Vladimir Putin Rusiya Müdafiə Nazirliyinin kollegiya iclasında bildirib ki, Qərb ölkələri Şimali Qafqazdakı terrorçulara silahlı dəstək verib. "Nezavisimaya Qazeta"nın yaydığı məlumata görə,
Putin bildirib ki, Qərb Rusiya ilə bağlı demək olar, hər şeyi, o cümlədən hərbi yolla güc mövqeyindən həll edir. "Separatizm və terrorizmə dəstək Qərb tərəfindən nümayiş etdirilib və hərbi yolla həyata keçirilib. Şimali Qafqazdakı terrorçulara bütün regionda silah, pul, siyasi və informasiya dəstəyi verilib", - deyə Putin bildirib.
İradə SARIYEVA