Bu il Azərbaycanın ev sahibliyi ilə bir çox rəsmi görüşlər keçirilib. Ölkələrimiz arasında qarşılıqlı rəsmi səfərlər reallaşıb. Cari il bizim üçün dolğun və məhsuldar olub.
Bunu AZƏRTAC-a açıqlamasında Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi Ufuk Turqaner deyib.
O vurğulayıb ki, qarşılıqlı əlaqələr cəhətdən 2026-cı il daha da dinamik və intensiv olacaq.
“Ölkəmizdən rəsmi şəxslərin və xalqımızın Azərbaycana göstərdiyi maraq bizim üçün çox dəyərlidir. Dilimiz, dinimiz birdir və Azərbaycan bizim üçün xüsusi önəm daşıyan ölkədir. Məhz buna görə bu münasibətləri daha da möhkəmləndirmək, bu könül qardaşlığını daha da gücləndirmək istəyirik”,- deyə U.Turqaner əlavə edib.
SAMİRƏ