Regiondakı olaylarla əlaqədar öz mövqeyini sərgilədiyinə görə Azərbaycan və Prezident İlham Əliyevə təşəkkür edirəm.
Trend-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün (11 fevral) Tehranda İran İslam İnqilabının qələbəsinin 47-ci illiyi ilə əlaqədar təşkil olunan tədbirdə deyib.
İran prezidenti həmçinin Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Misir və digər ölkələrə öz təşəkkürünü bildirib.
“İran qonşu və müsəlman ölkələrlə səmimi və qardaşlıq əlaqələri qurmaqdadır. Bu ölkələrlə münasibətlərin yüksəldilməsi İranın əsas prioritetlərindən biridir”, - deyə o qeyd edib.
Pezeşkian deyib ki, son vaxtlar İranda iğtişaşlar baş verdiyi zaman qərb ölkələrinin müdaxilə etməyə cəhd etdikləri vaxt qonşu ölkələr İranda stabilliyin tərəfdarı olduqlarını bildiriblər.