ABŞ vitse-prezidenti Cey di Vens regiona səfər edəcək. Onun öncə Ermənistana, sonra Azərbaycana səfərinin planlaşdırıldığı bildirilir.
"Sputnik Ermənistan" "Telegram" kanalının xəbərinə görə, artıq hazırlıq məqsədilə böyük nümayəndə heyəti Ermənistana gedib.
Nümayəndə heyətinin məskunlaşdığı "Armenia Mariott" hotelində onlarla otağı olan bütöv bir mərtəbənin bron edildiyi bildirilir. Otaqlarda mebellərdən yalnız masa və stullar qalıb, qalan hər şey yığışdırılıb.
Hotel işçilərinə həmin mərtəbədə olmaq qadağan edilib, qonaqların özləri hotelin başqa bir hissəsində qalır.
Associated Press agentliyinin məlumatına görə, ABŞ-ın vitse-prezidenti J.D. Vance Milan Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak etdikdən sonra Ermənistan və Azərbaycana səfər edəcək. Açılış mərasimində vitse-prezident Vance həyat yoldaşı Uşa Vance, dövlət katibi Marko Rubio və ABŞ-ın İtaliyadakı səfiri Tilman Fertittanın da daxil olduğu ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək.
Qeyd edək ki, Cey Di Vensin fevral ayında Azərbaycan və Ermənistana səfər edəcəyi daha öncədən elan olunmuşdu. Onun fevralın 9-da Ermənistana gedəcəyi, ertəsi gün isə Bakıya gələcəyi gözlənilir.
SAMİRƏ