Paşinyan xalqına yeni il təbrikində həm "Qarabağ hərəkatından", həm də Qarabağ kəlməsindən danışıb.
Deyib ki, "Qarabağ bizim sözümüz idi, indi bizim sözümüz deyil, geosiyasi tələdə olanların təfəkkürünü əks etdirir". (Paşinyan burada hələ də eyforiyada yaşayan kor revanşçıları nəzərdə tutur). Paşinyan davam edir - "2025-ci ilin martında bəyan etdim ki, Qarabağ hərəkatını davam etdirməli deyilik,bu bəyanatım da, 2022-ci ilin oktyabrında verdiyim Praqa bəyanatı da güzəşt yox, əsil real Ermənistan dövlətinin mənafeləri naminə zəruri addımlar idi, Ermənistan dövləti bizim deyildi, indi bizim dövlətimizdir"..
Ermənistanın bütün əvvəlki rəhbərləri belə təfəkkürdə olsaydılar, hər şey daha rahat olardı... Ya da ağıllanmaq üçün "dəmir yumruq" mütləq yeyilməli idi…
Namiq Quliyev