Bazar ertəsi günü, 28 sentyabr 2026
     

Separatçı ermənilərə Bakıda “ömürlük məhkəmə cəzası”na reaksiyalar...

Image


Rauf Zeyni: “Xalqımıza qarşı müharibə cinayətləri, soyqırım aktları, terror törədənlər öz haqlı cəzalarını aldılar”

Mübariz Göyüşlü: “Məhkəmənin hökmü çox ədalətli oldu”

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən təqsirləndirilən Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan və David Babayan qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

Təqsirləndirilən Arkadi Qukasyanın üçün isə ömürlük azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutulsa da, hökm çıxarılanadək o 65 yaşına çatdığı üçün barəsində qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə qətimkan tədbiri seçilib.

Təqsirləndirilən Bako Sahakyanın da ömürlük azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutan cinayətlərin törədilməsində ittiham olunmasına və həmin ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirilməsinə baxmayaraq, hökm çıxarılanadək 65 yaşına çatdığı üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən ona ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilə bilmədiyindən, o, qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Xocalı soyqırımında iştirakını etiraf edən Madat Babayan isə19 il müddətinə azadlıqdan məhrum olunub.

Bundan əlavə, Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının məhkəmə prosesində daha 7 nəfər təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan 16 il, Levon Balayan 16 il, Vasili Beqlaryan 15 il, Qurgen Stepanyan 15 il, Erik Qazaryan 15 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmənin hökmü ilə qondarma rejimin “prezidentləri” Arayik Harutyunyan ömürlük, Arkadi Qukasyan və Bako Sahakyan 20 il həbsə məhkum edilib. Bəziləri ömürlük, bəziləri 20, bəziləri 15, 18, 16 il azadlıqdan məhrum ediliblər. Onlar arasında barəsində hələ məhkəmə hökmü çıxarılmayanlar da var. Məsələn, Ruben Vardanyanla bağlı hələ məhkəmənin hökmü verilməyib.

Məhkəmənin qərarına münasibətiniz necədir?

Müstəqil ekspert Rauf Zeyni baki-xeber.com-a bildirdi ki, Qarabağın işğal dövründə mənfur qonşularımızın törətdiyi faciələr, soyqırımlar, terror aktları, insanların kütləvi ölümünə səbəb olan digər hərbi cinayətlər o dövrdə bizi hər zaman hiddətləndirirdi: “İnanırdıq ki, nə vaxtsa gözlədiyimiz ədalət günü gəlib çıxacaq, haqq-ədalət məhkəməsi Bakı “Nürnberq prosesi” olaraq qurulacaq və xalqımıza qarşı hərbi, qeyri-insani cinayətlər törədən mənfur düşmənlərimiz ittiham olunacaq, bu ittihama bütün bəşəriyyət şahidlik edəcək. Nəhayət o gün gəldi çıxdı, torpaqlarımız işğaldan azad olundu və əks-hücum, sonra isə lokal antiterror tədbirləri həyata keçirildi. Barələrində tarixi məhkəmə hökmü oxunanlar həbs olundu, müttəhimlər kürsüsündə dayandılar, onların məhkəməsi keçirildi. Məhkəmə də çox ədalətli və qərarlı oldu. Nəhayət fevralın 5-də məhkəmə tərəfindən onlara hökm oxundu. Kimlərəsə ömürlük, kimlərəsə 20, 19, 18, 16, 15 il iş verildi. Onların törətdiyi cinayətlərə adekvat olaraq hökm çıxarıldı. Bəzilərinin isə yaşı 65 yaşdan yuxarı olduğu üçün onlara 20 il iş verildi, Azərbaycan qanunvericiliyinə görə ömrülük həbs cəza verilmədi. Bu da Azərbaycan məhkəməsinin ədalətli mühakiməsindən, ədalətli hökmündən xəbər verir. Mənə elə gəlir, Azərbaycan ictimaiyyəti mənim fikrimlə razılaşar ki, xalqımız bu günü nə az, nə çox 30 il gözləyib. Nəhayət ki, bu günü biz gördük. Bunu bəşəriyyət, insanlıq, bütün ölkələr görsün. Elə ölkələr var idi ki, bizimlə münasibət saxlasa da, amma bizim haqlı mövqeyimizi qəbul etmək istəmirdilər. Onlar görsünlər ki, Azərbaycan xalqına qarşı nə qədər böyük ədalətsizlik, haqsızlıq olub. Bu məhkəmə bunu bir daha bütün bəşəriyyətə nümayiş etdirdi. Nəhayət ədalət zəfər çaldı. Biz tarixi zəfər yaşadıq, eyni zamanda bizə qarşı müharibə cinayətləri törədənləri həbs etdik və onların layiqli cəzası məhkəmə hökmü ilə elan edildi. Xalqımıza qarşı müharibə cinayətləri, soyqırım aktları, terror törədənlər öz haqlı cəzalarını aldılar”-deyə R.Zeyni qeyd etdi.

“Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü baki-xeber.com-a məhkəmənin çox ədalətli qərar qəbul etdiyini bildirdi. “Azərbaycan dövlətinə və xalqına, dövlətimizin ərazi bütövlüyünə, suverenliyinə qarşı addımlar atmış, xalqımızı soyqırımlara məruz qoymuş şəxslərlərlə bağlı məhkəmənin verdiyi qərar çox ədalətlidir. Biz neçə ay idi ki, biz bu məhkəmə prosesini müşahidə edirdik. Hesab edirəm ki, hazırda verilən qərar adekvatdır. Bəzi şərhlərə, bu cinayətlərdən əziyyət çəkən insanların qeydlərinə görə, Azərbaycan məhkəməsi humanizm prinsiplərini nəzərə alaraq qərar çıxarıb. Hətta onlara qarşı daha sərt qərarların qəbul edilməsini tələb edənlər də var idi. Bunu sosial şəbəkələrdəki paylaşımlarda görürük. Sizə deyim ki, Ermənistan və ermənilər azərbaycanlılara qarşı heç zaman belə humanist davranmadılar, onlar günahsız insanları öldürdülər, məhv etdilər, soyqırıma məruz qoydular. Amma biz bu cinayətləri törədənləri Azərbaycan xalqının və dünyanın gözü qarşısında mühakimə etdik və onların cinayətlərini sübut etdik, bu cəzanı haqq etdiklərini dəlillərlə, faktlarla göstərdik. Onlar layiq olduqları cəzanı aldılar və məhkəmənin hökmü çox ədalətli oldu”-deyə M.Göyüşlü qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:38
Oktyabrda Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək - FOTO

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ