çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

“44 gün - Tarixi zəfər" kitabının iki cildi 4 rayondan olan şəhid ailələrinə hədiyyə edildi... - FOTO

Image


Ölüm, çox sevinmə, şəhidlik ölməzlərin, üçrəngli Bayrağa, ana torpağa canını fəda edənlərin yoludur. Bu yolun ölməz yolçularının yaratdıqları tarix yazıya köçürülür, kitablara həkk edilir, adları əbədiləşdirilir.

Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası uzun illərdir ki, Vətən fədalilərinin adlarının əbədiləşdirilməsi missiyasını böyük sevgi və qayğı ilə, fədakarlıqla həyata keçirir. Nəzakət Məmmədovanın rəhbərlik etdiyi Respublika Xatirə Kitabı “44 gün – Tarixi zəfər” adlı IV cildlik çap edib. Nəşrin I, II cildi şəhid ailələrinə ərmağan edilib, III və IV cildləri də davamlı olaraq onlara təqdim edilir. Hər şəhid bir tarixdir. Odur ki, redaksiya hər şəhidin adına, xatirəsinə çox böyük diqqətlə və ehtiramla yanaşır, onların adlarını, qısa, lakin mənalı həyat yollarını ərsəyə gətirdiyi nəşrlərdə canlandırır. Təsadüfi deyil ki, şəhdilərimizin adlarının ədəbiləşdirilməsi missiyası bu redaksiyaya verilib.

Nəzakət Məmmədovanın rəhbərlik etdiyi Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası “44 gün-Tarixi zəfər” adlı kitabın III və IV cildlərini Biləsuvar, Neftçala, Salyan və Hacıqabul şəhidlərinin ailələrinə təqdim etmək üçün bu dəfə Biləsuvar rayonuna səfər etdi.

Dekabrın 16-da Biləsuvar Rayon İcra Hakimiyyəti və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Biləsuvar Rayon Heydər Əliyev Mərkəzində “44 gün – Tarixi zəfər” adlı kitabın III və IV cildlərinin təqdimatı keçirildi.

Təqdimat mərasiminə dörd rayondan gəlmiş şəhid ailələri, Biləsuvar rayon İcra Hakimiyyəti başçısı Faiq Qürbətov, rayon ictimaiyyəti, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadə qatılmışdı...

Heydər Əliyev Mərkəzinin geniş zalında əyləşən şəhid ata və analarının üzlərində kədər qarışıq bir qürur da canlanırdı. Tədbirdən əvvəl bir neçə şəhid ana və atası ilə həmsöhbət də olduq, onlar övladlarının xatirəsini əbədiləşdirdiyi üçün Xatirə Kitabı Redasiyasının rəhbərliyinə və kollektivinə dərin təşəkkürlərini bildirirdilər. Onlar o mərkəzə şəhid balalarının adlarının həkk olduğu “44 gün-Tarixi zəfər” kitabına qovuşmaq üçün gəlmişdilər. Qara libaslı anaların, qaməti əyilmiş ataların üzünə sanki bir işıq gəlmişdi. Özləri dedilər ki, övladları barədə əl boyda bir yazı da onlara təsəlli verir.

Zal yavaş-yavaş dolur, hər kəsin diqqəti səhnəyə yönəlir, səhnədəki masada “44 günlük-Tarixi zəfər” kitabı və “Heydər Əliyev Xatirə Kitabının yaradıcısıdır” nəşri qoyulub, bir də Xatirə Kitabının əməkdaşları dayanıb.

“44 gün-Tarixi zəfər”in III və IV cildlərinin təqdimat mərasimini şair Hikmət Məlikzadə açdı, şəhid ailələrini və qonaqları salamladı. Sonra Azərbaycanın dövlət himni səsləndi, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Hikmət Məlikzadə Xatirə Kitabı Redaksiyasının missiyası barədə ətraflı məlumat verdi, şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərdən danışdı. “Biz bu gün Biləsuvar rayonundayıq. Bu torpaqlarda qəhrəman oğullar böyüyüb, onların qəhrəmanlığını 44 günlük Vətən müharibəsində aşkar görə bildik. Şəhidlər Vətənin ulduzlarıdır. Onların içdikləri and ən müqəddəs anddır”-deyə H.Məlikzadə bildirdi.

H.Məlikzadə Biləsuvar İcra hakimiyyətinin başçısı Faiq Qürbətova söz verməmişdən əvvəl qeyd etdi ki, şəhid ailələri daim icra baçısından razılıq edir, onun şəhid ailələrinə göstərdiyi diqqət və qayını dilə gətirirlər.

Biləsuvar İcra hakimiyyətinin başçısı Faiq Qürbətov çıxışında bildirdi ki, Zəfərdən ötən bu beş il ərzində şəhidlərimizin xatirəsinə həsr olunan çoxlu sayda nəşrlər ərsəyə gəlib, təqdimatı keçirilib. “Hər dəfə də sanki həmin günləri yenidən yaşayırıq. Mən Biləsuvara icra başçısı təyin ediləndən bir ay sonra qələbəmizə səbəb olan 44 günlük Vətən müharibəsi başladı. İlk şəhidimiz Əsgərabad kəndindən İlkin adı əsgər oldu. 44 gün ərzində gündüzlər mən də, rayon ictimaiyyəti də şəhid dəfnlərində iştirak edirdik, axşamlar da Ali Baş Komandanın dilindən işğaldan azad olunan kəndlərimiz, şəhərlərimiz haqqında məlumat alırdıq. Arxa cəbhədə olsaq da, müsbət hal odur ki, bizim də qələbənin qazanılmasına nöqtə boyda da olsun əməyimiz keçib. Amma şəhid ailələrinin yanında olanda başa düşürdük ki, onların böyük zəhmətlə yetişdirdikləri övladlarının əməyi boşa getməyib. Onlar heç bir ölçüsü, meyarı olmayan Vətən, torpaq sevgisinə görə canlarından keçiblər, həm dini baxımdan ən yüksək zirvəyə - şəhidlik zirvəsinə ucalıblar, həm də ana qədər əziz tutuqları vətənə görə canlarından, qanlarından keçiblər. Şəhid valideynləri də öz balalarını Vətən yolunda qurban veriblər. Hər bir şəhid valideyni də “Vətən sağ olsun” deyir. Artıq beş ildir biz Zəfər bayramını qeyd edirik. Vaxtlə hamımız deyirdik ki, vaxt gələcək, biz bayramlarımızı Şuşada, Laçında, Xocavənddə, Xocalıda qeyd edəcəyik. Beş ildir ki, bizim arzularımız yerinə yetib”.

İcra başçısı qeyd etdi ki, bu arzularımızın da yerinə yetməsi üçün Birinci Qarabağ Müharibəsində, Aprel döyüşlərində, Tovuz döyüşlərində, 44 günlük Vətən müharibəsində, bir günlük müharibədə, 23 saatlıq aniterror tədbirlərində canını fəda edən şəhidlərimizin əməyi misilsizdir. İcra başçısı bildirdi ki, şəhidlərimizin yaşadılması, onların qəhrəmanlığını gələcək nəsillərə çatdırılması, nəsillərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi üçün Xatirə Kitabı Redaksiyasının ərsəyə gətirdiyi kitabların, “44 gün-Tarixi zəfər”in böyük rolu var.

Respublika Xatirə Kitabı Redaksiyası baş redaktoru Nəzakət Məmmadova çıxışında rəhbərlik etdiyi redaksiyanın yaranması tarixindən danışdı. “Hörmətli tədbir iştirakçıları, ilk öncə Sizi salamlayır, bu tədbiri təşkil etdiyinə görə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı cənab Faiq Qürbətova və Şirvan Salyan Regional Mədəniyyət İdarəsinə öz təşəkkürümüzü bildiririk.

Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və onun xeyir-duası ilə fəaliyyətə başlamış Respublika Xatirə Kitabı Redaksiyası müharibə ağrılarını özündə geniş əks etdirən ensiklopedik tarixi salnamədir. Bu kitab hazırda da tarixi bir hadisə kimi səciyyələnir və insanın tarixləşən həyatını özündə ehtiva edir.

Bu kitabda əsasən, İkinci Dünya müharibəsində, Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli Qəhrəmanlarımız haqqında əhatəli materiallar dərc edilir, cəmiyyət üçün faydalı iş görülür.

Respublika Xatirə Kitabının iyirmiyə yaxın cildi çap olunub. Hər cild ötən tarixdən səs-soraq verir. Əbəs yerə deyil ki, Respublika Xatirə Kitabını yaddaşımızın abidəsi adlandırırıq. Xatirə kitablarının nəşri həm də ona dəlalət edir ki, «Heç kim unudulmur, heç nə yaddan çıxmır!».

Xalqımıza böyük Zəfər bəxş edən oğullarımızın adlarının əbədiləşdirilməsi Respublika Xatirə Kitabı redaksiyasının ümdə işidir və redaksiya bu prosesi daim öz üzərində bir məsuliyyət kimi hiss etmiş, bu istiqamətdə araşdırma işləri aparmış və bu ənənəni hazırda da davam etdirməkdədir.

Respublika Xatirə Kitabı redaksiyası “Bakı-Xəbər” qəzeti ilə birgə layihə əsasında “Şəhidlər ölməz, Vətən bölünməz!” seriyasından bir neçə kitab dərc edib və bu kimi kitabların hazırlanması istiqamətində növbəti işlər görülür”.

N.Məmmədova bildirdi ki, Respublika Xatirə Kitabı redaksiyası həmçinin “Vətən daşı... və ya 44 günün dastanı” adlı layihə əsasında 8 sənədli film çəkib. Bu filmlər artıq geniş ictimaiyyətə təqdim olunub.

“Xalqımızın 30 illik həsrətinə 44 gündə son qoyan cəsur, qəhrəman və qeyrətli Azərbaycan övladları – öz canlarını Vətən üçün fəda edən, şərəf tariximizi yazan şəhid oğullar daim yaddaşımızda yaşayacaq, xatirələri həmişə bizə əziz olacaq. İllər, qərinələr ötəcək, onlar heç vaxt unudulmayacaqlar.

Sağlamlıqlarını itirmiş qazilərimiz də bizim fədailərimizidr, onların hünəri ilə bu gün başımızın üstündə nikbin bir səma pərvaz edir.

Son olaraq bizə yaratdığı şəraitə görə Biləsuvar Rayon İcra Hakimiyyətinin rəhbərliyinə, Regional idarəyə, əziyyəti keçən hər kəsə təşəkkürümü bildirirəm.

Yaşasın Azərbaycan xalqı!”-deyə N.Məmmədova bildirdi.

Hacıqabul rayonundan olan şəhid Əlimirzə Ağamirzə oğlu Mirzəyevin anası Nərgiz Mirzəyeva danışdı, bildirdi ki, qardaşı da Birinci Qarabağ müharibəsində şəhid olub. O, həm oğlu, həm qardaşı ilə fəxr etdiyini dedi və bildirdi ki, onların Vətən uğrunda canlarını fəda etmələri ilə təsəlli tapır.

Neftçala rayon şəhidi Şahlar Məmmədovun anası Əzizə Məmmədova oğlunun Şuşada şəhadətə yüksəldiyini dedi. “Ölkə başçımız xalqa şad xəbəri verəndə Bakıdaydım. Küçələrə çıxan insanların içərisində mən də Şuşanın işğaldan azad olunmasına ürəkdən sevinirdim. Oğlu, qardaşı, atası müharibədə olan hər kəsə gözaydınlığı verirdim. Tez zamanda hər kəsin evinə, ailəsinin yanına qayıdacağını deyirdim. Amma bilmirdim ki, sevindiyin anda üstümə oğlumun tabutu gələcək. Oğullarımız torpaqları azad edib qaçqınları evlərinə qaytardılar, amma öz yuvaları boş qaldı”.

Salyan rayonunun Cəngən kəndində anadan olan şəhid Anar Vəlizadənin anası Zemfira Vəlizadə “şəhid unudulanda ölür, amma biz öz şəhidlərimizi unutmalıyıq. “44 gün-tarixi zəfər”də oğullarımız yaşayır. Xatirə Kitabına öz təşəkkürümü bildirirəm. Oğullarımızın uğruna şəhid olduğu torpaqlarda qalxan bayraqlar bir daha enməsin, - deyə bildirdi".

Şirvan şəhərində doğulan polkovnik-leytenant Rəşad Hüseynovun atası Rəhim Hüseynov çıxışında bütün şəhidlərin xatirəsini əziz tutanlara təşəkkür etdi.

Biləsuvar rayonu Günəşli kəndində anadan olan şəhid Nahid Teymurzadənin atası Üzeyir Teymurzadə çıxışında bildirdi ki, oğullar şəhid olsa da, torpaqlarımız azad olub.

Vətən, başa çox iş gələr

Baş əymə, başın sağ olsun.

Biz ölməyə doğuluruq

Torpağın, daşın sağ olsun.

Böyük şairimiz Məmməd İlqarın bu misralarını da şəhid atası dilə gətirdi.

Tədbirdə Respublika Xatirə Kitabı Redaksiyasının “Vətən daşı... və ya 44 günün dastanı” layihəsi əsasında Məhəbbət Quliyevə həsr olunmuş sənədli film təqdim edildi. Filmin layihə müəllifi Nəzakət Məmmədova rejissoru isə Vüsal Nurudur.

Xatirə Kitabı Redaksiyasının ərsəyə gətirdiyi bu kitablarda Vətən uğrunda şəhid olmuş şəxslər haqqında ensiklopedik məlumatlar yer alıb, onların adları və xatirələri əbədiləşdirilib. Əbədi yaşayan oğulların xatirəsinə böyük ərməğan olan bu nəşrlərin hər səhifəsinə onların qəhrəmanlıq dastanı yazılıb.

Yağmurlu bir gündə üz tutuğumuz Biləsuvardan geri qayıdırıq. İçimizdəki ən böyük təsəlli odur ki, şəhid ailələrini azacıq da olsun sevindirdik, kədərli ürəklərinə təsəlli ola bildik. Əlbəttə, bu böyük sevinci onlara Xatirə Kitabı Redaksiyası bəxş etdi. Biz isə bu sevincin xəbərini sizlərə çatdırdıq.

İradə SARIYEVA
Biləsuvar-Bakı



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ