Bazar ertəsi günü, 28 sentyabr 2026
     

Nə Moldova, nə Gürcüstan, nə Ukrayna - tək Azərbaycan...

Image


Qulamhüseyn Əlibəyli: “Azərbaycan həm separatizmin belini qırdı, həm də separatçıları mühakimə edə bildi”

Məlum olduğu kimi, Bakıda Azərbaycan dövlətinə, onun suverenliyinə və ərazi bütövlüyünə qarşı ağır cinayətlər törətmiş erməni separatçıları barəsində məhkəmə hökm çıxarıb. Onların bir çoxu ömürlük həbsə məhkum edilib.

Separatçıların keçmiş başçılarının məhkum edilməsi Azərbaycanın müharibədə sadəcə qələbə qazanmadığını, onu məntiqi, ədalətli və hüquqi baxımdan qüsursuz bir finala çatdırdığını göstərir. Burada diqqəti çəkən məqam həm də odur ki, Azərbaycan post-sovet məkanında bir ilkə imza atdı. Çünki nə Moldovada, nə Gürcüstanda, nə də Ukraynada bu illər ərzində Azərbaycandakı kimi separatçılara belə hüquqi dərs verilməyib. Azərbaycan bunu bacardı. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin edən, həm də müharibə cinayətlərini törədənlərin mühakiməsinə nail olan nadir ölkələrdəndir. Separatçılarla bağlı rəsmi Bakıya müxtəlif təzyiqlər olsa da bunun bir nəticəsi olmadı və Azərbaycan bunların qarşısında geri çəkilmədi. Nəticədə separatçılar layiqli cəzalarını aldılar.

Sözügedən məsələni baki-xeber.com-a şərh edən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəylinin fikrincə, cəza ağırdır, lakin həmin şəxslərin törətdikləri cinayətlərin ağırlığına və ictimai təhlükəliliyinə uyğun olan, ədalətli və layiqlidir: “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində bu cinayət əməlləri insanlıq əleyhinə və müharibə cinayətləri kimi qiymətləndirilir. Cinayət hüququnda cəza təyini bir sıra prinsiplərə əsaslanır. Həmin prinsiplərindən biri cinayətə görə cəzanın labüdlüyü prinsipidir. Bu prinsipə görə, konkret cinayət cəzasız qalmamalıdır. Cinayət əməlini törətməkdə təqsiri məhkəmə tərəfindən sübuta yetirilmiş hər bir şəxs qanunla nəzərdə tutulmuş hüquqi məsuliyyətə cəlb olunmalıdır. Cinayətkarın cəzalandırılması sosial ədalətin bərpasıdır. Cəza təyininin digər prinsipi cəzanın fərdiləşdirilməsidir. Bu prinsipə görə cəza şəxsin törətdiyi konkret əməllərə görə fərdi olaraq təyin olunur”.

Q.Əlibəyli hesab edir ki, təxminən bir il davam edən məhkəmə prosesində onların hər birinin əməlləri açıq məhkəmə iclasında araşdırılan konkret hüquqi sübutlarla – şahid və zərərçəkmişlərin ifadələri, foto və video materillarla, digər dəlillərlə sübuta yetirilib: “Həmin şəxslər məhkəmə prosesində verdikləri sərbəst ifadələrində də ittiham olunduqları cinayətləri törətdiklərini müxtəlif formalarda etiraf ediblər. Beynəlxalq cinayətləri törətmiş şəxslərin ədalət mühakiməsi həm beynəlxalq birlik və həm də bu cinayətlərə görə zərər çəkmiş dövlət tərəfindən təmin oluna bilər. Beynəlxalq birlik tərəfindən mühakimə olunmaya İkinci Dünya müharibəsindən sonra faşist Almaniyasının və Yaponiyanın bəzi rəhbərlərinin törətdikləri müharibə cinayətlərinin, keçmiş Yuqoslaviya ərazisində müharibə zamanı törədilən soyqırımın, insanlığa qarşı cinayətlərin və müharibə cinayətlərinin, 1994-cü ildə Ruandada münaqişə zamanı törədilən soyqırım cinayətlərinin araşdırılması məqsədilə xüsusi hərbi tribunalların yaradılmasını və təqsirli hesab olunan şəxslərin cəzalandırılmasını örnək kimi göstərmək olar. İsrail təcrübəsində isə beynəlxalq cinayətləri törətmiş şəxslərin mühakiməsi bu cinayətlərə görə, zərər çəkmiş dövlət tərəfindən təmin olunub. Təəssüf ki, bir sıra hallarda olduğu, Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş beynəlxalq cinayətlər beynəlxalq birliyin diqqətindən kənarda qaldı, müxtəlif, daha çox siyasi səbəblərdən beynəlxalq mexanizmlər işə düşmədi. Əvəzində 1992-ci ildə Azərbaycanın işğal olunmuş ərazilərinin bir hissəsini azad etməsi məşhur “907-ci düzəlişlə” mükafatlandırıldı. Təxminən 30 ildən sonra Azərbaycan öz gücünə Türkiyə və Pakistanın siyasi dəstəyi ilə ərazilərini işğaldan azad etdi və suverenliyini bərpa etdi. İşğal dövründə ölkəmizə qarşı insanlıq əleyhinə və müharibə cinayətləri törətmiş şəxslərin bir hissəsinin həbs edilməsinə və onların mühakiməsinə nail oldu. İşğal dövründə Azərbaycan ərazisində insanlıq əleyhinə və müharibə cinayətləri törətmiş şəxslərin bir qrupunun həbsi, məhkəmə qarşısına çıxarıldı və mühakimə olunması ilə əlaqədar bir sıra xarici dairələrdən Azərbaycana qarşı çoxsaylı güclü siyasi təzyiqlər edilməsi də qeyd olunmalıdır. Avropa İttifaqının, Avropa Şurasının, Fransanın, bəzi digər dövlətlərin təzyiqlərini xatırlamaq kifayətdir. Lakin Müzəffər Ali Baş komandanımız, Prezident İlham Əliyevin qəti və birmənalı iradə ortaya qoyması nəticəsində Azərbaycan bu təzyiqlərin qarşısında geri çəkilmədi, qanunun aliliyini üstün tutaraq ədalət mühakiməsini tam başa çatdırdı. Məhz Prezident İlham Əliyevin qətiyyətli mövqeyi və siyasəti nəticəsində ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpasına, işğal dövründə Azərbaycan xalqına və dövlətinə qarşı insanlıq əleyhinə və müharibə cinayətləri törətmiş şəxslərin həbsinə, mühakimə olunması və cəzalandırılmasına nail olmaq öz-özlüyündə ədalətin bərpa olunması kimi dəyərləndirilməlidir. Bu ədalətli mühakimə prosesi belə bir həqiqəti də bir daha təsdiq etdi ki, Azərbaycan xalqına və dövlətinə qarşı cinayətlər təkcə adları çəkilən şəxslər tərəfindən deyil, həm də rus ordusunun yaxından köməkliyi və bilavasitə iştirakı ilə Ermənistan dövləti və onun silahlı qüvvələri tərəfindən törədilib. Separatçı qondarma rejimin “özünümüdafiə qüvvələri” kimi qələmə verilən hərbi birləşmələr əslində Ermənistan ordusunun hərbi hissələri olub. Bütövlükdə seperatçı qondarma rejim Ermənistan tərəfindən yaradılıb və Ermənistanın siyasi-hərbi rəhbərliyi tərəfindən idarə olunub. Azərbaycan ərazilərinin işğalı məhz Ermənistan tərəfindən planlaşdırılıb. Ermənistan Azərbaycana qarşı işğal siyasətinin Qarabağda əsas icarçıları separatçı qondarma rejimin rəhbər şəxsləri olublar. Ona görə də Azərbaycan xalqına və dövlətinə qarşı törədilən cinayətlərə görə Ermənistanın o zamankı hərbi siyasi rəhbərliyi də bilavasitə məsuliyyət daşıyır. Bir sözlə, Azərbaycan həm separatizmin belini qırdı, həm də separatçıları mühakimə edə bildi. Bu, həqiqətən də çox böyük uğurdur”.

Vidadi ORDAHALLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:38
Oktyabrda Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək - FOTO

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ