Ermənistanda bir sıra din xadimləri bütün Ermənistanın katolikosu II Qaregini devirməyə hazırlaşır. Belə ki, Nikol Paşinyana qoşulan yepiskoplar bəyanat yayıblar. Onlar II Qareginin “taxtdan” salınmasına dəstək vermələri üçün yerli dindarlara və diaspora müraciət ediblər.
Yepiskoplar din xadimlərini dekabrın 18-də Eçmiədzində toplaşmağa və bütün ermənilərin katolikosunu “taxtdan salmağa” salmağa çağırıblar.
Bildirilir ki, baş verən problemlər erməni katolikosunun özü tərəfindən idarə olunub və bu da mövcud problemlərin həllinə xidmət etməyib. “Bu son illərdə Katolikos II Qareginin tək, özbaşına və aşağılayıcı idarəetmə tərzini bir daha sübut edir. Bizim-ruhani və dindarların bir-birimizlə dürüst olmağımızın və etiraf etməyimizin vaxtı gəlib çatıb ki, son illərdə səsimiz nəinki kilsədə eşidilməyib, həm də kilsə missiyasının həyata keçirilməsində heç bir əhəmiyyətli, həlledici təsirə malik olmamışıq.
Beləliklə, Eçmiədzin adından erməni xalqı naminə kilsənin qarşısında duran məsələlərlə və katolikosla bağlı aydın və qətiyyətli mövqe bildirməyin vaxtı gəlib çatıb; biz heç bir iş və digər məsələləri həll etməmişik və bu məsələdə onlara dəstək verməmişik.
Hər birimiz qəbul edilmiş qərarlar və görülən hərəkətlər üçün məsuliyyət daşıyırıq.
Həm Ermənistanda, həm də diasporda olan inanclı insanları vahid iradə nümayiş etdirməyə, bizə qoşulmağa və kilsənin nüfuzunun və ləyaqətinin qəsdən məhv edilməsinə səbəb olan bu dağıdıcı, antikanonik prosesə qarşı ədalətli etirazlarını bildirməyə, erməni kilsəsini xarici maraqların xidmətinə qoymaq üçün edilən hər hansı bir cəhd və səyləri qətiyyətlə rədd etməyə çağırırıq”.
Bəyanatda dindarların bütün ermənilərin katolikosu II Qareginin “dəfn edilməsi” mərasiminə qoşulması üçün çağırış edilib.
İradə SARIYEVA