çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Vahid Türk Dünyası xəritəsi qorxulu suallar doğurub - kimin ideyasıdır, indiki anda bu lazım idimi...

Image


Məhərrəm Zülfüqarlı: “...Bir sıra dövlətlərin əraziləri əks olunacaq”

Vahid türk əlifbasının yaradılması istiqamətində ciddi işlərin getdiyi bir dönəmdə türk dünyasının vahid xəritəsinin yaradılacağı barədə də məlumatlar yayılıb. "Nezavisimaya Qazeta"da yayımlanan məqalədə bildirilir ki, Türkiyə ordusunun rəhbərliyi altında Türk dünyasının vahid xəritəsi yaradılır. Bu yöndə ilk görüş 2024-cü ildə keçirilib.

Türkiyənin Milli Müdafiə Nazirliyinin general-mayoru Osman Alp yerli mediaya bildirib ki, xəritə türk birliyinin, tarixi əlaqələrin və mədəni qarşılıqlı əlaqələrin gücləndirilməsi üçün güclü bir simvol və vasitəyə çevriləcək.

Birinci mərhələdə coğrafiya, ərazi, mineral yataqları, logistika, hərbi və mülki infrastruktur obyektləri, strateji əhəmiyyətli müəssisələr, dövlət qurumları və region daxilində nəqliyyat mərkəzləri əks olunmalı olan əsas coğrafi xəritə hazırlanır.

Bəli, vahid türk əlifbası kontekstində türk dünyasının vahid xəritəsinin hazırlanması prosesi gedir.

Vahid türk xəritəsinin hazırlanmasının əhəmiyyəti nədir? Bu necə olacaq? Rusiyanın əraziləri də ora daxil ediləcək, yaxud edilməyəcək? Təbii ki, türk dünyası coğrafiyasını müəyyənləşdirmək çox çətindir, bu baxımdan bu necə olacaq, narazılıq yaranmayacaq ki? Bu sərhəd necə müəyyənləşdiriləcək? Mərkəzi Asiya ölkələrini, Türkiyəni, Azərbaycanı bildik, bəs axı Rusiyada da, Çində də, Gürcüstanda da, indiki İranda da, İraqda da türk torpaqları var. Bunlar necə olacaq, onlar bu xəritəyə necə daxil ediləcək? Bu xəritənin hazırlanması nə ideyadır və bu dövlətlərin arasında münasibətlərə necə təsir edəcək? Bu ideyanın təxribatçı tərfləri var, yoxsa yoxdur? Bu xəritəyə Rusiya, Çin dözəcək? Əgər Çindəki Uyğurustan bu xəritəyə daxil edilməyəcəksə onda bu nə türk dünyası xəritəsi olacaq?

Qeyd etdiyimiz kimi, vahid türk əlifbasının yaradılması prosesi gedir. Dekabrın 15-də Ümumdünya Türk Dilləri Günü təsis olunub və sair.

Başqa bir mənbədə isə vahid türk xəritəsinin yaradılması barədə bildirilir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi və Milli Təhsil Nazirliyi birgə layihə çərçivəsində dərsliklərdə istifadə üçün Türk dünyasının yeni, vahid xəritəsini hazırlayır, bu, türk dövlətlərinin tarixi coğrafi bağlarını, dil və mədəniyyət birliyini vurğulayaraq, onların beynəlxalq aləmdə koordinasiyasını gücləndirməyi hədəfləyir, bu da TDT üçün vacib bir institusional addımdır.

Layihənin məqsədi türk dövlətlərinin vahid bir xəritə üzərində göstərilməsi, onların tarixi köklərini və müasir birliyini təcəssüm etdirməkdir.

Türkiyənin Milli Təhsil Nazirliyi (MTN) və Milli Müdafiə Nazirliyinin (MSB) Təlim və Tərbiyə Baş İdarəsi bu layihəni birgə icra edir.

Hazırda dərsliklərdə istifadə olunan xəritələr yenilənir, 40 yeni xəritə hazırlanır; bu, geosiyasi mövqeyi, tarixi, regional inkişafı əks etdirir.

Məsələnin əhəmiyyətinə gəlincə, bildirilir ki, bu xəritə Türk Dövlətləri Təşkilatının (TDT) institusional dayanıqlılığını artırır, türk dünyasının tarixi coğrafi bağlarını və mədəni bütövlüyünü göstərir.

Layihə Göytürk xaqanlığından Səlcuqlulara, Osmanlı İmperiyasına qədər olan türk dövlətlərinin vahid bir tarixi coğrafiyada birləşdirilməsini nəzərdə tutur.

Bu addım türk dünyasının müasir birliyi və tarixi mirasının təbliğində mühüm rol oynayır.

“Bu xəritənin hazırlanmasının arxasında...”

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, vahid türk dilinin yaradılması, türk dünyasının mədəni, iqtisadi əməkdaşlığı son illər daha da irəliləyir, inkişaf edir. “Burada Azərbaycan Türkiyə ilə Türküstan arasında körpü rolunu oynayır. Vahid əlifbanın, vahid dilin yaradılması məsələsi gündəmdədir. UNESCO-nun dekabrın 15-ni Ümumdünya Türk Dilləri Günü olaraq təsis etməsi çox əlamətdar hadisədir. Burada çox böyük irəliləyişlər var. Ona görə də, bu kontekrtdə gələcəkdə nə baş verəcək, onları danışmalıyıq. Türküstan (Orta Asiya respublikaları), Azərbaycan müstəqil dövlətə sahibdirlər, lakin Rusiyada Tatarıstan, Başqırdıstan, Kalmıkiya, Saxa-Yakut kimi türk respublikaları var. Bunlar bilavasitə Rusiya Federasiyasına daxil olduqları üçün onların inteqrasiyaya cəlb edilməsi bir qədər ləngiyə bilər. O cümlədən də Çindəki uyğurların, Moldovadakı qaqauzların. Amma bu proses gedir. Qloballaşan dünyada xalqların yaxınlaşması prosesi sürətlə gedir. 30 milyondan çox Azərbaycan türkünün yaşadığı indiki İran, Çində uyğurların yaşadıqları Şərqi Türküstan kimi yerlərdə bu proses inkişaf edəcək.

Amma ilk növbədə Azərbaycan, Türkiyə və Orta Asiya Respublikalarında bu inteqrasiya gedəcək.

Türk dünyasının xəritəsi müxtəlif dövrlərdə müxtəlif səviyyələrdə yaradılıb. Yəni türk xalqlarının yaşadıqları respublikaların, yaxud hansısa ölkələrin daxilində kompakt yaşayan türklərin əraziləri o xəritələrdə qeyd olunub”.

M.Zülfüqarlı qeyd etdi ki, bu gün türk dünyasının xəritəsinin yaradılmasına başlanılıb. “Türk dünyasının ümumi xəritəsinin hazırlanması, orada türk xalqlarının yaşadıqları ərazilərin qeyd olunması Turan imperiyasının yaranması demək deyil. Çünki bəziləri hesab edir ki, Turan imperiyası yaranacaq. XXI əsrdir və imperiya dövrü artıq sona çatır. Axırıcı Rusiya imperiyasıdır ki, o da dağılmağa doğru gedir. Hesab edirəm ki, türk dünyasının vahid xəritəsinin hazırlanması, vahid türk dil və əlifbasının yaradılması, ümumi türk əməkdaşlığı əsəsən mədəni, iqtisadi əməkdaşlıqdan keçir. Yəni hər bir müstəqil dövlətin türk dünyasına inteqrasiyası onun inkişafına xidmət edəcək. İndiki məqamda Türkiyə güclü NATO dövləti kimi burada təşəbbüsü ələ alıb, Azərbaycan da onun yanındadır. Güman edirəm ki, vahid türk dünyasının xəritəsində bir sıra dövlətlərin əraziləri əks olunacaq. Kiçik Asiya yarımadasında Türkiyə, Qafqazda Azərbaycan, Dağıstan ərazisində kompakt yaşayan türkdilli xalqlar, Rusiyada Başqırdıstan, Tatarıstan, Çuvaşıstan, Saxa respublikaları, dövlət qurumları olan və olmayan xalqlar, Moldovada qaqauzlar, Cənubi Azərbaycan türkləri (indiki İranın şimal hissəsi), Çinin Şərqi Türküstan adlanan uyğur vilayəti, İraqın Mosul və Kərkük ərazisində və digər ərazilərdə yaşayan türklərin ümumi xəritəsi hazırlanır ki, bu da hər bir türk üçün böyük bir sənəd olacaq. Bu xəritəyə baxanda türk xalqları öz böyüklüklərini görəcəklər. Çünki biz öz böyüklüyümüzü bu cür xəritələrlə görməliyik. Baxın, cılız xalqlar özləri üçün böyük xəritələr yaradırlar. Biz isə böyük xalqıq”.

M.Zülfüqarlı qeyd etdi ki, qonşu ermənilər dünya ölkələrində yaşayan ermənilərlə bağlı dünya xəritəsində işarələr qoyub öz muzeylərində nümayiş etdirirlər. “Amma türk dünyası daim öz böyüklüyü ilə seçilib. Amma artıq XXI əsrdə bunun dəiq qiymətinin verilməsinə ehtiyac var. Bütün dünya bilsin ki, bütün dünyada yayılmış dillər içində türk dilinin ayrıca yeri var. Türklərin yaşadıqları ərazilər də məhz xəritələr də əks olunamlıdır. O ərazilərdə yaşayan türk xalqlarının adlarını, sahib olduqları dövlətləri göstərməklə bu tarixi dünyaya nümayiş etdirmək olar. Vahid türk xəritəsinin yaradılması mühüm addım olacaq, inanırıq ki, bütün türk xalqları buna öz töhfələrini verəcək”.

Başqa dövlətlərin bu xəritələrə münasibətinə gəlincə, M.Zülfüqarlı qeyd etdi ki, burada hansısa dövlətə ərazi iddiasından söhbət getmir, məsələ türk xalqlarının tarixən yaşadıqları coğrafiyaları xəritədə əks etdirməkdir, bu da tariximizin öyrədilməsinə xidmət edir: “Bu xəritənin hazırlanmasının arxasında hansısa başqa niyyətlər dayanmır və bu, türk xalqının tarixini, coğrafiyasını və sairi özündə ehtiva edəcək. Bu da olduqca vacib bir məsələdir”-deyə M.Zülfüqarlı bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ