çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Bakıya “Dünya İdman Paytaxtı” titulu verilib... Monakodan sonra Bakı...

Image


Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının Bakını 2026-cı il üçün dünyanın “İdman paytaxtı” seçməsi şübhəsiz ki, təsadüfi xarakter daşımayıb. Bu ölkəmizdə idmana göstərilən yüksək diqqət və qayğının konkret təzaühürünün nəticəsi də hesab edilə bilər. Beləliklə, “Dünya İdman Paytaxtı” titulu rəsmi olaraq Monakodan Bakıya təhvil verilib.

Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Brüsseldə yerləşən qeyri-kommersiya assosiasiyasıdır və hər il müxtəlif qitələrdən şəhərlərə “İdman Paytaxtı” və digər idman sahəsi üzrə mükafatlar təqdim edir. Bu titul və mükafatlar etik prinsiplər əsasında verilir və cəmiyyətin sosial inteqrasiyası, psixofiziki rifahı və həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası, həmçinin Avropa Komissiyasının Avropa İdman Həftəsinin və UNESCO-nun tərəfdaşıdır.

İdman siyasəti eyni zamanda gənclərin mənəvi tərbiyəsində mühüm rol oynayır

Məsələ ilə bağlı Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov qeyd edir ki, 2026-cı ildə Azərbaycanda bir çox beynəlxalq tədbirlərin keçiriləcək: “Buna görə idman federasiyalarına təşəkkür edirik. Onlar beynəlxalq qurumlarla əlaqə yaradaraq, ölkəmizdə vacib tədbirlərin təşkilinə kömək edirlər”.

Milli Məclisin deputat Müşviq Cəfərov bildirir ki, Bakının “Dünya İdman Paytaxtı” seçilməsi prosesinə uzun zaman əvvəl başlanılmışdı. O, 2026-cı ili Azərbaycan idmanı üçün uğurlu olacağına inandığını bildirib: “Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının nümayəndə heyəti Bakıdakı idman infrastrukturunu yüksək qiymətləndirdi. Məhz bundan sonra Bakıya 2026-cı il üçün “Dünyanın İdman Paytaxtı” adı verildi. Düşünürəm ki, beynəlxalq tədbirlərin təşkili insanlar arasında idmana marağı artıracaq”. Bütün bunlar uşaq və gənclərin də idmana marağının artmasına təsirsiz ötüşmür. Ümumiyyətlə, Azərbaycanda idman siyasəti dövlətin gənclər siyasətinin ayrılmaz tərkib hissəsi kimi formalaşıb və gənc nəslin fiziki, mənəvi və sosial inkişafında mühüm rol oynayır. Müstəqillik illərindən etibarən idmanın inkişafı dövlət səviyyəsində prioritet istiqamətlərdən birinə çevrilib, bu sahəyə kompleks və sistemli yanaşma tətbiq olunub. İdman siyasətinin əsas məqsədi sağlam, vətənpərvər, intizamlı və fəal gənclərin yetişdirilməsidir. Son illərdə ölkədə müasir idman infrastrukturu geniş şəkildə qurulub. Paytaxt Bakı ilə yanaşı regionlarda da olimpiya idman kompleksləri, stadionlar, üzgüçülük hovuzları və idman zalları istifadəyə verilib. Bu infrastruktur gənclərin idmana cəlb olunmasını asanlaşdırır, onların asudə vaxtlarını səmərəli keçirmələrinə şərait yaradır. Xüsusilə regionlarda idman obyektlərinin yaradılması gənclər arasında bərabər imkanların təmin olunmasına mühüm töhfə verir. Dövlət tərəfindən idmana göstərilən diqqət gənclərin sağlam həyat tərzinə marağını artırır. Müntəzəm fiziki fəaliyyət gənclərin fiziki sağlamlığını möhkəmləndirir, zərərli vərdişlərdən uzaq durmalarına kömək edir. İdmanla məşğul olan gənclərdə stressə davamlılıq, özünə inam və psixoloji balans daha güclü olur. Bu amillər onların həm təhsil həyatında, həm də sosial münasibətlərində uğurlu olmalarına şərait yaradır. Azərbaycanda idman siyasəti eyni zamanda gənclərin mənəvi tərbiyəsində mühüm rol oynayır. İdman intizam, məsuliyyət, komanda ruhu və rəqabət mədəniyyəti kimi keyfiyyətlərin formalaşmasına kömək edir. Gənclər idman vasitəsilə dürüst mübarizə, qaydalara hörmət və əzm kimi dəyərləri mənimsəyirlər. Bu keyfiyyətlər onların gələcəkdə cəmiyyətin fəal və məsuliyyətli üzvləri kimi yetişməsində mühüm əhəmiyyət kəsb edir.

Bakı hər zaman keyfiyyətli idman obyektləri ilə seçilib

Beynəlxalq idman yarışlarının Azərbaycanda keçirilməsi gənclərin dünyagörüşünün genişlənməsinə müsbət təsir göstərir. Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və digər beynəlxalq turnirlər gənclərin qlobal idman mühitini yaxından tanımasına imkan yaradıb. Bu yarışlar gənclərdə milli qürur hissini gücləndirir, ölkəni beynəlxalq arenada təmsil edən idmançılara nümunə kimi baxmalarına səbəb olur. Bakıya 2026-cı il üçün “Dünyanın İdman Paytaxtı” adı verilməsi, bu fonda gözlənilən yarışlar gənclərin idmana maraq və diqqətini daha da artıracaq. Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının prezidenti Can Fransisko Lupattelli isə Bakının idmanın inkişafına daim yol açdığını vurğulayıb. O qeyd edib ki, bu şəhər hər zaman keyfiyyətli idman obyektləri ilə seçilib. Həqiqətən də ölkəmizin, o cümlədən Bakının Yay Olimpiya Oyunlarından sonra ən böyük beynəlxalq idman tədbirinə – I Avropa Oyunlarına layiqincə evsahibliyi bu mötəbər yarışın yüksək statusunu müəyyən etdi. Eyni zamanda, multiidman yarışı olan İslam Həmrəyliyi Oyunları, həmçinin Formula 1 Azərbaycan Qran-prisi, dünya, Avropa çempionatları, digər irimiqyaslı idman tədbirləri şəhərimizin nə qədər geniş imkanlara, zəngin infrastruktura malik olduğunu göstərdi.

Bunlar fonunda ölkəmizdə idman siyasətinin mühüm istiqamətlərindən biri də gənc istedadların aşkar olunması və dəstəklənməsidir. Uşaq-gənclər idman məktəbləri, federasiyalar və idman klubları vasitəsilə istedadlı gənclər erkən yaşlardan müəyyən edilir və onların peşəkar inkişafı üçün şərait yaradılır. Dövlət tərəfindən göstərilən maddi və mənəvi dəstək gənclərin idman karyerası qurmasına stimul verir. Bununla yanaşı, idman siyasəti gənclərin sosial inteqrasiyasına da müsbət təsir göstərir. Müxtəlif sosial təbəqələrdən olan gənclər idman meydanlarında bir araya gəlir, bu isə sosial bərabərliyi və qarşılıqlı anlayışı gücləndirir. İdman həmçinin gənclərin asudə vaxtının səmərəli təşkili baxımından mühüm vasitədir və onları neqativ təsirlərdən qoruyur. Ümumiyyətlə, Azərbaycanda həyata keçirilən idman siyasəti gənclərin hərtərəfli inkişafına xidmət edən mühüm dövlət strategiyasıdır. Fiziki sağlamlıq, mənəvi tərbiyə, sosial fəallıq və vətənpərvərlik ruhunun formalaşması bu siyasətin əsas nəticələrindəndir. Mövcud idman infrastrukturu və dövlət dəstəyi gələcəkdə də gənclərin idmana marağının artacağını və Azərbaycanın idman sahəsində uğurlarının davamlı olacağını göstərir.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ