ABŞ-ın Aya göndərdiyi Orion kosmik gəmisində tualet problemi yaranıb.
Bu barədə The Guardian xəbər verib.
Xəbərə görə, xoşbəxtlikdən, 10 günlük missiya ilə uçan göyərtədəki dörd astronavt üçün problem tez bir zamanda həll edilib.
Xəbərdə deyilir ki, bu uğursuz başlanğıca baxmayaraq, 30 milyon dollarlıq Universal Tullantıların İdarə Edilməsi Sistemi (UWMS) dərin missiyalar üçün kosmik tualet texnologiyasında əhəmiyyətli bir irəliləyiş kimi qiymətləndirilib. Sistem illərdir inkişaf mərhələsindədir və uzun müddətdir, göyərtədəki şəraitlə bağlı astronavtların şikayətlərini həll etmək üçün yaradılıb.
Kanada Kosmik Agentliyinin Artemis II missiyası üzrə mütəxəssisi Jeremy Hansen, uçuşdan əvvəlki videoda deyib: "Biz heyət olaraq belə kiçik bir gəmidə qapısı olan tualetə sahib olduğumuz üçün çox şanslıyıq. Bu, missiyada bir anlıq özünüzü tək hiss edə biləcəyiniz yeganə yerdir."
Xəbərdə o da deyilir ki, tualet sistemi ekipaj üçün sadəcə kiçik bir imkandan daha çox şeydir. Çünki NASA-nın Artemis proqramının əsas məqsədlərindən biri kosmosda daimi insan varlığını təmin etməkdir.
SAMİRƏ