Ermənistan Baş naziri Nikol Paşinyan bu ölkə ərazisindəki dəmir yolu xətlərinin müəyyən hissələrinin yenidən qurulmasının vacibliyini qeyd edib və Türkiyə və Azərbaycanla bağlı diqqət çəkən açıqlamalar verib.
O, Yerasx-Naxçıvan və Axurik-Türkiyə xətləri üçün Rusiyaya təcili müraciət etdiyini bildirib: "Mən rusiyalı həmkarlarımızdan təcili olaraq dəmir yolu xəttinin, xüsusən də Yerasx (Arazdəyən) kəndindən Naxçıvana və Axurikdən Türkiyəyə gedən hissənin tam yenidən qurulmasını istəmişəm".
Baş nazir yaxın gələcəkdə Ermənistanın İcevan şəhəri ilə Azərbaycanın Qazax şəhəri arasında dəmir yolu xəttinin də yenidən qurulması məsələsini də qaldıracağını bildirib. Bu hissənin də mümkün qədər tez bərpasına ehtiyac olduğunu deyən Paşinyan, rusiyalı tərəfdaşlarının bu tələbləri tez bir zamanda yerinə yetirəcəyinə ümid etdiyini qeyd edib.
Rusiyanın TRIPP layihəsindəki rolu ilə bağlı sualı cavablandıran Paşinyan, layihənin ikitərəfli Ermənistan-ABŞ layihəsi kimi müəyyən edildiyini bildirib və əlavə edib ki, üçüncü ölkələrin prosesə daxil edilməsi yalnız ikitərəfli formatda müzakirə edilə bilər.
TAHİR