İran son 12 saat ərzində ikinci ABŞ döyüş təyyarəsini vurduğunu açıqlayıb. İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ istehsalı olan F-35 təyyarəsinin İranda vurulduğunu bildirib.
Açıqlamada döyüş təyyarəsinin yeni, inkişaf etmiş hava hücumundan müdafiə sistemi tərəfindən məhv edildiyi və bunun son 12 saat ərzində vurulan ikinci döyüş təyyarəsi olduğu bildirilir. Zərbə nəticəsində baş verən şiddətli partlayış səbəbindən pilotun atış oturacağından istifadə etmək şansının az olduğu qeyd edilir.
Tahir TAĞIYEV