Macarıstanın baş naziri Viktor Orban Avropada ciddi sivilizasiya dəyişikliklərinin baş verdiyini bəyan edib. Bu barədə Gürcüstanın 24News.ge saytı məlumat yayıb.
Orbanın sözlərinə görə, Avropa İttifaqında xristian sivilizasiyası sıxışdırılır, kütləvi miqrasiya təşviq olunur, demoqrafik dəyişikliklər isə tərəqqi kimi təqdim edilir. Macarıstanın baş naziri bildirib ki, bu proseslərə biganə qalmaq yolverilməzdir. Onun sözlərinə görə, ənənəvi Qərb xristian dəyərləri tədricən yox olur və siyasətdən kənarlaşdırılaraq liberal-qlobalist ideologiya ilə əvəzlənir. O qeyd edib ki, bu yanaşma miqrasiyanın artmasına səbəb olub və mövcud Avropa elitası miqrantların qitəyə axınını, eləcə də miqrasiyanın doğurduğu demoqrafik dəyişiklikləri, doğum səviyyəsindəki enişi və digər prosesləri fəal şəkildə dəstəkləyir. Viktor Orban vurğulayıb ki, sözügedən tendensiyalar Avropanı tam sivilizasiya transformasiyasına, bəzi hallarda isə hətta məhvə doğru apara bilər.
İradə SARIYEVA