ABŞ Müharibə Nazirliyinin (Pentaqon) ABŞ, İsrail və İran arasındakı müharibədə ölən və yaralanan ABŞ əsgərlərinin sayı ilə bağlı ən son məlumatları paylaşmadığı və itkilərin ictimaiyyətə natamam şəkildə təqdim edildiyi iddia edilir.
ABŞ-da yerləşən araşdırma jurnalistika platforması “The Intercept”in mənbələrə və öz təhlillərinə əsaslanan hesabatına görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibədə hərbi itkilərlə bağlı aşağı və köhnəlmiş rəqəmləri paylaşır və itkilər barədə detallı açıqlama vermir. Ölən və yaralanan ABŞ əsgərlərinin sayı ilə bağlı yenilənmiş məlumatlar paylaşılmır və ictimaiyyətə itkilər barədə natamam məlumat verilir.
Mərkəzi Komandanlığın sözçüsü Tim Hokins 30 martda bildirib ki, "Epik Qəzəb Əməliyyatı başlayandan bəri təxminən 303 ABŞ əsgəri yaralanıb", lakin xəbərdə iddia olunur ki, bu rəqəmə 27 martda Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan Hava Bazasına edilən hücumda yaralanan 15 əsgər daxil edilməyib.
Adı çəkilməyən Pentaqon rəsmisi də iddia edib ki, nazirlik natamam məlumatlar təqdim etməklə məlumatları ictimaiyyətdən gizlətməyə çalışır və rəqəmlər Müdafiə naziri Pit Heqset və Ağ Ev rəsmiləri tərəfindən "gizlədilir".
Tahir TAĞIYEV