Bazar ertəsi günü, 22 iyun 2026
     

Ermənistan TRİPP marşrutunu "İranın maraqları üstündə qurub"...

Image


Ermənistanın Tehrandakı səfiri Qriqor Akopyanın TRIPP marşrutu və Vaşinqton razılaşması ilə bağlı açıqlamaları daha çox diplomatik balans yaratmağa yönəlmiş siyasi hekayə təsiri bağışlayır.

İddia edilir ki, bu layihənin hazırlanması zamanı İranın həyati maraqları nəzərə alınıb və Tehranla proses müxtəlif səviyyələrdə müzakirə olunub. Lakin mövcud reallıqlar göstərir ki, bu iddia tam və birmənalı şəkildə qəbul edilə bilməz.

Ermənistanın “dəhliz yox, suveren tranzit” yanaşması formal baxımdan İranın əsas qırmızı xətlərinə toxunmur. Tehran üçün əsas həssaslıq guya ekstraterritorial dəhlizlərin yaranmaması və regionda dövlətlərin suverenliyinin pozulmamasıdır. Bu mənada terminologiyanın diqqətlə seçilməsi İranı ilkin mərhələdə sakitləşdirə bilər. Eyni zamanda, İran-Ermənistan-Gürcüstan xətti üzərindən Qara dənizə çıxış perspektivi və Şimal-Cənub, Şərq-Qərb marşrutlarının birləşməsi ideyası da nəzəri olaraq İranın tranzit imkanlarını genişləndirə bilər. Regional blokadaların aradan qalxması, xüsusən Türkiyə-Azərbaycan mərkəzli marşrutlara alternativlərin yaranması da Tehranın maraqları ilə qismən uzlaşır.

Bununla yanaşı, “həyati maraqların nəzərə alınması” iddiası daha dərindən baxıldıqda ciddi suallar doğurur. TRIPP layihəsində ABŞ faktorunun ön plana çıxması İran üçün əsas strateji problemdir. Ermənistan-ABŞ birgə şirkətinin yaradılması, ABŞ-ın nəqliyyat, enerji və fiber-optik infrastrukturda iştirakı Tehranın sanksiya, təhlükəsizlik və kəşfiyyat risqləri ilə bağlı narahatlıqlarını artırır. İran indiyə qədər ABŞ-ın iştirak etdiyi regional layihələrə ehtiyatla yanaşıb və bu baxımdan TRIPP-in indiki formatı Tehranın uzunmüddətli etimadını təmin etmir.

İran üçün digər mühüm məsələ İran-Ermənistan sərhədinin və bu xəttin strateji rolunun zəifləməməsidir. TRIPP Ermənistanın cənubundan keçsə də, gələcəkdə Azərbaycanın, Türkiyənin və Rusiyanın maraqları ilə hansı formada balanslaşdırılacağı hələ də qeyri-müəyyəndir. Əgər bu marşrut zamanla İranı regional tranzitdən kənarda qoyan alternativlər yaratsa, bu artıq Tehranın həyati maraqlarına daban-dabana zidd olacaq. Səfirin vurğuladığı “veto hüququ” mexanizmi də İran üçün real təhlükəsizlik təminatı sayılmır. Çünki bu vetonun hüquqi zəmanətləri və gələcəkdə dəyişdirilməyəcəyinə dair aydın mexanizm yoxdur. Digər tərəfdən, İranla bağlı müsbət qərarlara ABŞ veto qoymaq hüququna malikdir və sözsüz ki, Vaşinqton bu hüququndan yeri gəldikcə ustifadə edəcək. Ermənistan rəhbərliyinin isə Trampın qərarına etraz etməyə cəsarəti çalmayacaq.

Bu şərtlər daxilində İranın TRIPP layihəsinə yanaşması ehtiyatlı və mərhələli olacaq. Tehran layihəni avtomatik şəkildə rədd etməyəcək, lakin onu ABŞ-ın dominant olduğu təşəbbüs kimi də qəbul etməyəcək. Qısa müddətdə İranın rəsmi ritorikada neytral mövqe tutması, suverenlik və tranzit prinsiplərinin qorunduğunu vurğulaması, praktiki baxımdan isə birbaşa tərəfdaşlığa getməməsi daha real görünür. Paralel olaraq Tehran İran-Azərbaycan-Rusiya, İran-Naxçıvan-Türkiyə və Şimal-Cənub dəhlizi kimi alternativ marşrutları gücləndirməklə öz tranzit rolunu sığortalamağa çalışacaq.

Əgər ABŞ-ın TRIPP-də rolu dərinləşərsə və layihə İranı faktiki olaraq kənarda qoyan mexanizmə çevrilərsə, Tehran daha sərt mövqeyə keçə, Ermənistan üzərində siyasi və iqtisadi rıçaqlardan istifadə edə və Rusiya ilə koordinasiyanı artıra bilər. Lakin ənənəvi İran davranış modeli göstərir ki, Tehran tələsmir, layihənin maliyyə dayanıqlığını, ABŞ siyasi iradəsinin davamlılığını və regiondakı güc balansını müşahidə etməyə üstünlük verir.

Nəticə etibarilə, TRIPP Ermənistanın iddia etdiyi kimi İranın həyati maraqlarını tam təmin edən layihə deyil. Bu, daha çox Tehranın narahatlıqlarını müvəqqəti yumşaltmağa hesablanmış diplomatik modeldir. İran isə bu layihəni qəbul etmək və ya rədd etmək arasında tələsmədən, paralel oyun quraraq və alternativlərini gücləndirərək mövqeyini qorumağa çalışacaq.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı...

Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

"Trampla İranın gizli razılaşdıqları başqa bir mətn var" - İddia...

SON XƏBƏRLƏR

22.06.2026 / 21:26
Tələbə sayı azaldılır: Problemə həll, yoxsa yeni suallar?

22.06.2026 / 20:53
Əliyev bütün dövlətin strategiyasını açdı - “...balansı mütləq dəyişdirməliyik”...

22.06.2026 / 20:42
Ukrayna Moskvada strateji kosmik rabitə mərkəzini vurdu…

22.06.2026 / 20:33
Şagirdlərin monitorinq imtahanında sual kitabçaları niyə yığılır? - Nazir səbəbini açıqladı...

22.06.2026 / 20:10
"Repititorluğu ləğv etmək mümkün deyil" - Nazir

22.06.2026 / 19:55
Ağdamda insan skeletinə bənzər qalıqlar aşkarlandı

22.06.2026 / 19:41
Tramp SEPAH-ı İranda 1 saylı güc halına gətirdi...

22.06.2026 / 19:39
Prezident İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib - FOTO

22.06.2026 / 19:33
Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı...

22.06.2026 / 19:27
Özəlin quracağı yeni partiyanın adı bəlli oldu - Yürüyüş…

22.06.2026 / 19:26
"Ermənistanda parlament seçkilərinin nəticələrini Azərbaycan müəyyən edib"- İddia…

22.06.2026 / 19:09
Rusiya ilə Ermənistanın arasında ən qorxulu ssenari - tarix təkrarlana bilər...

22.06.2026 / 18:53
“İbrahim Sazişləri”nin Cənubi Qafqaza və Orta Asiyaya nə dəxli?..

22.06.2026 / 18:41
İran İsraili 2000-ci ildə Livanda baş verən hadisələrin təkrarlanması ilə hədələdi...

22.06.2026 / 18:27
Azərbaycanla Türkmənistanın arasında "sıçrayış başlayır"...

22.06.2026 / 18:24
Bir qəpiklik yumurta ilə bağlı daha bir açıqlama AQTA-dan gəldi...

22.06.2026 / 18:16
Bakı İƏT Parlament İttifaqı Konfransının 20-ci Sessiyasına ev sahibliyi edir

22.06.2026 / 17:53
11500 nikahın 6500-ü pozulub -son 5 ayın göstəriciləri dəhşət saçır...

22.06.2026 / 17:23
Mərdəkanda 4 nəfər dənizdə batdı...

22.06.2026 / 17:15
Bakıdakı universitetlərlə bağlı qərar verildi - köçürülməyəcək, tələbə sayı azaldılacaq....

22.06.2026 / 17:10
"Teatrın rəhbərliyi tərəfindən bildirildi ki, aktrisa ştatı yoxdur" - Mehriban Xanlarova

22.06.2026 / 16:53
Qayıdan məcburi köçkünlər ata-baba qəbirstanlıqlarının bərpasına başlayıblar...

22.06.2026 / 16:50
"Türkmənistanla Azərbaycan arasında əməkdaşlıq ölkələrimizin uzunmüddətli maraqlarına cavab verir" - Berdiməhəmmədov

22.06.2026 / 16:48
Prezident: "Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik"

22.06.2026 / 16:44
"Azərbaycanla Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq uzunmüddətli xarakter daşıyır" Prezident

22.06.2026 / 16:37
İraq Kürdüstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib

22.06.2026 / 16:35
Vyetnam Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

22.06.2026 / 16:19
Zelenski görünməmiş hərbi texnikanı ortaya çıxardı - Sibirə kimi uçan PUA, G-7 yekdil qərar verdi...

22.06.2026 / 15:43
İranın 100 milyardını donduranların arasında Çin kimi dost, İraq kimi qonşu da var...

22.06.2026 / 15:30
Hüseyn Quliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

22.06.2026 / 15:28
Alman nazir Türkiyədə şərt qoydu - yanvara kimi Rusiya qazından imtina olunmalıdır...

22.06.2026 / 15:10
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşlərini keçirib

22.06.2026 / 15:05
Bərdənin deputatının 21 milyonluq biznes müqaviləsi qanunidir?

22.06.2026 / 14:53
ABŞ İran üçün 300 milyard dolların yarısını topladı -pul kimlərdən yığıldı, şok adlar var...

22.06.2026 / 14:22
Prezident İlham Əliyevin bu qədər əmin danışması səbəbsiz deyil...

22.06.2026 / 14:17
BMT-nin Proqram rəhbəri Prezident İlham Əliyevə təşəkkür etdi...

22.06.2026 / 14:10
Azərbaycan üzərindən Ermənistana internet veriləcək - sənəd imzalandı...

22.06.2026 / 14:00
İran uçurumu dərinləşir – İsraildən ABŞ-a 11 sentyabr təhdidi…

22.06.2026 / 13:28
Şəhid ailələrinə yararsız qurban əti göndərən vəzifəli şəxsə töhmət verildi...

22.06.2026 / 13:13
Bu həftə 3 gün iş olmayacaq...

22.06.2026 / 13:09
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

22.06.2026 / 13:05
Bakıda bir qəpiyə satılan yumurtalar SAXTAdır? - RƏSMİ AÇIQLAMA...

22.06.2026 / 12:53
Azərbaycan-Türkmənistan sənədləri mübadilə olunub - FOTO

22.06.2026 / 12:40
Trampın dediyi oldu - Britaniyanın Baş naziri Starmer istefa verdi…

22.06.2026 / 12:23
“Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş” layihəsinin ikinci təlimi

22.06.2026 / 12:16
Sahibə Qafarova Xameneinin vida mərasimində iştirak edəcək

22.06.2026 / 11:47
Prezidentlərin iştirakı ilə “Dostlug” tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirildi - FOTO

22.06.2026 / 11:27
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

22.06.2026 / 11:09
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub

22.06.2026 / 11:03
Tramp öz şərtlərini diqtə edir - yumruqlu təhdid sülh deyil..

22.06.2026 / 11:02
Bakıda Türkmənistan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO

22.06.2026 / 10:35
Tarixi abidənin iaşə obyekti kimi istifadəyə verilməsinin fəsadları - Səngəçal karvansarasına ziyan vuruldu

22.06.2026 / 10:08
Kəlbəcərdə Bərpa, Tikinti və İdarəetmə Xidmətində yeni təyinat...

22.06.2026 / 09:49
Sərdar Berdiməhəmmədov Azərbaycana səfərə gəlib - FOTO

22.06.2026 / 09:11
Qadınların pensiya yaşı artırılır...

22.06.2026 / 08:16
Qarabağın dağıdılmış məzarlıqlarının bərpasına yeni konseptual yanaşma: Anıt-türbə modeli

22.06.2026 / 08:03
İran İsveçrə razılaşmasının təfərrüatlarını açdı

22.06.2026 / 07:01
Netanyahu müharibənin nəticəsindən məmnundur - “…rejim dəyişikliyi üçün şərait yaratmışıq”…

22.06.2026 / 06:17
Kerç boğazının bombalanması Krımı çətin duruma saldı - yarımada blokada vəziyyətində…

21.06.2026 / 22:58
Kılıçdaroğlunun məlum müsahibəsinə daha bir baxış - “…sualların ağırlığı altında əzilən bir siyasətçi gördüm”…

21.06.2026 / 22:13
İran nümayəndə heyəti Trampın təhdidləri üzündən danışıqları yarımçıq tərk etdi

21.06.2026 / 21:25
Ünlü rəssam CHP qərargahına bağışladığı Atatürk rəsmlərini geri aldı -Klıcdaroğlunun yanında dura bilmərəm...

21.06.2026 / 20:38
Starmer istefa verir? – Trampdan ŞOK İDDİA…

21.06.2026 / 20:10
ABŞ-İran danışıqlarının 80 dəqiqəlik ilk mərhələsi başa çatdı – DETALLR ORTAYA ÇIXDI…

21.06.2026 / 19:25
Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər saxlandı....

21.06.2026 / 18:59
Tramp Pezeşkianı təhdid etdi - danışığına fikir versə yaxşı olar, yoxsa…

21.06.2026 / 18:30
İran heyəti İsveçrədə ABŞ nümayəndələri ilə şəkil çəkdirməkdən imtina etdi…

21.06.2026 / 18:09
Milli dəyərləri rəmzləşdirən orden-medalları əcnəbi dövlət xadimlərinə verəndə, axırı elə bu cür urvatsız olur...

21.06.2026 / 17:46
Dübəndi sahilində neft sızması aşkarlandı - sualtı kəmərlə neft nəqli dayandırıldı...

21.06.2026 / 17:13
Məşhur yazar Səbahəddin Onkibar Kılıçdaroğlunun 2,5 saatlıq çıxışını yerlə bir etdi

21.06.2026 / 16:26
İsveçrədə ABŞ-İran anışıqları başladı – Tehrandan Vaşinqtona Hörmüz şərti...

21.06.2026 / 16:06
İranın Qətərdə saxlanılan 6 milyardı geri qaytarılır...

21.06.2026 / 16:05
Yaponyada “Azərbaycan adlı strategiya” kitabının təqdimatı keçirilib

21.06.2026 / 15:45
"Məbədlərin divarlarındakı qədim alban dilində olan kitabələr və relyeflər qaşınaraq məhv edilib" -Rizvan Qarabağlı

21.06.2026 / 15:31
"Azərbaycanda istənilən alimlə Urartu mövzusunu müzakirə etməyə hazıram..." -Ramin Əlizadə

21.06.2026 / 15:17
Birbank ödəniş sistemi bu gün sübh tezdən çöküb...

21.06.2026 / 14:27
Məktəblilərin Respublika İdman Olimpiadasında velosiped idmanı üzrə ilk qaliblər müəyyənləşib

21.06.2026 / 13:33
İran və İsveçrə XİN rəhbərləri görüşüblər

21.06.2026 / 13:22
Azərbaycan Ermənistana 1000 tona yaxın dizel göndərdi...

21.06.2026 / 13:08
200 mindən çox suriyalı qaçqın könüllü olaraq geri qayıdıb

21.06.2026 / 13:04
Azərbaycan boksçusu Dünya kubokunda qızıl medal qazanıb

Prezidentin aqrar müşavirəsi liberal iqtisadiyyat yolunda yeni mərhələ açır...

XƏBƏR ARXİVİ