çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Putin cəsarətlənib, ya əsəbiləşib - "onlar donuzdur", "hər yeri tutacağıq"...

Image


Tural İsmayılov: “Putinin qəzəbli tonu həm də Rusiyanın strateji tükənmə mərhələsinə daxil olmasının göstəricisidir”

Rusiya Prezidenti Vladimir Putin Avropada gərginliyi daha da artıracaq açıqlamalar verib. Onun fikirləri bəzi ölkələr arasında narahatlığa səbəb olub. Belə ki, Avropadakı bəzi aktorların və liderlərin Rusiyanın zəifləməsindən faydalanmaq ümidi ilə ABŞ-dakı Bayden administrasiyasının siyasətində iştirak etdiyini söyləyən Putin Avropa ölkələrini sərt ifadələrlə təhqir edib:

“Kiçik Avropa donuzları ölkəmizin dağılmasından faydalanmaq ümidi ilə Bayden administrasiyasının işlərində iştirak ediblər”.

Putin iddia edib ki, bu ölkələr keçmişdə itirdiklərini geri qaytarmağa çalışırlar. O bildirib ki, Avropadakı bəzi dairələr qisas hissi ilə hərəkət edir.

O həmçinin qeyd edib ki, Qərb ölkələri ilə diplomatik səylər uğursuz olarsa, Rusiya Ukraynaya hücumlarını davam etdirəcək: “Təhlükəsizlik məqsədləri üçün silahsızlaşdırılmış zonaların genişləndiriləcək və bu proses qətiyyətlə davam etdiriləcək. Qərb dialoqdan imtina edərsə, tarixi ərazilərimizi hərbi yolla geri alacağıq”.

Maraqlıdır, Putini cəsarətləndirən, bu cür qətiyyətli fikir səsləndirməyə vadar edən nələrdir? Yoxsa hazırkı vəziyyətin çətinliyindən qəzəblənib belə açıqlamalar verib?

“Rusiya prezidentinin son açıqlamaları Kreml rəhbərliyinin özünü güclü göstərmək cəhdindən daha çox, dərin strateji narahatlığın və siyasi təcridin yaratdığı psixoloji gərginliyin əlamətidir”

Siyasi şərhçi Tural İsmayılov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Rusiya prezidentinin son açıqlamaları Kreml rəhbərliyinin özünü güclü göstərmək cəhdindən daha çox, dərin strateji narahatlığın və siyasi təcridin yaratdığı psixoloji gərginliyin əlamətidir. Putinin Avropa ölkələrini təhqir etməsi emosional reaksiya kimi görünə bilər, lakin əslində bu, Moskvanın uzun müddətdir itirdiyi geosiyasi çəkini bərpa edə bilməməsinin yaratdığı qəzəbin ifadəsidir: “Rusiya iqtisadiyyatı sanksiyaların təsiri altında daralır, texnoloji asılılıq artır, hərbi itkilər çoxalır və Kreml bu reallığı ört-basdır etmək üçün daha sərt ritorikaya sığınır. Bu, zəifliyin güc kimi təqdim edilməsi strategiyasının klassik nümunəsidir.

Putinin “tarixi ərazilərimizi hərbi yolla geri alacağıq” kimi iddiaları həm təhlükəli, həm də qeyri-real siyasi fantaziyadır. Rusiya artıq Ukraynada sürətli qələbə əldə edə bilməyəcəyini anlayıb və bu səbəbdən ritorikanı sərtləşdirərək Qərbi danışıqlara məcbur etməyə çalışır. O düşünür ki, Qərbdə siyasi yorğunluq fonunda aqressiv bəyanatlar müəyyən yumşalma yarada bilər. Lakin reallıq bunun əksini göstərir: bu cür çıxışlar Avropada təhlükəsizlik narahatlıqlarını artırır və NATO-nun daha sərt mövqeyinə səbəb olur.

Putinin Avropanı təhqir etməsi həm də daxili auditoriyaya hesablanmış mesajdır. Kreml uzun illərdir ki, “xarici düşmən” narrativi üzərində siyasi “legitimlik” qurur və ölkədəki iqtisadi-sosial problemlərin məsuliyyətini Qərbin üzərinə atmağa çalışır. Bu “legitimlik” real ictimai dəstəyə deyil, qorxu, təbliğat və informasiya manipulyasiyasına söykənən idarəçilik modelidir. Məhz buna görə də Putin sərt bəyanatlarla daxili auditoriyanı səfərbər etməyə, diqqəti real problemlərdən yayındırmağa çalışır.

Eyni zamanda, Rusiya rəhbərliyi Qərbin Ukraynaya yardım tempindəki dalğalanmaları özünə fürsət kimi görür. Kreml hesab edir ki, ABŞ və Avropa daxilində siyasi parçalanma dərinləşərsə, Ukraynaya dəstək zəifləyəcək və Moskva daha sərfəli şərtlərlə masaya otura biləcək. Bu səbəbdən Putin ritorikanı radikallaşdıraraq psixoloji üstünlük yaratmağa çalışır. Lakin bu cəhdlər Rusiyanın mövqeyini gücləndirmir, əksinə, onun təcridini daha da dərinləşdirir”.

Həmsöhbətimiz hesab edir ki, Putinin qəzəbli tonu həm də Rusiyanın strateji tükənmə mərhələsinə daxil olmasının göstəricisidir. Müharibə uzandıqca Moskvanın resursları azalır, iqtisadiyyat hərbi yükü daşımaqda çətinlik çəkir və Kreml bu zəifliyi ört-basdır etmək üçün ritorikanı daha da sərtləşdirir. Bu, emosional reaksiyanın siyasi strategiya kimi təqdim edilməsidir: “Nəticə etibarilə, Putinin son açıqlamaları nə güc nümayişidir, nə də strateji üstünlüyün ifadəsi. Bu, daha çox təcridin, iqtisadi çətinliklərin, hərbi uğursuzluqların və beynəlxalq arenada itirilmiş nüfuzun yaratdığı təzyiqin nəticəsidir. Rusiya bu ritorika ilə özünü güclü göstərməyə çalışsa da, əslində, bu cür bəyanatlar Moskvanın zəifləyən mövqeyini daha aydın şəkildə ortaya qoyur”.

Günel CƏLİLOVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ