Rusiya ilə Ukrayna arasında qanlı münaqişə davam edərkən, Avropanın Putin hökumətinə qarşı sanksiyaları da davam edir.
Avropa Parlamenti 2027-ci ilə qədər Rusiyadan qaz və mayeləşdirilmiş təbii qaz (LNG) idxalını tədricən dayandırmaq qərarını təsdiqləyıb. Bu addımla AB Moskvadan asılılığını kökündən azaltmağı hədəfləyir.
Aİ üzv dövlətləri tərəfindən də təsdiqlənməli olan qərarın qüvvəyə minməsi ilə 2026-cı ildə Rusiyanın spot bazarından mayeləşdirilmiş təbii qaz idxalı bütün Birlik ərazisində qadağan ediləcək. Təbii qazın boru kəməri ilə idxalı isə 30 sentyabr 2027-ci ilə qədər tədricən dayandırılacaq.
Oktyabr ayı etibarilə Rusiyanın Aİ qaz idxalındakı payı 12 faiz olub. Müharibə başlamazdan əvvəl isə bu 45 faiz təşkil edib.
Aİ Komissiyasının prezidenti Ursula fon der Leyen parlamentdə çıxışında qeyd etib ki, Ukraynada müharibənin başlanğıcından bəri Avropa Birliyi Rusiya qazından istifadəni əhəmiyyətli dərəcədə azaldıb. Onun sözlərinə görə, Rusiyadan kömür idxalı da müharibədən əvvəlki 51 faizdən sıfıra düşüb: “Xam neft idxalı da müharibənin əvvəlindəki 26 faizdən 2 faizə düşüb. Biz tədricən və birdəfəlik olaraq Rusiyanın qazıntı yanacaqlarından imtina edəcəyik. Bir neçə il əvvəl buna heç kim inanmazdı. Amma biz hərəkətə keçdik və Rusiyadan müstəqilliyimizi qazandıq".
TAHİR