çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Ərdoğanın təklifi Ukraynanın hədəflərinə uyğun sayılmır - Rusiyanın neft obyektləri vurulmasa...

Image


Abutalıb Səmədov:“Türkiyənin bu təklifi, demək olar ki...”

Türkiyə Rusiyanı və Ukraynanı müharibə zamanı enerji infrastrukturunu hədəfə almamağa çağırıb. Bunu Türkiyənin enerji naziri Alparslan Bayraktar Qara dəniz sahillərində baş verən son hücumlardan sonra bildirib.

Nazirin sözlərinə görə, enerji marşrutlarının vurulması region üçün ağır nəticələr yarada bilər: “Ümid edirik ki, bu dəhşətli müharibə bitəcək. Amma hazırda bütün tərəflərə - Rusiyaya və Ukraynaya çağırış edirik: enerji infrastrukturunu bu savaşın bir hissəsinə çevirməyin. Enerji axınlarının fasiləsizliyini təmin etməliyik".

Bayraktar xüsusilə qeyd edib ki, Kaspi Boru Kəməri Konsorsiumu (CPC) kimi kritik marşrutlar hər cür risdən qorunmalıdır. Nazir Reuters-ə açıqlamasında vurğulayıb ki, enerji təhlükəsizliyi həm region, həm də qlobal bazar üçün həyati əhəmiyyət daşıyır.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 12-də Aşqabadda rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı, xüsusilə enerji obyektləri və limanlara hücumların dayandırılması ilə bağlı mümkün moratorium ideyasını dəstəklədiyini bəyan edib.

Bilindiyi kimi, Türkiyənin yeni təklifi var. Rusiya və Ukraynaya təklif edir ki, bir halda ki, atəşkıs sazişi bağlaya bilmirsiniz, onda enerji obyektlərini vurmamaq barədə saziş imzalayın.

Bu nə dərəcədə qəbul olunan təklifdir? Yəni Ukrayna Rusiyanın neft zavodlarını, neft tankerlərini vurur. Məntiqi də budur ki, Rusiyanın əsas gəlir mənbəyi qazdan və neftdəndir, Ukrayna da deyir ki, biz o obyektləri vururuq ki, Rusiya pul qazanmasın, müharibə aparmasın. Belə şəraitdə Ərdoğanın çağırışının əhəmiyyəti nə ola bilər? Nəyə lazımdır bu çağırış? Bu nəyisə dəyişərmi? Ukrayna buna gedərmi? Bu təklifin həyata keçmə şansı varmı? Ukraynanın torpaqları işğal olunub, Rusiya təcavüzkardı, Ukrayna da nəyin bahasına olursa-olsun Rusiyanı məğlub etmək istəyir. Əgər neft və qaz obyektlərinə zərbə vurmaq Rusiyanı zəif salırsa, Ukrayna bundan heç imtina edərmi...?!

“...Məqam, vaxt, zaman düzgün seçilməmişdi”

“Alyans” SAM-ın sədri Abutalıb Səmədov “Bakı-Xəbər”ə bildirdi ki, ABŞ prezidenti ilin sonuna qədər Rusiya və Ukrayna arasında sülh sazişinin imzalanmasına çalışır və çox ciddi təzyiqlər var. “Burada həm Ukraynanı razı sala biləcək təkliflərin verilməsi, həm də təzyiqlər ortaya qoyulub. Məlumdur ki, Ukraynada korrupsiya qalmaqalı son günlər artamaqdadır. Aydındır ki, bu korrupsiya əməllərində Ukrayna prezidenti də iştirak edib. Bu amildən Zelenskiyə qarşı təzyiqlərdə geniş şəkildə istifadə olunur. Ya verilən təklifləri qəbul edəcəksən, yaxud əleyhinə əldə olunan faktlar mətbuata sızdırılacaq. ABŞ-ın Federal Təhqiqat Bürosunun nümayəndələrinin Ukrayna təmsilçiləri ilə görüşməsi də bu təzyiqin bir hissəsidir. Yəni sülh danışıqları gedir, bu yöndə müzakirələr aparılır, ortada təklif var və birdən-birə məlum olur ki, həmin vaxt Federal Təhqiqat Bürosunun nümayəndələri ilə Ukrayna təmsilçiləri arasında görüş olub. Əksər ekspertlərin düşüncəsinə görə, burada məlum korupsiya faktları ortaya qoyulub və Ukrayna tərəfinə ciddi şəkildə təzyiqlər göstərilib. Sülh sazişinə gəldikdə isə, ortada 20 bəndlik bir razılaşma layihəsi var. Berlindəki danışıqlardan sonra Tramp elan etdi ki, bu təkliflərin 90 faizi qəbul olunub, iki mühüm məsələ razılaşdırılmayıb. Bunlardan biri aydındır, bu, ərazi mübadiləsi ilə bağlıdır. Yəni Tramp təklif edir ki, Rusiyanın işğalı altında olan Sumı, Xarkov, Dnepropetrovsk ərazilərindən imtina olunsun, bunun qarşılığında Ukrayna öz hərbi qüvvələrini Donetsk vilayətinin onun nəzarətində olan hissəsindən çıxarsın, ərazi mübadiləsi aparılsın. Zelenski bunu əvvəlcə qətiyyətlə qəbul etmək istəmədi, sonradan öz hərbi qüvvələrini həmin ərazidən çıxarmağa razı olduğunu dedi. Bir şərtlə ki, Rusiya da eyni məsafədə öz hərbi qüvvələrini geri çəksin, həmin ərazi heç kimə məxsus olmayan azad iqtisadi zona olsun. Rusiya hərbi qüvvələrlə bağlı təklifi qəbul etdi, Donetsk vilayətinin Ukraynaya aid olan hissəsində Rusiya hərbi qüvvələri olmayacaq, əgər Ukrayna o ərazidən öz hərbiçilərini çıxararsa. Ancaq rus qvardiyanın və polisin orada olacağını dedi və onu da əlavə etdi ki, ora sahibsiz ərazi olmayacaq, Rusiyanın ərazisidir. Bu məsələdə hələlik razılaşma yoxdur. İkinci məsələ təhlükəsizlik təminatı ilə bağlıdır ki, burada da hələlik razılaşma əldə etmək mümkün olmayıb. ABŞ Ukraynaya NATO müqaviləsinin 5-ci maddəsində göstərilənləri təklif edir, onu da deyir ki, bu təklif uzun müddət stolun üzərində qalmayacaq, Ukrayna qısa müddətdə, ilin sonuna, 25 dekabra qədər bu təklifi qəbul etməlidir. Yəni bütün istiqamətlərdən Ukraynaya təzyiqlər var və Ukrayna hakimiyyəti kifayət qədər ciddi sıxıntı yaşayır. Belə bir məqamda Türkmənistanda Türkiyə iki təkliflə çıxış etdi. Birincisi, Türkiyə təklif etdi ki, tərəflər bir-birinin enerji obyektlərinə və limanlara zərbə endirməsinlər. Bu kifayət qədər ciddi təklifdir. Amma Türkiyənin bu təklifi, demək olar ki, müzakirə olunmadı. Çünki ortada ciddi bir layihə və ciddi təzyiqlər var. Dalbadal görüşlər keçirilir və bu məqamda Ərdoğanın bu təklifi elə bir ciddi müzakirə doğurmadı. Görünür, məqam, vaxt, zaman düzgün seçilməmişdi. Üstəlik, Rusiya özünün əsas hədəflərinin hərbi və enerji obyektləri olduğunu dəfələrlə deyib. Yəni Rusiyanın əsas məqsədi Ukraynanı yaşanmaz hala gətirməkdir. Enerji obyektlərini sıradan çıxarmaq, ölkəni işıqsız vəziyyətə salmaq ki, əhali hakimiyyətə təzyiq göstərsin və onu sülh sazişini imzalamağa məcbur etsin”.

A.Səmədov qeyd etdi ki, Ukrayna da Rusiyanın enerji obyektlərinə, enerji daşıyan gəmilərə zərbə vurmaqla Rusiyanı çox ciddi gəlirdən məhrum etməyə çalışır və hesab edir ki, belə olarsa Rusiya gücdən düşəcək və müharibəni aparmaq imkanı olmayacaq. “Bu səbəbdən Ukrayna da bu təklifə əhəmiyyət vermədi. Bəlkə də başqa bir vaxtda bu ciddi şəkildə müzakirə oluna bilərdi. İkinci təklif Ukraynanı şok vəziyyətinə saldı. Türkiyənin xarici işlər naziri təklif etdi ki, Ukrayna Rusiyanın istədiyi ərazidən imtina etsin və onu Rusiyaya versin. Üstəlik, təkcə bu təklif səslənmədi, eyni zamanda Türkiyənin xarici işlər naziri Avropa ölkələrinə müraciət etdi və onlara dedi ki, bu ərazilərdən imtina etməsi üçün Ukraynaya təzyiq göstərin. Bu, Ukraynada çox ciddi şok yaratdı və Türkiyəni xəyanətdə suçladılar. Ukrayna gözləmirdi ki, Türkiyə belə bir təkliflə çıxış edə bilər. Ancaq Türkiyə həmişə real vəziyyətə ən düzgün qiymət verən dövlətlərdən olub və onu da yaxşı başa düşür ki, əgər indi Ukrayna bu təklifi qəbul etməsə, gələcəkdə daha ağır şərtlərlə sülh sazişini imzalamaq məcburiyyətində qalacaq. Bunu hamı başa düşür. Çox güman ki, Zelenski də başa düşür, ancaq sülh sazişini imzalamaq cəsarətini göstərmir. Çünki bu halda Ukrayna xalqı qanuni bir sual verəcək, sən neytrallığı artıq qəbul etdiyini deyirsən və NATO üzvü olmaq istəyindən imtina edirsən, eyni zamanda digər şərtləri də qəbul edirsən, axı müharibə ərəfəsində bundan daha əlverişli şərtlər təklif edilmişdi, onu niyə qəbul etmədin? Müharibə ərəfəsində yalnız bir tələb var idi -neytrallığı elan etmək, bunu Zelensinin özü də açıq şəkildə mətbuat konfrasında bəyan etmişdi, ancaq o dövrdə bu təklif qəbul edilmədi. İndi Ukraynanın 20 faizdən artıq ərazisi işğal olunub, şəhərlər dağıdılıb, insanlar didərgin düşüb, yüzminlərlə insan öldürülüb, yaralanıb, belə vəziyyətdə sən artıq neytrallığı qəbul edirsən, üstəlik, Donesk vilayətindən də özün əsgərləri çıxarmaq qərarını verirsən. Bunu Ukrayna xalqı Zelenskidən soruşacaq”.

A.Səmədov bildirdi ki, Ukraynaya təzyiqlər davam edir və çox güman, yaxın günlərdə Zelenski hansısa formada bu təklifləri qəbul etmək məcburiyyətində qalacaq, əks halda Ukraynada çox ciddi korrupsiya skandalı baş verəcək, ABŞ-ın əlində olan faktlar mətbuata sızacaq, eyni zamanda Rusiya Ukrayna torpaqlarını işğal etməkdə davam edəcək. “Çünki əgər Zelenski təklifi qəbul etməsə, ABŞ yardımları dayandıracağını deyir. Yəni silah verməyəcəyini, kəşfiyyat məlumatları ötürməyəcəyini bildirir, hətta ola bilsin, starlinq şəbəkəsini də söndürəcək. Bu da Ukraynaya çox ciddi problemlər yaradacaq. Danışıqlar davam edir. Hətta Rusiya nümayəndələri də, Xarici İşlər Nazirliyinin təmsilçiləri də deyirlər ki, sülh razılaşmasına çox yaxınıq, hələ heç vaxt bu qədər yaxın olunmayıb. Tramp qəti şəkildə ilin sonuna kimi sülh sazişini razılaşdırmağa cəhd göstərir, tamamilə mümkündür ki, belə bir razılaşdırma baş versin. Bundan sonra Zelenski öz xalqına nə deyəcək, bu baş verənləri necə izah edəcək, bu tamamilə onun üzərinə düşən çox ağır bir yükdür. Çox güman ki, o, bu yükün altından çox böyük itkilərlə çıxa biləcək. O da mümkündür ki, nəzərdə tutulan prezident seçkilərində iştirak etməyəcək”-deyə A.Səmədov bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ