Tacikistanda fəaliyyət göstərən və Fəthullah Gülən hərəkatına aid Şəlalə Təhsil Qurumlarına bağlı məktəblərin adlarının dəyişdirilməsi və dövlətin nəzdinə keçirilməsi barədə qərarı çıxarılıb.
Baki-xeber.com Tacikistanın "Hovar" Dövlət Agentliyinə istinadən xəbər verir ki, prezident İmamali Rəhman tərəfindən imzalanan qərara əsasən, ölkədə fəaliyyət göstərən Şəlalə Təhsil Qurumları aid 7 tacik-türk liseyinin adı dəyişdirilərək, Təhsil Nazirliyinin nəzarətinə verilib.
Qərara əsasən liseyləri fəaliyyətinə icazə verən 19 avqust 1994-ci il tarixli Tacikistan Nazirlər Kabinetinin qərarı etibarsız hesab edilib.