Sankt-Peterburqun “Zenit” futbol komandasının baş məşqçisi Sergey Semak və həyat yoldaşı Münhen hava limanının gömrük məntəqəsində ayaqqabı, eynək və şərf kimi əşyalar keçirməyə cəhd etdikləri üçün saxlanılıb.
Qeyd edək ki, bu əşyalar Avropa Birliyinin Rusiyaya tətbiq etdiyi sanksiyalar nəticəsində qadağan olunub və vahid qiyməti 300 avrodan çoxdur. Onların əşyaları müsadirə edilib və cütlük cərimələnib.
Hadisə məşqçinin həyat yoldaşı Anna Semakın Telegram kanalında etdiyi paylaşımdan sonra məlum olub.
Anna və Semak cütlüyü Münhendən geri qayıdarkən apardıları ayaqqabıları, eynəkləri və şərfləri vergisiz (ƏDV geri qaytarılması) aparmaq üçün hava limanının gömrüyünə müraciət ediblər. Anna müraciətdən sonra isə saxlanıldıqlarını yazıb. Əşyaları müsadirə edilib və cərimələniblər.
“Tax Global Consulting” şirkətinin Moskva ofisinin direktoru Eduard Savulyak bildirib ki, cütlük illərdir AB-də qüvvədə olan bu qaydadan xəbərsiz olublar. 2022-ci ilin mart ayında qüvvəyə minən və sanksiyaların bir hissəsi olan bu qayda, vahid qiyməti 300 avrodan çox olan lüks malların AB ölkələrindən Rusiyaya ixracını qadağan edir. Qayda əsas ehtiyaclar və ya uşaq əşyalarına şamil edilmir.
Savulyak hadisə ilə bağlı belə verib: "Əgər onlar Rusiya pasportları ilə könüllü olaraq vergisiz rejimə müraciət etməsəydilər, bu, yəqin ki, baş verməzdi. Əgər bir Avropa məmuru vergisiz geri ödəməni təsdiqləsəydi, bu, sanksiyaların pozulması olardı və həmin məmur cəzalandırıla bilərdi. Beləliklə, onlar özlərini buna məcbur etdilər”.
Rusiya mediası yazır ki, bu cür hadisələr AB-ın Rusiyaya qarşı sanksiyalarının adi vətəndaşların səyahət və istehlak vərdişlərinə birbaşa təsirini nümayiş etdirir. Qayda, Rusiyaya lüks istehlak mallarının ixracını dayandırmaq və simvolik olaraq ən azı sanksiyaların görünürlüğünü artırmaq məqsədi daşıyır. Qayda 2022-ci ilin yazında qüvvəyə mindikdən bəri oxşar müsadirələr və cəzalar tez-tez bildirilir.
İradə SARIYEVA