Rusiya Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsi sədrinin birinci müavini Andrey Luqovoy bildirib ki, Rusiyada yaşayan miqrantlar üçün bank xidmətləri məhdudlaşdırılmalı və onlara yalnız bir bank hesabından istifadə etməyə icazə verilməlidir.
Luqovoy bildirib ki, əcnəbilər üçün bank hesabı yalnız xarici pasportla açılmalıdır.
Deputatın sözlərinə görə, hazırda bəzi banklar əcnəbilərə gəldikləri ölkələrə aid şəxsiyyət vəsiqələri ilə hesab açmağa icazə verir, lakin bu sənədlərin həqiqiliyini yoxlamaq mümkün deyil.
"Miqrant yalnız bir bankdan və yalnız bir bank hesabından istifadə etməlidir. Mənim fikrimcə, bu, kifayətdir", - Luqovoy TASS-a bildirib.
Luqovoy həmçinin əcnəbilərin - hətta turistlərin - vergi qeydiyyatına alınmasının məcburi olmasını təklif edib. Bunun artıq "dünyanın bir çox ölkəsində" tətbiq olunduğunu iddia edən Luqovoy bildirib ki, bu tədbir vətəndaşlar və ya turistlər üçün yük olmayacaq. Bu qayda tətbiq olunarsa, miqrantlardan bank hesabı açarkən vergi identifikasiya nömrələrini (VŞN) bildirmələri tələb olunacaq.
TAHİR