çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Qazaxıstanın NATO tipli hərbi zavodlar tikmək planı Rusiyanı qıcıqlandırdı...

Image


Qazaxıstan özünün milli ASPAN layihəsinin bir hissəsi olaraq, NATO standartlarına cavab verəcək artilleriya mərmiləri və minaları istehsal edəcək dörd yeni zavod tikib istifadəyə verməyi planlaşdırır. Rusiyanın RTVI televiziya kanalının məlumatına görə, layihənin ümumi dəyəri təxminən 1 milyard dollar olacaq.

Telekanalın məlumatına görə, ilk ASPAN-1 zavodu hazırda tikilməkdədir və 2027-ci ildə istehsala başlayacaq. Burada mərmi və minalar istehsal olunacaq. Qalan üç zavodun istifadəyə verilmə tarixləri hələ açıqlanmayıb. Adı açıqlanmayan yüksək vəzifəli Qazaxıstan hərbi rəsmisi RTVI-yə bildirib: “Uzun müddət Qazaxıstanın təkcə artilleriya mərmiləri və minaları deyil, həm də kiçik silah sursatlarının yerli istehsalı yox idi. Buna görə də ordumuzun döyüş hazırlığı Qazaxıstanda mövcud olan Sovet dövründən qalma silah anbarlarından və Rusiyadan, digər keçmiş Sovet respublikalarından gələn təchizatdan çox asılı idi”. O qeyd etdi ki, hazırkı geosiyasi vəziyyətdə ölkənin öz mərmi istehsalına sahib olması son dərəcə vacibdir. Hərbi zavodları Qazaxıstanın “Great Sky” şirkəti inşa edir. Təşkilatın baş direktorunun birinci müavini Andrey Tixonenko layihənin böyük potensiala malik olduğunu bildirib, çünki metal, pambıq, turşular və digər materiallar da daxil olmaqla, sursat istehsalı üçün lazım olan bütün xammal Qazaxıstanda var. Qeyd olunur ki, ASPAN layihəsi çərçivəsindəki fabriklər, NATO standartlarına uyğun mərmilərlə yanaşı, Rusiya istehsalı olan 82 millimetrlik, 120 millimetrlik, 122 millimetrlik və 152 millimetrlik çaplı artilleriya sursatları da istehsal edəcək. Qazaxıstan mediasının məlumatına görə, ölkənin Müdafiə Nazirliyi tikilməkdə olan zavodların daxili ehtiyacları ödəməklə yanaşı, həm də bu sahədə ixracı asanlaşdıracağını gözləyir. Eyni zamanda, RTVI mənbəyinə görə, Rusiya ilə Ukrayna arasındakı tammiqyaslı müharibə fonunda ölkədə hərbi-texniki məhsulların xaricdə satışına tamamilə qadağa qoyulduğundan, ixrac barədə danışmaq hələ tezdir. Kanalın mənbəyi qeyd edib ki, uzunmüddətli perspektivdə bu, mümkün bir seçimdir, çünki bir sıra postsovet ölkələri Qərb tipli avadanlıqları fəal şəkildə alır. Mənbə həmçinin Rusiyanın Qazaxıstanın ən böyük hərbi-texniki tərəfdaşı və silah təchizatçısı olaraq qaldığını, lakin ölkənin digər hərbi-texniki əməkdaşlıq proqramlarını da həyata keçirdiyini və onların payının tədricən artdığını bildirib. 2023-cü ildə, Ukraynadakı müharibə fonunda Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hərbi texnika və sursat istehsalının lokallaşdırılmasını maksimum dərəcədə artırmaq məqsədi qoymuşdu. Tokayev qeyd edib ki, “zirehli maşınlar, pilotsuz uçuş aparatları, müasir kiçik silahlar - bütün bunları ölkəmizdə istehsal edə bilərik və etməliyik”.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlev Qazaxıstanın bu addımını “dost olmayan” hal adlandırıb. O, “Gazeta.ru”ya verdiyi şərhdə bildirib ki, Qazaxıstan artıq 1990-cı illərdən bəri Şimali Atlantika Alyansı ilə əməkdaşlıq proqramlarında iştirak edir: “Qazaxıstanın öz ərazisində NATO standartlarına uyğun artilleriya mərmilərinin istehsalını qurmaq qərarı Rusiyaya qarşı qeyri-dost addımdır. Qardaş kimi görünən bir respublikanın nəinki rus dilindən, həm də kiril əlifbasından necə tez bir zamanda imtina etdiyini görməməyə çalışırıq. Həmçinin Ukraynanı dəstəkləmək üçün necə “yurdlar” qurduqlarını. İndi isə onlar NATO sursat standartlarına keçirlər və açıq şəkildə gələcəkdə Rusiya silahlarından imtina etmək, onları Qərb silahları ilə əvəz etmək niyyətindədirlər”. Juravlyov xatırladıb ki, 1992-ci ildə Qazaxıstan Şimali Atlantika Əməkdaşlıq Şurasına daxil edilib və 1994-cü ildə ölkə NATO ilə “Sülh Naminə Tərəfdaşlıq” adlı çərçivə sazişi imzalayıb: “Dərhal sual yaranır: NATO niyə Qazaxıstanla bu qədər maraqlanır? Bəlkə də Rusiya ilə həmsərhəd olduğuna görə və bu ölkə başqa bir rusofob forpostuna çevrilə bilər? NATO ilə bu əməkdaşlığın Kiyev üçün nə demək olduğunu hamımız bilirik”. Bu arada maraqlı bir mqaəmı da xatırladaq ki, cari ilin iyununda Qazaxıstan hərbi nümayəndələri NATO standartlarının Azərbaycan Ordusunda tətbiqi ilə tanış olublar. Belə ki, Azərbaycan və Qazaxıstan Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda iki ölkənin Müdafiə nazirliklərinin əməkdaşları arasında görüş keçirilib. Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə qazaxıstanlı qonaqlara Azərbaycan Ordusunda Əməliyyat İmkanları Konsepsiyası proqramı, təhsil sistemində aparılmış islahatlar, müdafiə planlaşdırılması çərçivəsində planlama, proqramlaşdırma, büdcələşdirmə sisteminin tətbiqi ilə bağlı brifinq təqdim olunub. Sonra qonaqlar Əməliyyat İmkanları Konsepsiyası taborunda NATO standartlarının Azərbaycan Ordusunda tətbiqi ilə tanış olublar. Nümayəndə heyətinə ƏİK bölmələri haqqında brifinq təqdim olunub, qonaqlar silah və texnika ilə tanış olublar.

Samirə SƏFƏROVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ