Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Paşinyanı devirmək üçün kilsənin əli ilə Ermənistana çirkli pullar axır...

Image


Məlum həqiqətdir ki, Ermənistanda Nikol Paşinyan və komandası hakimiyyətə gələndən, 2018-ci ilin mayından sonra hökumət-kilsə qarşıdurması başlayıb. Bu ilin iyun ayında baş tutacaq parlament seçkilərinin yaxınlaşması fonunda isə məsələ daha gərgin xarakter almağa başlayıb. Paşinyan yüksək vəzifəli ruhanilərlə bağlı ritorikasını daha da gücləndirir və yeni sərt ittihamlar irəli sürür. Məsələn, Ermənistan İctimai Televiziyasına müsahibəsində o qeyd edib: “Bizdə təsdiqlənmə prosesində olan məlumatlar var, o cümlədən çirkli pulların Ermənistan Respublikasına Erməni Apostol Kilsəsi vasitəsilə daxil olması və həmin pulların Ermənistanda siyasi məqsədlər üçün istifadə edilməsi”.

Bu ittihamın ardınca Paşinyan daha da irəli gedərək Erməni Apostol Kilsəsinin özünü dövlət içində başqa dövlət kimi təqdim etməyə çalışdığını iddia edib və yüksək vəzifəli ruhaniləri ekstremist dindarlarla müqayisə edib: “2020-ci ildən bəri Ermənistanın demək olar ki, bütün kilsələrində liturgiyalarda xütbələr zamanı siyasi, deyərdim ki, radikal mətnlər eşidilir. Ümid edirəm ki, müqayisəm düzgün səslənəcək, amma eyni zamanda, bilirsinizmi ki, dünyada, bir çox ölkələrdə ekstremist İslamın təzahürləri də mövcuddur?”. Nikol Paşinyanın bu açıqlamaları katolikos II Qaregin haqqında irəli sürülən əvvəlki iddialar seriyasını tamamlayır. Məsələn, aylar əvvəl Paşinyan katolikosun xarici agent olduğunu iddia etmişdi. Paşinyan "KQB agentlərinin" kilsədən moizə adı altında dövlət əleyhinə təbliğat aparmaq üçün istifadə etdiyini iddia edib : “Kilsə islahatlarına qoşulanlar, o cümlədən mən də günahları qəbul edirik və günahların bağışlanması xristianlığın təməlidir. Günahların bağışlanması üçün bir prosedur var. Görünür, sizin belə bir ehtiyacınız yoxdur və mən sizi buna görə təbrik edirəm”. Hakim “Vətəndaş Müqaviləsi” Partiyasının nümayəndələri həmçinin kilsə rəhbərliyinin hökumətin icazəsi olmadan kilsə əmlakını heç kimə verməsini qadağan edən qanun layihəsi hazırlayıblar. Hakim partiya öz təşəbbüsünü katolikosun nəvələrinə kilsə əmlakını hədiyyə etməsi ilə izah edib. Kilsə bu ittihamları rədd edir və qanun layihəsini təşkilatı nüfuzdan salmaq üçün daha bir cəhd hesab edir. Bu arada, II Qaregin Avstriyanın Sankt-Pölten şəhərində yepiskoplar konfransı keçirmək qərarına gəlib. Qeyd etmək lazımdır ki, katolikos bundan əvvəl yalnız bir dəfə - 2001-ci ilin noyabr ayında Avstriyaya səfər etmişdi. Tədbir 16-19 fevral tarixlərinə planlaşdırılıb və "Erməni Apostol Kilsəsi ilə bağlı son hadisələr və kilsənin daxili həyatı ilə bağlı məsələlər"ə toxunacaq. Tədbir əvvəlcə 10-12 dekabr 2025-ci il tarixlərində Eçmiədzində keçirilməsi planlaşdırılırdı, lakin katolikos son anda fikrini dəyişdi və ruhanilərə qarşı "repressiyalar"ı əsas gətirdi. İndi Paşinyan kilsəyə qarşı ittihamları daha da sərtləşdirir. Erməni mediası sual edir: Paşinyan heç bir fakt təqdim etməyib və hüquq-mühafizə orqanlarının əməkdaşları bu günə qədər heç bir məlumat verməyiblər. Əgər belə faktlar varsa, niyə onlar ictimaiyyətə açıqlanmır, niyə cinayət işləri qaldırılmır?

Kilsəni təmsil edən vəkil Armine Fanyan vurğulayır ki, əgər hakimiyyətin əlində real faktlar olsaydı, hüquqi proses çoxdan başlayardı və II Qaregin artıq həbsdə olardı. Vəkilin sözlərinə görə, baş nazirin açıqlamaları Erməni Apostol Kilsəsinə qarşı mübarizənin artıq gizli olmadığını və baş verənlərin informasiya müharibəsindən başqa bir şey olmadığını sübut edir: “Bu, sadəcə cəmiyyətimizin qavrayışına təsir etmək üçün kilsəyə qarşı informasiya müharibəsidir”. Ötən ay isə Nikol Paşinyan 10 arxiyepiskop və yepiskopla birlikdə “Erməni Apostol Kilsəsində İslahat barədə Bəyanat” yayıb. Onlar bütün ermənilərin katolikosu II Qareginin vəzifədən uzaqlaşdırılmasını tələb edirlər. Ona imza atanlar kilsənin yenidən qurulması üçün yol xəritəsini təqdim edir, bu funksiyaları yerinə yetirəcək Koordinasiya Şurasının yaradıldığını elan edirlər. Yol xəritəsində islahat gündəliyinin ictimailəşdirilməsi, Erməni Apostol Kilsəsinin faktiki rəhbərinin vəzifədən kənarlaşdırılması, onun yerinə müvəqqəti rəhbərin seçilməsi, kilsənin nizamnaməsinin qəbulu və prosedura uyğun olaraq bütün ermənilərin katolikosunun seçilməsi nəzərdə tutulur. Bəyanatda kilsə rəhbərliyi və onun yaxın çevrəsinin İncilin prinsiplərinə uyğun yaşamadığı və onu uğursuz təbliğ etdiyi bildirilir, kilsənin siyasətə cəlbi pislənilir və qəbuledilməz sayılır. Hakimiyyət orqanlarının hərəkətlərinə cavab olaraq, kilsə vaxtaşırı bəyanatlar verir və iqtidarın addımlarının konstitusiyaya zidd olduğunu vurğulayır. Son bəyanatda vurğulanır: “Son aylarda Ermənistan hakimiyyəti tərəfindən kilsənin və ruhanilərin hədəfə alınması, təqib edilməsi milli və kilsə həyatımızı pozub. Yaranan vəziyyət icmalarımızın həyatında mənfi nəticələrə və gərginliyə səbəb olub ki, təəssüf ki, bəzi ruhanilərin qəbuledilməz davranışları da buna təkan verir. Yeni bölünmələrin qarşısını almaq üçün biz keşişlər, andımıza və çağırışımıza sadiq qalaraq müqəddəs kilsəmizin qaydalarına və qanunlarına sarsılmaz şəkildə əməl etməli, qardaşlıq sevgisi ilə birliyin bərpasına çalışmalı və bizə həvalə olunmuş missiyanı Allaha inamla və iman əməlləri ilə yerinə yetirməliyik”. İndi belə qənaətə gəlmək olar ki, Nikol Paşinyan erməni kilsəsini Rusiyanın təsir, nüfuz dairəsindən çıxarmaq istəyir. Çünki oxşar addımları vaxtilə Ukrayna pravoslav kilsəsi də atıb. Ukrayna hakimiyyəti bu qurumu, ən mülayim şəkildə ifadə etsək, Rusiyanın təbliğat mərkəzi sayırdı.Odur ki, Ermənistanda kilsə ilə hökumət arasında ziddiyyətin də Eçmiədzin dini mərkəzinin Moskva Pravoslav kilsəsi ilə əlaqələrindən qaynaqlandığı da istisna edilmir. Hər halda hakimiyyət özü də buna əvvəllər işarə edib.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ