Dekabrın 18-də Azərbaycan Rəssamlar İttifaqında Beynəlxalq Qalereyanın direktorları Elnurə İsgəndərovanın moderatoru və Aygün Əzizovanın layihə rəhbəri olduğu "Qardaşlığımız Əbədidir" adlı rəsm sərgisinin açılışı olub. Sərgi Kuzey Kıbrıs Türk Cumhuriyyətinin (KKTC) Bakı Nümayəndəliyi, Azərbaycan Rəssamlar İttifaqı, Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə təşkil olunub.
Sərgidə müxtəlif yaş qruplarından olan gənc və peşəkar rəssamların Kuzey Kıbrıs, Türkiyə və Azərbaycanın mədəni, tarixi gözəllikləri və bu ölkələrin əbədi qardaşlığını əks etdirən 200-ə yaxın əsər sərgilənib.
Sərginin açılışında Rəssamlar İttifaqının sədi Fərhad Xəlilov, KKTC Bakı Nümayəndəliyinin rəhbəri xanım Ufuk Arça Turganer, Milli Məclisin üzvü, Azerbaycan – KKTC Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Cavanşir Feyziyev, Yeni Azerbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədr müavini Elnarə Mustafayeva iştirak edib.
Sərginin ən böyük özəlliyi isə gənc rəssamlar arasında autizm və daun sindromlu uşaqların yer alması olub. Bu uşaqlar arasında istedadların ortaya çıxarılaraq cəmiyyətə qazandırılması sərginin əhəmiyyətini artıran ən böyük dəyərdir və buna görə təşkilatşıların əməyi yüksək qiymətləndirilməlidir.
SAMİRƏ