çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Putin Ukraynanı “Rusiyanın tarixi torpaqları” elan etdi... "Bütün hallarda tutacağıq"...

Image


Avropa deyir Ukrayna münaqişəsi bitdi, Putin deyir təzə başlayır...

Yaxın zamanda Ukrayna konflikti nizamlana bilər. Bunu Almaniya kansleri Fridrix Merz deyib. O bildirib ki, hazırda intensiv diplomatik işlər aparılır və bunun müsbət nəticələnəcəyini istisna etməyib: “İndi başlayan diplomatik proses ümid edirik ki, nəinki qarşıdakı həftələrdə davam edəcək, hətta bəlkə də başa çatacaq".

Lakin Ukrayna prezidenti Volodimir Zelenski hesab edir ki, Rusiya 2026-cı ildə genişmiqyaslı hərbi əməliyyatları davam etdirməyi planlaşdırır: “Moskvadan gələn il hərbi əməliyyatları davam etdirməyi planlaşdırdıqları barədə əlavə siqnallar eşitdik. Bu siqnallar yalnız bizim üçün deyil. Tərəfdaşlarımızın bunu görməsi vacibdir. Onların bunu nəinki görməsi, həm də cavab verməsi vacibdir, xüsusən Rusiyanın guya müharibəni bitirmək istədiyini tez-tez deyən ABŞ-dakı tərəfdaşlarımız. Lakin Rusiya tamamilə fərqli ritorikadan, fərqli siqnallardan istifadə edir və bunlar onların ordusundan gələn rəsmi əmrlərdir”.

Rusiya prezidenti Vladimir Putin isə qeyd edib ki, əgər dialoq mümkün olmazsa, Rusiya Ukraynadakı məqsədlərinə hərbi yolla, “tarixi torpaqlarının azad edilməsi” yolu ilə çatacaq. Putin bunu Berlində Ukrayna məsələsi ilə bağlı danışıqlardan iki gün sonra bəyan edib. Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiya iclasında Rusiya prezidenti vurğulayıb ki, Moskva buna baxmayaraq, münaqişənin kök səbəblərini diplomatik yolla aradan qaldırmağa üstünlük verir: “Əgər qarşı tərəf və onun xarici sponsorları əsaslı müzakirələrdən imtina etsələr, Rusiya tarixi torpaqlarını hərbi yolla azad edəcək. Təhlükəsizlik bufer zonasının yaradılması və genişləndirilməsi vəzifəsi də ardıcıl olaraq davam edəcək”. Rusiya prezidentinin sözlərinə görə, ötən il “xüsusi hərbi əməliyyatlar” baxımından uğurlu olub. Rusiya ordusu bütün cəbhə boyunca inamla irəliləyir və iri şəhərlər də daxil olmaqla təxminən 300 yaşayış məntəqəsini ələ keçirib”. Kreml lideri ABŞ ilə dialoqda irəliləyişi alqışlayaraq əlavə edib ki, eyni şeyi Avropanın böyük bir hissəsi üçün demək olmaz. O, həmçinin Avropada Rusiyanın hücuma hazırlaşdığına dair iddiaları da təkzib edib: “Mən dəfələrlə demişəm ki, bu, yalandır, cəfəngiyatdır”. Rusiya müdafiə naziri Andrey Belousov isə bildirib ki, Ukraynanın enerji infrastrukturuna Rusiyanın hücumları ölkənin elektrik enerjisi istehsalı gücünü yarıya endirib. Andrey Belousov gələn il hücumların tempini qorumaq və gücləndirmək niyyətində olduqlarını bildirib. Nazir öz növbəsində Avropanı münaqişənin həllini gecikdirməkdə günahlandırıb: “Eyni zamanda, Avropa liderlərinin və Kiyev rejiminin bu məsələni həll etməkdən yayınmaq cəhdlərini açıq şəkildə görürük. Söhbət ölkəmizin maksimum dərəcədə zəifləməsinə nail olmaq məqsədilə münaqişənin uzadılmasından gedir”. Daha əvvəl “The New York Times” qəzeti Berlində aparılan danışıqlar nəticəsində Ukrayna, ABŞ və Avropa nümayəndələrinin daha geniş atəşkəs sazişinin əsasını təşkil etməli olan iki sənəd üzərində razılığa gəldiyini bildirmişdi. Birincisi, təhlükəsizlik zəmanətlərini müəyyən edir: müttəfiqlər Ukraynaya hücum edilərsə, ona kömək etmək üçün qanuni olaraq öhdəlik götürürlər. Xüsusilə, ABŞ atəşkəsi izləmək və Rusiya qoşunlarının hər hansı hərəkətini əvvəlcədən aşkar etmək üçün kəşfiyyat imkanlarından istifadə etməyə borcludur.

İkinci sənəddə Amerika və Avropa qüvvələrinin Rusiyanın gələcəkdə Ukrayna ərazisini ələ keçirməsinin qarşısını almaq üçün Ukrayna ordusu ilə necə əməkdaşlıq edəcəyi ətraflı izah olunur. Eyni zamanda, Ukraynanı dəstəkləməyə hazır olan Avropa ölkələrinin qoşunları mümkün Rusiya təcavüzünə qarşı daha bir çəkindirmə təbəqəsi yaratmaq üçün cəbhə xəttindən uzaqda, ölkənin qərbində yerləşdiriləcək. Qəzet qeyd edir ki, tərəflər Berlində ən çətin məsələ - Donetsk vilayətinin taleyi ilə bağlı kompromisə gələ bilməyiblər. Kremlin sözçüsü Dmitri Peskov Berlin danışıqlarının nəticələrindən xəbərsiz olduqlarını və Vaşinqtonun hazır olduqda Moskvaya məlumat verəcəyini gözlədiklərini söyləyib. Dmitri Peskov Rusiyanın Ukraynaya digər ölkələrin qoşun yerləşdirməsinə qarşı olduğunu vurğulayıb. “Bloomberg”in Putinin sülh planını rədd edəcəyi təqdirdə ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar hazırladığı barədə dərc etdiyi məlumata istinad edən Peskov deyib: “Bu cür planların Vaşinqtondakı bir sıra ofislərdə mövcud olması məlum bir faktdır. İstənilən sanksiyalar zərərlidir, onlar irəliləyişin qarşısını alır. Bu, göz qabağındadır”. Bu durumda Rusiya Avropa üçün təhlükə olduğunu inkar etsə də, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bundan sonra Avropanın öz təhlükəsizliyinə görə məsuliyyət daşımalı olduğunu bəyan edib. Ursula fon der Leyen həmçinin qarşıdan gələn görüşdə Ukraynaya maliyyə dəstəyi üçün iki variant təklif etmək niyyətində olduğunu bildirib. Biri Kiyevə dondurulmuş Rusiya aktivləri ilə bağlı kömək təklif edəcək, digəri isə Aİ fondlarından kredit verəcək və onlar hansı yolu seçəcəklərinə qərar verməli olacaqlar: “Amma bir şey çox, çox aydındır. Bu Avropa ittifaqında Ukraynanın növbəti iki il üçün maliyyələşdirilməsi ilə bağlı qərar qəbul etməliyik. Dünənki sülh artıq yoxdur. Nostalji üçün vaxtımız yoxdur”. “Reuters” xəbər verir ki, Aİ ölkələri bu aktivlərdən istifadə edərək Ukraynaya kredit vermək barədə razılığa yaxınlaşıblar. Yalnız pulların əksəriyyətinin saxlanıldığı Belçika bütün hüquqi və maliyyə risklərini öz üzərinə götürmək istəmədiyi üçün buna qarşıdır.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ