çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Azərbaycan-BƏƏ strateji tərəfdaşlığı böyük regionda hadisələrin axarını dəyişdirir…

Image


Məlum həqiqətdir ki, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında münasibətlər qarşılıqlı hörmət, etimad və ortaq maraqlar üzərində qurulmuş strateji tərəfdaşlıq xarakteri daşıyır. Hər iki dövlət müasir beynəlxalq münasibətlər sistemində müstəqil və praqmatik siyasət yürüdərək regional sabitliyin və iqtisadi əməkdaşlığın inkişafına xüsusi önəm verir.

Bu baxımdan Azərbaycan-BƏƏ əlaqələri təkcə ikitərəfli münasibətlər deyil, həm də daha geniş regional və qlobal əməkdaşlıq kontekstində mühüm əhəmiyyət kəsb edir.

Diplomatik münasibətlərin qurulmasından etibarən Azərbaycan və BƏƏ arasında siyasi dialoq ardıcıl şəkildə inkişaf edib. Yüksək səviyyəli qarşılıqlı səfərlər, beynəlxalq təşkilatlar çərçivəsində dəstək və ortaq mövqelər tərəflər arasında etimad mühitini gücləndirib. Bu fonda prezident İlham Əliyev Əbu-Dabidə keçirilən “Gələcəyin Oyunları 2025” qlobal idman turnirinin açılış mərasimində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfəri mühüm önəmə malikir. Qeyd edək ki, dövlət başçısının səfər çərçivəsində BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə ikitərəfli görüşü keçirilib. Görüşdən sonra Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin dövlət başçıları “Gələcəyin oyunları 2025” adlı illik qlobal idman turnirinin açılış mərasimində iştirak ediblər. “Gələcəyin Oyunları” turniri hər il təşkil olunur və idmançıların həm fiziki, həm də rəqəmsal oyunlar üzrə bacarıqlarını nümayiş etdirdiyi qlobal platformadır. Turnirin təşkilatçısı “Phygital International” fiziki və rəqəmsal oyunların birgə keçirilməsini təşviq edir. Yarış iki mərhələdə keçirilir: idmançılar ilkin mərhələdə fiziki idman növləri, ikinci mərhələdə isə rəqəmsal oyun bacarıqları üzrə sınaqdan keçirilir. Dekabrın 18-dən 23-dək Əbu-Dabi Milli Sərgi Mərkəzində təşkil olunacaq builki turnirə müxtəlif ölkələrdən idmanın 11 növü üzrə iştirakçıların qatılması nəzərdə tutulub. Azərbaycan liderinin bu tədbirdə iştirakı ölkəmizlə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətləri daha da dərinləşdirir. Onu da qeyd edək ki, prezident İlham Əliyev indiyədək Birləşmiş Ərəb Əmirliklərinə 6 dəfə, BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan isə Azərbaycana 3 dəfə səfər edib. Bu səfərlər iki ölkə arasında strateji dialoqun və qarşılıqlı etimadın möhkəmlənməsində mühüm rol oynayıb. Səfərlər zamanı imzalanan sənədlər və razılaşmalar əməkdaşlığın strukturunu və gələcək hədəflərini dəqiqləşdirir. Belə ki, 2024-cü ilin yanvarında BƏƏ Prezidentinin Azərbaycana ilk rəsmi səfəri zamanı “Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb, 2025-ci ilin sentyabrında isə “Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə” qüvvəyə minib. Hazırda qarşılıqlı siyasi dəstək strateji tərəfdaşlığın əsas sütunlarından biridir. Bununla yanaşı, iqtisadi əməkdaşlıq Azərbaycan-BƏƏ münasibətlərinin ən dinamik sahələrindən birini təşkil edir. Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın qeyri-neft sektoruna sərmayə yatıran əsas tərəfdaşlardan biri kimi çıxış edir. Enerji, logistika, kənd təsərrüfatı, turizm, maliyyə və daşınmaz əmlak sahələrində birgə layihələr uğurla həyata keçirilir. Xüsusilə “Masdar” şirkətinin Azərbaycanda bərpa olunan enerji sahəsində həyata keçirdiyi layihələr iki ölkə arasında uzunmüddətli strateji əməkdaşlığın bariz nümunəsidir. Bu layihələr Azərbaycanın “yaşıl enerji” strategiyasına mühüm töhfə verir. Ümumiyyətlə, enerji sahəsində əməkdaşlıq tərəfdaşlığın əsas istiqamətlərindən biri olaraq qalır. Azərbaycan ənənəvi enerji resursları ilə yanaşı, bərpa olunan enerji sahəsində də regionun aparıcı ölkələrindən biri olmağı hədəfləyir. BƏƏ isə bu sahədə qabaqcıl texnologiyalara və böyük investisiya imkanlarına malikdir. Tərəflər arasında enerji təhlükəsizliyi, enerji ixracının şaxələndirilməsi və yaşıl enerji keçidi sahəsində əməkdaşlıq hər iki ölkənin strateji maraqlarına cavab verir.

Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın əlverişli coğrafi mövqeyi və BƏƏ-nin qlobal logistika mərkəzi kimi rolu tərəflərə Orta Dəhliz çərçivəsində yeni imkanlar açır. Azərbaycan vasitəsilə Asiya ilə Avropa arasında yük daşımalarının genişləndirilməsi BƏƏ üçün strateji baxımdan cəlbedici istiqamətdir. Bu əməkdaşlıq regional ticarətin artmasına və iqtisadi inteqrasiyanın dərinləşməsinə xidmət edir. Humanitar və mədəni əlaqələr də strateji tərəfdaşlığın mühüm tərkib hissəsidir. Təhsil, elm, mədəniyyət və turizm sahələrində əməkdaşlıq xalqlar arasında qarşılıqlı anlaşmanı gücləndirir. Azərbaycanda keçirilən beynəlxalq mədəni tədbirlərdə BƏƏ nümayəndələrinin fəal iştirakı, eyni zamanda Əmirliklərdə Azərbaycan mədəniyyətinin tanıdılması bu əlaqələrin inkişafına töhfə verir. Turizm sahəsində viza rejiminin sadələşdirilməsi və birbaşa aviareyslərin artırılması qarşılıqlı səfərlərin sayını əhəmiyyətli dərəcədə yüksəldib. Postmünaqişə dövründə Azərbaycanın bərpa və yenidənqurma proseslərində BƏƏ şirkətlərinin iştirakı strateji tərəfdaşlığın yeni mərhələsini formalaşdırır. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur və enerji layihələrində Əmirliklərin iştirakı iki ölkə arasında uzunmüddətli iqtisadi əməkdaşlıq perspektivlərini daha da genişləndirir. Bu layihələr həm iqtisadi, həm də siyasi baxımdan xüsusi əhəmiyyət daşıyır. Btün bunlar bir daha təsdiq edir ki, Azərbaycan-BƏƏ strateji tərəfdaşlığı qarşılıqlı maraqlara əsaslanan, davamlı və gələcəyə yönəlmiş əməkdaşlıq modelidir. Siyasi dialoq, iqtisadi tərəfdaşlıq, enerji əməkdaşlığı və humanitar əlaqələr bu münasibətlərin əsas dayaqlarıdır.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ