Cümə axşamı günü, 18 dekabr 2025
     

Keçmiş nazirin dövlətə bu qədər borcu yaranırsa, adi vətəndaşa nə deyəsən...?

Image

Qərbi Kaspi Universitetinin dövlət qarşısında vergi borcunun qısa müddətdə kəskin şəkildə artması cəmiyyətdə haqlı narahatlıq doğurur. Söhbət təkcə rəqəmlərdən getmir. Oktyabr ayında cəmi 17 min manatdan bir qədər çox olan vergi borcunun bu gün 98 min manata çatması suallar yaradır.

Amma əsas sual başqa yerdədir: bu ali təhsil müəssisəsinin rəhbərliyində illərlə dövlət idarəçiliyində olmuş, qanunların icrasına nəzarət etmiş keçmiş yüksək vəzifəli məmurun yer alması cəmiyyətə hansı mesajı verir?

Əlbəttə, faktların özü hələ “vergidən yayınma” kimi ağır hüquqi ittiham irəli sürməyə əsas vermir. Vergi borcu maliyyə çətinlikləri, ödənişlərin gecikdirilməsi, cərimə və faizlərin hesablanması, eləcə də vergi orqanları ilə davam edən mübahisələr nəticəsində də yarana bilər. Vergidən yayınma isə qəsdən gəlirlərin gizlədilməsi və ya saxta hesabatla bağlı cinayətdir və yalnız məhkəmə qərarı ilə təsdiqlənə bilər.

Amma məsələ burasındadır ki, keçmiş nazir üçün “sadəcə texniki problem” anlayışı yoxdur. Çünki bu insanlar illərlə vətəndaşlara qanuna əməl etməyin vacibliyini izah edib, dövlət büdcəsinin formalaşmasına cavabdeh strukturlarda çalışıblar. Belə olan halda, onların rəhbərlik etdiyi və ya təsis etdiyi qurumun vergi borcu ilə gündəmə gəlməsi artıq hüquqi yox, etik və mənəvi məsuliyyət məsələsinə çevrilir.

Adi sahibkar vergi borcuna görə cərimələnəndə, bank hesabları dondurulanda, fəaliyyəti məhdudlaşdırılanda ona deyilirdi ki, “qanun hamı üçün birdir”. Bəs indi cəmiyyət haqlı olaraq soruşur: keçmiş nazirin rəhbərlik etdiyi qurumun vergi borcu sürətlə artanda, bu sözlər nə qədər inandırıcı qalır?

Dünya təcrübəsi göstərir ki, vergi intizamı məmurlar üçün xüsusilə həssas mövzudur. Bir çox ölkədə keçmiş və hətta fəaliyyətdə olan yüksək vəzifəli şəxsin vergi öhdəliyini pozması siyasi karyeranın faktiki sonu deməkdir. Çünki bu ölkələrdə anlayırlar ki, vergi borcu təkcə büdcəyə zərər deyil, dövlətə olan etimadın aşınmasıdır.

Almaniyanın keçmiş kansleri Angela Merkel bu baxımdan tez-tez misal çəkilir. O, uzun illər ölkəyə rəhbərlik etdiyi dövrdə və sonrasında şəxsi maliyyəsi ilə bağlı maksimal şəffaflıq nümayiş etdirib, əlavə biznes fəaliyyəti ilə məşğul olmayıb və bütün gəlirlərinin rəsmi mənbələrdən ibarət olduğunu açıq şəkildə bəyan edib. Almaniyada yüksək vəzifəli şəxsin vergi borcunun olması siyasi karyeranın sonu sayılır və bu, cəmiyyətdə mübahisəsiz norma kimi qəbul olunur.

Yeni Zelandiyanın keçmiş baş naziri Jacinda Ardern dəfələrlə vurğulayıb ki, vergi ödəmək təkcə hüquqi yox, ictimai etimad məsələsidir. O, bütün gəlirlərini açıq bəyannamələrlə təqdim edib və şəxsi davranışı ilə dövlət başçısının da adi vətəndaş kimi vergi qarşısında məsuliyyət daşıdığını göstərib.

Sinqapurda isə prinsip daha sərtdir: qanuna uyğunluq minimum tələbatdır, əsas meyar nümunəvi davranışdır. Orada məmurun vergi borcunun aşkarlanması dərhal siyasi məsuliyyət yaradır. ABŞ-ın keçmiş prezidenti Barak Obama ailəsi ilə birlikdə vergi bəyannamələrini ictimaiyyətə açıqlayaraq “ödədiyim vergidən utanmıram” mesajını verib. Finlandiyada isə vergi məlumatlarının qismən açıq olması cəmiyyət tərəfindən normal qarşılanır və dövlət başçıları bunu vətəndaşlıq borcu kimi qəbul edir.

Bu nümunələri birləşdirən əsas cəhət odur ki, həmin ölkələrdə keçmiş məmur statusu imtiyaz yox, daha ağır məsuliyyət deməkdir. Şəffaflıq qanunun məcburi tələbi olmaqdan çıxıb, siyasi mədəniyyətin ayrılmaz hissəsinə çevrilib.

Azərbaycanda da vergi orqanları borclar və cərimələrlə bağlı rəsmi məlumatlar açıqlayır və məsələlər hüquqi müstəvidə həll olunur. Amma keçmiş və hazırkı məmurların rəhbərlik etdiyi qurumların vergi borcu ilə gündəmə gəlməsi cəmiyyətdə daha kəskin reaksiya doğurur. Çünki burada sual sadədir: əgər qanunları yazan və icrasına nəzarət edənlər özləri nümunə göstərmirsə, adi vətəndaşdan nə tələb etmək olar?

Nəticə etibarilə, Qərbi Kaspi Universitetinin mövcud vergi borcu faktı hələlik vergidən yayınma kimi qiymətləndirilə bilməz. Amma borcun qısa müddətdə bu qədər artması açıq izah, məsuliyyətli mövqe və şəffaf addımlar tələb edir. Güclü dövlətlərdə məmur üçün “minimum qanuni tələblər” anlayışı yoxdur. Orada əsas meyar cəmiyyətə örnək olmaqdır.

Keçmiş nazirin dövlətə borcu yarananda, məsələ təkcə rəqəmlərdən ibarət olmur. Bu, dövlətə, qanuna və ədalətə inam məsələsidir. Cəmiyyət bu suala cavab gözləyir.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan-BƏƏ strateji tərəfdaşlığı böyük regionda hadisələrin axarını dəyişdirir…

Bakıda “Rus Evi” yenidən açıla bilər...

Azərbaycan-Türkiyə “Hərbi qarşılıqlı təhlükəsizlik sazişi” işə düşdü...

SON XƏBƏRLƏR

18.12.2025 / 21:53
Ermənistan TRİPP marşrutunda "veto hüququ" iddiasındadır...

18.12.2025 / 21:38
Azərbaycan-Ermənistan neft ticarəti rəsmən başladı...

18.12.2025 / 21:25
Qazaxıstanın NATO tipli hərbi zavodlar tikmək planı Rusiyanı qıcıqlandırdı...

18.12.2025 / 21:11
“Deutsche Welle”nin yanlışı - Tramp Qarabağ münaqişəsindən başqa heç bir müharibəni söndürməyib...

18.12.2025 / 20:57
Rusiya seçki-2026-da Ermənistana hərbi müdaxilə edə bilər...

18.12.2025 / 20:39
Putin Ukraynanı “Rusiyanın tarixi torpaqları” elan etdi... "Bütün hallarda tutacağıq"...

18.12.2025 / 20:26
Paşinyan Rusiyaya müraciət etdi - Yerasx-Naxçıvan, Qazax-İcevan dəmir yollarını bərpa edin...

18.12.2025 / 20:24
Qarabağı könüllü tərk etmiş ermənilərə Rusiyanın açıq yardımları davam edir - Məqsəd nədir...

18.12.2025 / 20:10
Ermənistan TRİPP marşrutunu "İranın maraqları üstündə qurub"...

18.12.2025 / 19:57
Ailənin tək övladı, salyanlı “Qisas” əməliyyatı şəhidi - Elmi Səmədov...

18.12.2025 / 19:43
ABŞ və Rusiya Ukrayna ilə bağlı məxfi görüş keçirəcək

18.12.2025 / 19:34
Hüquq dövləti quruculuğunda amnistiya aktları - humanizm dövlətçilik prinsipidir...

18.12.2025 / 19:21
Kim kimə borcludur - ABŞ İsrailə, ya İsrail ABŞ-a?...

18.12.2025 / 19:14
Keçmiş nazirin dövlətə bu qədər borcu yaranırsa, adi vətəndaşa nə deyəsən...?

18.12.2025 / 18:59
Putin cəsarətlənib, ya əsəbiləşib - "onlar donuzdur", "hər yeri tutacağıq"...

18.12.2025 / 18:45
AB rəhbərliyi nəhayət Orbanı Azərbaycanın xeyrinə olmayan addıma məcbur etdi...

18.12.2025 / 18:40
Ufuk Turqaner: Cari il ölkələrimiz üçün dolğun və məhsuldar keçib

18.12.2025 / 18:32
Ermənistanın İrandakı səfiri Azərbaycanı suçladı - sülh iradəsində səmimi olmayan kim?..

18.12.2025 / 18:24
Kudret Özersay: “Cənubi Kipr özünə böyük gələn bir pencəyi geyinməyə çalışır”

18.12.2025 / 18:18
Paşinyan katolikosa qarşı yeni növ kampaniya başlatdı - Ktriç xalqın əli ilə vurulacaq...

18.12.2025 / 18:12
Mətbuat Şurasının İdarə Heyəti 2025-ci ildə son iclasını keçirdi - FOTO

18.12.2025 / 18:04
Vahid Türk Dünyası xəritəsi qorxulu suallar doğurub - kimin ideyasıdır, indiki anda bu lazım idimi...

18.12.2025 / 18:03
Rəssamlar İttifaqında "Qardaşlığımız əbədidir" adlı sərginin açılışı oldu

18.12.2025 / 17:50
Gürcüstan Bakı-Tiflis-Qars dəmiryolunda hansı yeni "qolu açdı"?...

18.12.2025 / 17:44
Komitə sədri ABŞ-nin Azərbaycandakı Müvəqqəti işlər vəkili ilə görüşdü

18.12.2025 / 17:37
Dövlət Komitəsinin nəzərində "Ailə vəzifələri olanlar" nəyi ifadə edir...

18.12.2025 / 17:24
Aşqabadda Ərdoğan-Putin görüşünün bir detalı açıqlandı - Türkiyə S-400-ləri geri qaytarmağı təklif etdi...

18.12.2025 / 17:11
Dünyanın ən varlı siyasətçiləri - Tramp birinci ola bilmədi, ikinci adam isə hamını şoka saldı...

18.12.2025 / 16:55
Paşinyan Gürcüstanın dəmiryolu tariflərindən narazılıq etdi - alternativ yollar axtaracağıq...

18.12.2025 / 16:42
Mahir CAVADLI: dünyanın biz tərəfə baxan gözünün kor, qulağının kar olduğunun şahidi olmuş qələm adamları….

18.12.2025 / 16:20
Paşinyan Avrasiya İqtisadi Birliyinin iclasında iştirak edəcək

18.12.2025 / 16:07
AQTA Yeni il qutuları ilə bağlı çağırış etdi - diqqətli olun...

18.12.2025 / 15:53
“Nar” lotereyasında böyük finala az qaldı – “Li L9 Ultra” avtomobili səni gözləyir

18.12.2025 / 15:38
Kərim Vəliyev Türkiyənin ordu generalı ilə görüşdü - birgə hərbi təlimlər artırılacaq...

18.12.2025 / 15:11
Estoniya Rusiya ilə sərhəddə 600-ə yaxın bunker tikir...

18.12.2025 / 14:55
Bakıda narkokuryer 11 kq marixuana ilə tutuldu - VİDEO

18.12.2025 / 14:40
Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salındı - 22 sistern vaqon Aİ-95 benzini...

18.12.2025 / 14:22
Putin Qərbi Şimali Qafqazda terrorçuları dəstəkləməkdə ittiham etdi

18.12.2025 / 14:08
Avropa İttifaqı Rusiyanın pulu ilə Ukraynanı silahlandırır...

18.12.2025 / 14:06
Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları təltif edildi - SƏRƏNCAM

18.12.2025 / 13:55
Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsvirində dəyişiklik edildi

18.12.2025 / 13:52
Prezident AzMİU-nun əməkdaşlarını təltif erdi

18.12.2025 / 13:48
Prokuror Vardanyana iş istədi - ömürlük azadlıqdan məhrum edilsin...

18.12.2025 / 13:34
"Rusiya aktivləri ilə bağlı qərar qəbul olunana qədər heç kim sammiti tərk etməyəcək" – Lyayen

18.12.2025 / 13:19
Mağazalarda satıcıların fikirlərini yayındıraraq oğurluq edən dəstə yaxalandı

18.12.2025 / 13:12
"Türk dünyasının jurnalistləri arasında həmrəyliyə ehtiyacımız var" - Media Agentliyinin İcraçı direktoru

18.12.2025 / 13:05
"Türk ölkələrinin geopolitik fəallığı artdıqca dezinformasiya dalğasının da miqyası genişlənir" - Əhməd İsmayılov

18.12.2025 / 12:54
Azərbaycan və BƏƏ arasında konsulluq sahəsində əməkdaşlıq Bakıda müzakirə olundu

18.12.2025 / 12:31
Peşə Təhsili üzrə Dövlət Agentliyinə yeni direktor təyin olundu

18.12.2025 / 12:10
Ağsuda saxta sənədlər hazırlayaraq dələduzluq edən şəxs tutuldu

18.12.2025 / 11:55
Sumqayıtda dələduzluq və oğurluq edən şəxslər saxlandı

18.12.2025 / 11:30
Prezident İlham Əliyev Qətər Əmirinə təbrik məktubu ünvanlayıb

18.12.2025 / 11:07
“Mediada inklüziv dildən istifadənin təşviqi” mövzusunda seminar keçirilib

18.12.2025 / 10:48
Ağdamda 43 yaşlı kişinin traktorla minaya düşməsi ilə bağlı araşdırmalara başlandı

18.12.2025 / 10:01
Ən varlı hindistanlı Messiyə 1,1 milyon dollarlıq saat bağışlayıb

18.12.2025 / 09:46
Salon, bərbərxana, restoran, kafelərin cəmi 2 həftə vaxtları qaldı...

18.12.2025 / 09:12
Avropada rus qazı dövrü bitir - imtina qərarı təsdiqləndi və konkret tarix təyin edildi...

18.12.2025 / 09:01
PSJ tarixində ilk dəfə Qitələrarası Kubokun qalibi oldu

18.12.2025 / 08:35
Əmrullayev ölkənin təhsil sistemini dəyişdirir - ehtiyac varmı?...

18.12.2025 / 00:02
Rusiyada miqrantların banklara çıxışı məhdudlaşdırıla bilər - yalnız bir hesab…

17.12.2025 / 23:19
Paşinyan kilsəni parçaladı - yepiskoplar Qareginə qarşı üsyana qalxdı…

17.12.2025 / 22:35
Cənubi Qafqazın üç ölkəsini birləşdirən vahid dəmir yolu şəbəkəsi yaradılır...

17.12.2025 / 22:08
Ağdamda kənd sakini minaya düşdü

17.12.2025 / 21:50
Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir

17.12.2025 / 21:33
Xamneyinin kadrı Zəngəzur dəhlizində yeni “təhlükə elementləri” tapdı...

17.12.2025 / 21:17
Rusiya Abbas Abbasovu versə, çox şeylər açılacaq...

17.12.2025 / 21:03
İrəvandan Tehrana və Moskvaya sərt "Zəngəzur dəhlizi mesajları"...

17.12.2025 / 20:48
Ermənistanın radikal qüvvələri bu dəfə AB-yə qarşı səlib yürüşünə başlayır...

17.12.2025 / 20:35
Xəzərdə Rusiya obyektlərini vuran Ukrayna dronları haradan havalanıb...

17.12.2025 / 20:30
Hərbi Hava Qüvvələrinin xidməti-döyüş fəaliyyəti yoxlanıldı - FOTO

17.12.2025 / 20:19
Azərbaycan-BƏƏ strateji tərəfdaşlığı böyük regionda hadisələrin axarını dəyişdirir…

17.12.2025 / 20:04
Bakıya “Dünya İdman Paytaxtı” titulu verilib... Monakodan sonra Bakı...

17.12.2025 / 19:50
“44 gün - Tarixi zəfər" kitabının iki cildi 4 rayondan olan şəhid ailələrinə hədiyyə edildi... - FOTO

17.12.2025 / 19:35
“Tacir Şahmalıoğlu düz demir... Müəllimdən xahiş etdi ki, mən oxuyum" - Fərman Qarabağlı...

17.12.2025 / 19:31
Almaniya gömrüyü “Zenit”in baş məşqçisinin ayaqqabısını müsadirə etdi...

17.12.2025 / 19:25
Bakıda “Rus Evi” yenidən açıla bilər...

17.12.2025 / 19:11
Ərdoğanın təklifi Ukraynanın hədəflərinə uyğun sayılmır - Rusiyanın neft obyektləri vurulmasa...

17.12.2025 / 19:05
Orban Avropanı xristian sivilizasiyasını sıxışdırmaqda ittiham etdi...

17.12.2025 / 18:57
Ermənistan Bakının konstitusiya tələbinə yeni izah verdi...

17.12.2025 / 18:50
Luvr Muzeyinin işçiləri tətil ediblər

17.12.2025 / 18:43
Bu ölkədən gətirilmiş şüşə qablarda zəhərli ağır metal aşkarlandı...

Hüquq dövləti quruculuğunda amnistiya aktları - humanizm dövlətçilik prinsipidir...

XƏBƏR ARXİVİ