çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

“Tacir Şahmalıoğlu düz demir... Müəllimdən xahiş etdi ki, mən oxuyum" - Fərman Qarabağlı...

Image


Fərman Qarabağlı: “Tacir, Allahın olsun, Murad Rzayevin haqqını danmaq olmaz”

Kimin nə danışmasından aslı olmayaraq fakt faktlığında qalır və bütün dövrlərin dəyişməz həqiqətinə çevrilir. “Bayatı-Şiraz” muğamına improvizəni kimin etdiyi, yaratdığı məlum olsa da, uzun illərdir ki, onun ətrafında qalmaqallar bitib-tükənmir.

Müğənni Tacir Şahmalıoğlu dəfələrlə iddia edib ki, “Bayatı-Şiraz”a improvizni mən yaratmışam, bu mənim əsərimdir. T.Şahmalıoğlu bu iddianı bu gün də davam etdirir.

“Murad Rzayev “Bayatı Şiraz”a improvizəni yaradanda onu oxumaq üçün başqa uşağı hazırlayıbmış, Tacir onu təsadüfən ifa edib”

Əslən Füzuli rayonunun Arayatılı kəndindən olan, uzun illər ticarətlə məşğul olan, hazırda Bakıda yaşayan "Bakı-Xəbər"in təəssübkeş oxucusu və təbliğatçısı, redaksiyamızın yaxın dostu Fərman Qarabağlı redaksiyamızla əlaqə saxlayıb T.Şahmalıoğlunun dediklərinin gerçək olmadığını bildirdi. F.Qarabağlı bildirdi ki, “Bayatı-Şiraz” muğamınan improvizənin müəllifi Ağdamda “Qarabağ bülbülləri” ansamblının yaradıcısı və bədii rəhbəri Murad Rzayev olub, o bu əsərin inkaredilməz yaradıcısıdır. “Gəlin haqqı danmayaq. Təxminən 60-70 il bundan əvvəl “Vicdan susanda” adlı bir əsər yazılmışdı, müəllifi Vidadi Babanlıdır. Bu əsəri oxuyanlar onun baş qəhrəmanı Vüqar Şəmsizadənin şərəfinə övladlarına Vüqar adını qoydular...Mən bu açıqlamanı televiziya kanallarından səsləndirilən haqsız fikirlərə cavab üçün verirəm. Uzun illər əvvəl Füzuli rayonunda Təvəkkül Musayevin rəhbərliyi ilə “Qarabağ bülbülləri” yaradılmışdı. Orada oxuyanlardan biri də xanəndə Eldəniz Məmmədov və “Zabul” muğamının məşhur ifaçısı Ağabala Abduallayevin nəvəsi Ağabala və başqaları idi. Onlar dörd nəfərdilər. Eldəniz Məmmədov konservatoriyanı bitirib, ustad xanəndə İslam Rzayevdən dərs alıb.

Ağdam rayonunda da məşhur Murad Rzayevin başçılığı altında “Qarabağ bülbüllər”i var idi. Murad Rzayev “Bayatı-Şiraz” kompozisiyasını yaradıb. Murad Rzayev şair Abbas Səhhətin şeirindən iki, şair İsa İsmayılzadənin də şeirindən iki misra götürüb birləşdirib, bir kompozisiya yaradıb. Bu nümunənin “yaradıcsının” Tacir olduğunu televiziyada iddia edən Sahib İbrahimova sual verirəm ki, bu, Tacir Şahmalıoğlunun ağlına gələ bilərdi? Tacir Şahmalı oğlu haqqı danır və “mən məktəb yaratmışam” deyir. Ay Tacir, haqqı niyə danırsan? Sən Murad Rzayevin məktəbindən çıxmısan. O vaxt Tacir hardasa 7-8 yaşında balaca uşaq olub. Bu halda o bu kompozisiyanı necə yarada bilərdi?

Şirin səsləri var, sözüm yox, amma Zemfira İbrahimovaya və Ülviyyə Namazovaya iradımı bildirirəm. Tacir Şahmalıoğlunun adı çəkiləndə bu iki gənc xanəndə dedilər ki, Tacir məktəb yaradıb. Hansı məktəbi yaradıb Tacır? Hər iki xanəndə “Şahnaz”ı öz yerində, lap yüksək yerdə oxuyurlar. Hörmətli Manaf Ağayev çox düzgün dedi ki, kimi çıxarmaq istəyirsinizsə onu Eldəniz Məmmədov və Zemfira İbrahimova ilə yarışa çıxarın, xərcini də mən çəkirəm. Bunu danmaq olmaz.

Vaxtilə Tacir Şahmalıoğlu atası ilə Konservatoriyanın rektoru Fərhad Bədəlbəylinin yanına gedib ki, məni bura götür. O da deyib ki, imtahan ver və qəbul ol. Tacirdən bir “Segah”, yaxud başqa bir dəstgah eşitməmişəm. “Cahargah”, “Rast”, “Segah-Zabul” və başqa bir dəstgahı Tacir Şahmalıoğlu oxuyubsa heç olmasa lent yazını ortaya qoysun qulaq asaq. Ya indi oxusun. Oxumayıb. Murad Rzayevin haqqını itirmək düzgün deyil, ay Tacir Şahmalıoğlu, ay Zemfira İbrahimova, ay Ülviyyə Namazova. Axı bu məktəb Murad Rzayevin məktəbidir.

Bu yaxınlarda televiziya kanalında Manaf Ağayev dedi ki, Nəfəs adlı xanəndə “Şahnaz” muğamını öz yerində oxuya bilməz, bunu öz yerində Xan Şuşinski oxuyub... Kimsə dedi ki, Arzu Qarabağlı Təyyar Bayramovun yanına gedib dərs alır, yolu götürmək olar, amma səsi almaq olmaz.

“Rəngarəng” verilişində gördüm ki, Sahib İbrahimov müğənnilikdən başqa dərs dediyini də deyir. Dərs deyirsən, sözüm yox, amma sübut et ki, Tacir dəstgah oxuyub. Bir dənə dəstgah oxut hamımız baxaq. Söz yox ki, o vaxt Təvəkkül Musayev də bunu Eldənizə öyrədə bilərdi, amma bu Təvəkkül Musayevin ağlına gəlməyib. O, Murad Rzayev kimi ustad musiqiçinin ağlına gələ bilərdi. Özü də rəhmətlik Təvəkkül Musayev heç Murad Rzayev səviyyəsində olmayıb. Gəlin bunu etiraf edək. Tacirin oxuduğunu nəvə Ağabala Abdullayev də, Eldəniz Məmmədov da oxuya bilərdi.

“Günaydın” verilişində “bal Cabir” - xanəndə Cabir Abdullayev bir gözəl söz dedi. O bildirdi ki, Yaqub Məmmədov, Süleyman Abdullayev, Arif Babayev, Sabir Mirzəyev özlərinə heç vaxt şah demədilər. Mən onun fikrinə Qədir Rüstəmovu, Vahid Abdullayevi, Sədi Məmmədovu və başqalarını da əlavə edərdim. Bu sənətkarlar heç vaxt özlərinə şah demədilər, ay Tacir, sən haranın şahısan? “Toylar kralı” yarışmasında sən də iştirak etdin. SMS əsl xalq sevgisidir. Heç kəs pulunun dəlisi deyil. Manaf Ağayev o vaxt 1 milyondan çox səs qazandı, xalq seçdi onu. Çünki xalq onu sevir, o, “toylar kralı” oldu. Tacir özü də orada iştirak edərdi. O da yer tutardı, niyə tutmadı? Çünki yalan danışır.

Yusif Mustafayev bir dəfə dedi ki, Nəfəs “Şahnaz”ı oxuya bilər, çünki insan xarüqələr yaradır. Mən ona zəng edib dedim ki, sən niyə belə deyirsən? Dedi ki, vallah, toy dərdindən cəncələ düşmək istəmədim, Nəfəs olduğu toya məni qoymayacaq gedim. Açıq etiraf etdi bunu. Dedim ki, sən məscid də tikdirmisən, sənətdə az-çox iş görmüsən, tanınırsan, sənin 65 yaşın var, bu yaşda o sözü demək sənə yaraşar? Dedi ki, nə bilim vallah, mən beləyəm. Manafı tərifləyib dedi ki, Manafın böyük ətrafı var, özü pul xərcləyən, dost qədri bilən adamdır, “toylar kralı”da o oldu. Niyə paxıllıq edirlər. Ay Nəfəsin tərəfini saxlayanlar, siz bilmirsiz ki, o,”Şahnaz”ı oxuya bilməz?

Ay Tacir, sən özünü tərifləməklə, yalan-palan danışmaqla özünü hörmətdən salırsan. Beş-altı toya aparırlar ondan da qalacaqsan. Sən hansı haqla Murad Rzayevin əməyini mənimsəyirsən? Murad Rzayev yaradıb bunu. Özü də Murad Rzayev “Bayatı-Şiraz”a improvizəni yaradanda onu oxumaq üçün başqa uşağı hazırlayıbmış, amma hansısa səbəbdən o uşaq oxumayıb. Tacir də bir kənarda dayanıbmış, Murad Rzayevə deyib ki, müəllim, olar onu mən oxuyum? Müəllim ona şans verib, o da oxuyub. Yəni Tacir onu təsadüfən ifa edib. Tacir onun ilk ifaçısıdırsa bu o demək deyil ki, onu Tacir yaradıb, onun iddiaları tamamilə boş və mənasızdır.

Xanəndə Təyyar Bayramovun oğlu Kənan “Bayatı-Şiraz”a improvizəni elə gözəl oxudu ki, Türkiyədə keçirilən yarışlarda uşaqlar arasında birinci oldu. Amma bu Murad Rzayevin məktəbidir. O da etiraf etdi ki, bu əsər, əlbəttə, Murad Rzayevindir. Bütün dünya bunu deyir, bircə Tacir və yaltaq xanəndələr deyir ki, bunu guya Tacir Şahmalıoğlu “yaradıb”. Bu əsəri ifa etmək təsadüfən Tacirin bəxtinə düşüb, onun şansı gətirib. Tacir, sən bununla nə demək istəyirsən?”

F.Qarabağlı bildirdi ki, yazıçı Nəriman Əbdürrəhmanlı həmin kompozisiyanın yaranma tarixi haqqında obyektiv yazıb. N.Əbdürrəhmanlı yazır: “Böyük şairimiz Abbas Səhhətin dillər əzbəri olan “Vətənimdir” şeirinin birinci və sonuncu beytlərini götürüb ayrıca bir bənd yaradıb:

Könlümün sevgili məhbubu mənim, vətənimdir, vətənimdir, vətənim.

Vətəni sevməyən insan olmaz, olsa da ol şəxsdə vicdan olmaz.

Sonra improvizə müəllifi daha bir görkəmli şairin - İsa İsmayılzadənin elə o illərdə “Ulduz” jurnalında işıq üzü görmüş və qısa müddətdə dillər əzbərinə çevrilmiş “Vətən deyirəm” şeirindən birinci və sonunci bəndinin baş misrasını Abbas Səhhətin sözlərinə əlavə edib birləşdirib”.

Ay Tacir, sən bunu edə bilərdin?

Mən sənin köksündə kiçik bir zərrə,

Mənə qanad verən odlu diləksən

Adına, özünə Vətən deyirəm

Çölünə, düzünə Vətən deyirəm”.

“Bunu nəinki Tacir, hətta çox adam birləşdirə bilməzdi. Bunu Murad Rzayev edib. Tacir, Allahın olsun, Murad Rzayevin haqqını danmaq olmaz.

Mən istəyirəm ki, Eldəniz Məmmədovla Tacir Şahmalıoğlu döş-döşə oxusunlar. Əgər Tacir Eldənizin yarısı qədər oxusa, mən ticarətdən əl çəkəcəm. Bir söz var, çox danışan, yalan uyduran adamlar haqda deyirlər ki, qoy danışsın, danışdıqca batır, özünü hörmətdən çatır. Bu faktdır”-deyə F.Qarabağlı bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ