"Azərbaycanda istehsal olunan neft məhsulları ilə dolu qatar artıq hərəkət edib və Ermənistana gəlir və bunu alqışlayıram". Bunu baş nazir Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
“Xalis ticarət özəl şirkətlər arasında baş verir, amma təbii ki, bu ticarət üçün siyasi şərait yaradan Ermənistanla Azərbaycan arasında bərqərar olan sülhdür. Əlbəttə ki, siyasi səviyyədə iki ölkənin biznes dairələrinin imkanlar barədə məlumatlandırılacağı və müvafiq maraq yaranarsa, artıq müqavilələr imzalayacaqları barədə razılaşmalar da olub. Bilirəm ki, qatar gəlir, dəqiq neçə qatar olduğunu bilmirəm.
Ölkəyə daxil olanda gömrük xidmətimizdə məlumat var, mən o vaxt nəzarəti ələ alacağam" deyə baş nazir bildirib.
Paşinyan Gürcüstan dəmir yolu tariflərilə bağlı problemlərin olduğunu da deyib və alternativ yollar axtaracaqlarını da istisna etməyib: "Gürcüstan dəmir yolu tarifi ilə bağlı müəyyən məsələlər var və ümid edirəm ki, bu məsələlər ya həll olunacaq, ya da həll olunmasa, məntiqi olaraq, əməliyyatlar maraqlı olaraq qalsa, iqtisadi subyektlər idxal və ixracı təmin etmək üçün alternativ yollar axtaracaqlar”.
TAHİR