneinin posterinin qoyulduğu əks olunub. Məscidə gələnlər əllərində İranın dini liderinin şəkillərini tutublar.

Gürcüstan azərbaycanlılarını hazırda İranın dini liderinin müdafiəsinə qaldırmaq nə kimi ziyanlı rollar oynaya bilər? Nəzərə alaq ki, Amerika hazırda Azərbaycanla strateji yaxınlaşma kursu həyata keçirir və İranla ciddi qarşıdurma vəziyyətindədir.

Ekspertlər bildirir ki, ABŞ və Azərbaycan arasında ciddi yaxınlaşma var və çox möhkəm əlaqələr qurulub, eyni zamanda Amerikanın viste-prezidentinin Azərbaycana səfəri çərçivəsində Bakıda iki ölkə arasında strateji tərəfdaşlıq xartiyasını imzalayıb. Təbii ki, bu da Xamenei rejimini ciddi narahat etməyə bilməz. Bu günlərdə də Marneulidə dəstək göstərilməsi və ABŞ-a qarşı xoşagəlməz ifadələr işlədilməsi bütün mənalarda bölgəmiz üçün ziyanlıdır.

Siyasi ekspert Elşad Həsənov baki-xeber.com-a bildirdi ki, Gürcüstanda etnik azərbaycanlıların sıx yaşadıqları bölgələrdə, xüsusilə də Marneuli rayonunda İranın fars-molla rejiminin təsirləri özünü göstərir. “Son 20 ildə fars-molla rejimi ora böyük maliyyə yardımı ayırıb və demək olar ki, hər kənddə bu vəsait hesabına məscid tikdiriblər. Oradan olan kənd uşaqlarını İrana aparıb orada onlara dini təhsil veriblər. Bilirik ki, dini təhsillə yanaşı onlara hansısa ideoloji cəhətdən bizim üçün qəbul olunmayan metodlar öyrədirlər. Onlardan gələcəkdə İranın xeyrinə çalışmalarını təmin edirlər. Həmin dini-radikal qruplara mənsub olan bir nəfər Gürcüstan vətəndaşı Azərbaycanda terror törətməklə bağlı tapşırıqlar almışdı. Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları onu və yoldaşlarını həbs etdilər, onlar məhkəmənin hökmü ilə uzun müddətlik həbs cəzasına məhkum olundular. Yəni dini təbliğat Gürcüstanda çox güclü gedir. Hazırda Gürcüstanın digər rayonlarında da onlar öz imkanlarını daha da genişləndirirlər. Bu yaxınlarda Qardabani rayonunda da məscid yeri alaraq orada geniş təmir-tikinti işləri aparırlar, öz adamları vasitəsilə İranın Xamenei rejiminin təbliğatını aparırlar. Fevralın 6-da da Xameneiyə dəstək, ABŞ-a qarşı isə müəyyən şüarların səsləndirilməsi isə dini təbliğata uymuş kütlənin yanlış davranışıdır. Hesab edirəm ki, bununla da gələcəkdə Gürcüstanda yaşayan azərbaycanlı toplumu üçün də çox ciddi problemlər yaradacaq”.

E.Həsənovun sözlərinə görə, indiki şəraitdə Gürcüstanda yaşayan azərbaycanlıların hansısa formalarla bu təbliğata qoşulması ziyanlı tendensiyadır və gələcəkdə ciddi problemlər yarada bilər. E.Həsənov deyir ki, bu səbəbdən də Azərbaycanın Gürcüstandakı səfirliyi mütamadi olaraq tədbirlər həyata keçirir. “Ancaq Gürcüstandakı hazırkı mürəkkəb vəziyyətdən istifadə edən İran rejimi maliyyə yardımlarını artırmaqla orada öz təbliğatını genişləndirir. Molla rejimi orada özünə uyğun adamları seçib gələcək ordu hazırlayır. Azərbaycanlıların bu təbliğata cəlb olunması çox böyük təhlükə deməkdir. Özü də bu təkcə Gürcüstan üçün deyil, Azərbaycan üçün də təhlükəlidir. Onlar Azərbaycanda edə bilmədiklərini Gürcüstanda edirlər”.

Molla rejiminin apardığı siyasətin İran vətəndaşları tərəfindən narazılıqla qarşılandığını deyən E.Həsənov qeyd etdi ki, elə bu səbəbdən bu ölkədə etirazlar səngimir. “Azərbaycanın strateji tərəfdaşı olan Gürcüstanda yaşayan azərbaycanlılar belə təbliğatlardan uzaq olmalıdır. Onlar arasında çox ciddi ideoloji iş aparılmalıdır və səfalətdən, cəhalətdən qurtulmalıdır. Dünya süni intellektlə məşğuldur, bunlar isə molla rejiminin təbliğatı ilə məşğuldur”.

E.Həsənov hesab edir ki, əgər bu təbliğatın qarşısı alınmazsa molla rejimi o qüvvələrdən Azərbaycana qarşı da istifadə edə bilər.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:41
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:59
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir - FOTO

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ