çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Mahir CAVADLI: dünyanın biz tərəfə baxan gözünün kor, qulağının kar olduğunun şahidi olmuş qələm adamları….

Image


Mahir Cavadlı imzası ilə tanışlığımın yaşı xeyli var. Hər görüşümüzdə söhbətlərimizdə maraqlı nüanslara toxunmuşuq, əsasən ədəbiyyatdan, poeziyadan və Vətənin ağrılarından, işğalda qalan hissəsindən bəhs etmişik. Torpaqlarımız işğaldan azad olunduqdan sonra görüşümüz ancaq KİV səhifələrində olub, imzası ilə dərc olunan yazılarını oxumuşam, yaddaşıma köçürmüşəm.

Bu dəfə onunla, şənbə gününün ayazlı axşamında Şabranda, Azərbaycan Yazıçıları və digər yaradıcı birliklərin (Rəssamlar və bəstəkarlar birlikləri) üçün nəz ərdə tutulan yaradıcılıq evində görüşdüm. İstedadlı şair, təbiətşünaslıq üzrə elm adamı, Mahirin həmyerlisi, mənim dostum Xosrov Natillə birlikdə idi.

Hal-əhval tutdum, -Salam, necəsiniz? – deyə soruşdum. Qələm dostumun cavabından sonra oxuduğunuzz bu maraqlı söhbət alındı:

-Yaşımın 66-nı keçdiyini, zamanın və ictimaiyyət maraqlarının biz 90-cı illərin məşəqqətlərini, 30 illik Qarabağ problemini yaşamış, ondan da ağırı dünyanın biz tərəfə baxan gözünün kor, qulağının kar olduğunun şahidi olmuş qələm adamlarının əleyhinə işlədiyini, seyrçilərin daha çox şou xarakterli verilişlərə baxdığını, oxucuların yüngül yazılara meylli olduğunu nəzərə alsaq, yaradıcılığa ötən əsrdən başlamış və müəyyən dərəcədə ciddi amillərə köklənmiş birisi kimi hələ də yazmağa həvəs qalıbsa, oxunuramsa, nəhayət Faiq Balabəyli kimi qələm dostumla üz-üzə oturub ədəbiyyatdan, yazı-pozudan danışırıqsa, şükür etmək olar. Ümumən qısa ifadə etsək, yaxşıyam və nə vaxtsa bu anormal vəziyyətdən bezibmi, yorulubmu, əvvəlki, tələbəlik illərimizdə alışdığımız tərzdə metroda, avtobusda, qatarda kitab-qəzet vərəqləyənlərə rast gələcəyik ümidi ilə cızmaqaramla məşğulam.

-Sizinlə Şabranda, Yazıçılar üçün nəzərdə tutulan istirahət məkanında görüş xoş oldu. Uzun müddətdir ancaq imzalarına təsadüf edirdim.

-Mənim üçün Şabranda yerləşən bu gözəl məkan, təbii ki, doğma Zəngilanımdam sonra ən çox xoşladığım cənnətməkan diyardır. Zəngilana vurğunluğumu regionçuluqla bağlanmasını istəməzdim. İnsan anadan olduğu, böyüyüb boya-başa çatdığı torpağa nə qədər sevgi bəsləyərsə, kənar gözəlliklərə də bir o dərəcədə açıq olar və laqeyd qala bilməz. Şükür Allaha, dünyanı gəzmişəm, Avropa, Asiya, Afrikaya xarici səfərlərim az olmayıb, ən yaxşı otellərdə qalmışam. Belə turist ocaqlarının, istirahət məkanlarının Azərbaycanda olmasına çox sevinirəm və qürur duyuram. Azərbaycanlı istiqanlılığı ölkəmizin hər yerində olduğu kimi, burada da diqqətimi cəlb edir. Üstəlik peşəkar heyətin gülərüzlüyü, mehribançlığı, hər sorğuya şərqli kimi yanaşma tərzi, həm də ciddiliyi konteksində burada istirahət etmək həm də yeni yaradıcılıq stimuluna ruhlandırır. Deyilənlərə təbii gözəllikləri, ecazkar mənzərənisaf və təmiz havanı da əlavə etsək, məncə, nəyisə əlavə etməyə ehtiyac qalmır.

-Mahir Cavadlı imzası müxtəlif vaxtlarda diqqət çəkən ədəbiyyat nümunələri ilə yadda qalıb. Jurnalist fəaliyyətinizlə də oxucu auditoriyanız az olmayıb. Münkünsə o günlərə dönüş edək.

– Orta məktəbdən şeirlərim rayon qəzetində dərc olunub. Sonra məqalələr hazırlamışam. Ancaq elə təsəvvür yaranmasın ki, həmişə işlərim rəvan gedib. İlk dəfə olaraq həm də gəmi kapitanı olan həmkarımla söhbətdə açıqlayıram ki, ömrümün 15 ilini neft sənayesində çalışmışam. Neftçiyəm, 4-cü dərəcəli usta köməkçisi, ölkəmizdə ixtisaslı 20-30 fontanların ləğvi üzrə mütəxəssisdən biri olmuşam. Həyat belə gətirib ki, yalnız Bakıda mənzil problemini həll etdikdən sonra jurnalist kimi iş yerim olub. “Abşeron”, “Azad Azərbaycan”, “Yeni fikir”, “Fəryad”, “Sərhəd” qəzetlərində korrektordan məsul katibliyəcən yol keçmşəm. Bayram Bayramov, Malik Fərrux, Taleh Həmid, Ramz Duyğun kimi ədəbiyyatımızın, mətbuatımızın korifeyləri ilə birgə çalışmışam. İndi qəzet çıxarmağa, kitab çap etməyə nə var ki! Nə yazırsan çap olunur, nə çap edilisə, səhv-düz, oxunur və ya oxunmur, heç kimi maraqlandırmır. Əlbəttə, bunu hamıya, hər mətbu orqana aid etmək düzgün olmaz, ancaq çoxluğun bu yola düşdüyünü danmaq da mümkün deyil.

İlk kitabım 1997-ci ildə ümummilli lider Heydər Əliyevin sərhədlərimizlə bağlı “Sərhədə sərhədsiz sevgiylə” olub. Üst-üstə 7000 tirajın hamısı yeni yaradılan sərhəd qoşunlarında kitabxanalara, ayrı-ayrı insanlara paylanıb. “Bir ovuc vətən torpağı”nda (2008) doğma yurdsuzluğumun dərdini oxucularımıa bölüşmək istədiyim şeir və hekayələr, esselər toplusudur.

2011-ci ildə işıq üzü görən “Riad” poemam bu mövzuda yazılmış ilk sanballı mənzum əsər kimi geniş oxucu auditoriyasında müzakirələrə səbəb olub. 3000 tirajdan kitabxanamda br neçəsi qalıb. Milli radiomuzda hazırlanan eyniadlı radiopyes korifey sənətkarlar tərəfindədn uğurla səsləndirilib.

Sonra 55 yaşıma “Misra-misra ürəyimi yazıram” kitabım işıq izü gördü. Növbəti kitab haqqında filologiya elmləri doktoru professor mərhum Cəlal Qasımovun belə bir fikri diqqəti cəlb edir ki, qardaşların, qohumların birləşib restoran, yeməkxana, biznes mərkəzi, obyekt açdığı halda, Sahib, Salam, Mahir Cavadlı qardaşları “Qardaşlar” kitabı ilə mənəviyyata üstünlük veriblər. Kitabın tərtibçisi kimi üç müxtəlif xarakterli, yaradıcılığa öz baxışı olan insanın şeirlərini, qardaşlar olsa belə, bir yerdə nəşrə hazırlamaq ciddi və məsuliyyətli bir işdir.

2020-ci ilin sentyabrına qədər nədən yazırdımsa, gedib yurd, torpaq dərdinə söykənirdi. Mən də sevinc dolu misralara, xoş əhval-ruhiyəyə köklənmək istəyirdim. Alınmırdı ki, alınmırdı. Möhtəşəm qələbəmizlə “Zəfər bizə yaraşır” kitabımın işıq üzü görməsi arasında zaman etibarilə uzun sürmədi. Bu kitabdan seçilmiş “Alqış” şeirimə bəstəkar Zabitə Zibanın mahnısını da uğur hesab etmək olar.

-Mahir bəy, bu günlərdə yeni kitabınız dərc olunub. Kitabda mülkü təyyarəmizə silahlı təcavüz zamanı şəhid olan milli qəhrəman Hökumə xanıma həsr etdiyiniz poema yer alıb. Mümkünsə kitab haqda oxucularımıza geniş məlumat verəsiniz.

-Faciə barədə məlumata ürək yanğısı ilə və diqqətlə baxdım. Təsəvvür edin ki, mən iki dəfə o situasiyanı yaşamışam. Bir dəfə təyyarəmiz Moskvanın “Şeremetyova” hava limanına yalnız üçüncü cəhddə 45 dəqiqə sonra eniş edə bilib. Hər dəfə də yerə dəyib qalxanda nələr keçirmişik, onu ifadə etmək çətindir.

İkinci dəfə Drezden şəhərinə uçan təyyarəmizdən “Düsseldorf” hava limanında salamat çıxa bilmişik. Hər iki halda çığırtı, bağırtı, heyətin bivecliyi ilə Azalın faciəyə təyyarəsində baş verənlər müqayisəyəgəlməzdir. Doğrudan da bizim pilotlar, stüardessalar, elə sərnişinlər də şücaət və qəhrəmanlıq nümayiş etdiriblər. Mən də bu hadisəyə biganə qala bilməzdim. Səhhətimlə problemi ilə bərabər, işim çoxluğundan asılı olmayaraq bu bir il ərzində poemamı yekunlaşdıra bildim.

Kitabın redaktoru istedadlı şairimiz, Əməkdar incəsənət xadimi Vaqif Bəhmənlidir. Məncə iti qələm sahibi, yazıçı, publisist, Əməkdar jurnalist Zemfira Məhərrəmlinin yazdığı ön sözü kitab-poemanın uğurlu təqdimatı hesab edilməlidir. Hər iki qələm dostumuza minnətdaram. İndi söz oxucularındır və həyatını digərlərinin sağ qalması anminə qurban vermiş Milli Qəhrəmanlarımıza həsr olunmuş bir nəşrə münasibət də fərqli olmalıdır.

– Hökumə xanım Azalın əməkdaşı olub. Sizin kitabınız şəhid xanımın bir vaxlar əməkdaşı olduğu təşkilatda necə qarşılandı?

-Mən səhhətimlə bağlı hər ay iki dəfə Azalla uçmalı oluram, bu seçimi digər yad firmaların biganə münasibətindən sonra etmişəm. Poemaya münasibətdə isə, açığı bu doğmalığı hiss etmədim. Zəngə və elektron ünvana müracətimdə özümün müəyyən sayda çap xərcini üzərimə götürdüyümü bildirdim, onların sifarişi artırmaq istəklərinin olub-olmadığına aydınlıq gətirmək istədim. Bütün məktublarıma cavablarından onu başa düşdüm ki, Azal yalnız bilet satışı ilə bağlı məsələlərə cavab vermək marağındadır, telefon zənglərində də həmçinin! Şücaətləri ilə Azalı bu qədər məşhurlaşdıran, şərəfə mindirən qəhrəmanlara qarşı bu cür etinasız münasibət niyə və haradan doğur, başa düşmək olmur. Onsuz da oxucuları qane edəcəyindən də artıq kitab çap etdirirəm, belə çıxır ki, Azal bu qəhrəmanlar peşə fəaliyyətləri zamanı həyatlarını itiriblər? Azalın mətbuat xidməti, ictmaiyyətlə əlaqələr şöbəsi nə üçündür? Məndən əvvəl iki kitabının təqdimatı keçirilib, elan verilib, məlumat paylaşılıb, Azalın heç bir nümayəndəsi bu tədbirlərə qatılmayıb.

-Doğrusu Azal tərəfindən bu etinaslığı gözləməzdim. Amma, bu təkcə urda deyil ki, bir çox sahələrdə bu diqqətsizlik hökm sürür. Mahir bəy, yaradıcı adam üçün ən böyük istirahəti onun yazmasıdır. Hazırda yaradıcılığınız nə yerdədir?

-Faiq bəy, sən də yaradıcı insansan, gözəl şeirlər yazırsan, kitablar tərtib edirsən. Sualı qarşılıqlı qoysam, eyni cavabı alaram: yaradıcılıq həvəsi, oxucumuza olan sevgi, hörmət və ehtiram hissi, Allah eləməmiş, yox olanda biz qələm adamları da yaradıcılıqdan uzaqlaşa bilər. Bu fikrinlə razılaşıram ki, yaradıcılıq həm də istirahətdir, ancaq əlavə edirəm ki, o zaman istirahət edirsən ki, içindəkiləri kompüterin yaddaşına köçürüb, təkrar-təkrar düzəlişlər edirsən, son nəticə səni sevindirir və inanırsan ki, sən də oxucunu məmnun edə biləcəksən. Bəzən bu, uzun çəkən bir prosesə çevrilir, nə yaxşı ki, sonluq yaxşılıqla bitir.

– Mətbuatdan aydın olmuşdu ki, səhhətiniz də sizinlə bir balaca yola getməyib. Qardaş Türkiyədə əməliyyat olunmusunuz. Daha sağlam olun.

– Çox sağ olun! Çətinliklə də olsa, təxminən ən ağır xəstəlikdən birini adlamaq üzrəyəm. Əsas odur ki, insan mübarizə aparmağı bacarsın. 25 illik hərbi xidmətim zamanı bu keyfiyyəti özümdə aşılamışam. İnşallah, hər şey yaxşı olar!

Bir yumora bənzər olayla oxuculara xoş əhval-ruhiyyə bəxş edək. Əməliyyat öncəsi məqsədli olaraq İstanbulun ən görkəmli guşələrindən birində maraqlı foto çəkdirdim və məhz çətin sınağa girməzdən bir saat əvvəl paylaşdım. Nə vaxt özümə gəldiyimi bilmirəm, ayılanda başımın üstündə bir neçə ağxalatlı gördüm. Burnuma nə isə iylədib müvafiq proseduru yerinə yetirdilər. Tam özümə gəldiyimdən əmin olduqdan sonra “keçmiş olsun” deyib otağı tərk etdilər. İstər-istəməz mobil telefonumda başımı qatmaq istədim: ilk gözümə sataşan şərh, paylaşdığım gözəgələn fotonun altında “həmişə bu gündə, qardaş!” oldu, yuxarıdan asılmış sarıqlı ayağıma, hər iki tərəfdən sistem asılmış qollarıma baxanda gülüş məni tutdu.

Bir azdan tibb heyəti yenidən otağa qayıtmışdı. Pıçıltılardan qulağıma təxminən bu sözlər çatdı: narkozu çox olub!

Söhbətləşdi: Faiq Balabəyli



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ