"Respublika Xatirə Kitabı Redaksiyası Vətən uğrunda qəhrəmanlıqla həlak olan, xalqımıza tarixi zəfər bəxş edən cəsur oğulların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə "44 gün – Tarixi zəfər" adlı 4 cilddə kitab nəşr etdirib, onların təqdimatlarını keçirib. Bu kitablar Azərbaycanın hər yerində şəhid ailələrinə çatdırılıb. Respublika Xatirə Kitabı yaddaşımızın tarix salnaməsidir və redaksiya hazırda dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı altında bugünkü və gələcək strateji işlərini də eyni məhəbbət və həvəslə davam etdirmək üçün əzmlə çalışır. Xalqımıza böyük Zəfər bəxş edən oğullarımızın adlarının əbədiləşdirilməsi Respublika Xatirə Kitabı Redaksiyasının ümdə işidir və redaksiya bu prosesi daim öz üzərində bir məsuliyyət kimi hiss etmiş, bu istiqamətdə araşdırma işləri aparmış və bu ənənəni hazırda da davam etdirməkdədir". Baki-xeber.com-un məlumatına görə, bunu Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova martın 13-də Şamaxı rayon Mədəniyyət Mərkəzində "44 gün – Tarixi zəfər" adlı çoxcildliyin III və IV cildlərinin təqdimat mərasimində deyib. İradə SARIYEVA Şamaxı