İran hava məkanında vurulan ABŞ-a məxsus F-15 qırıcı təyyarəsinin pilotlarını tapmaq üçün Tehranla Vaşinqton arasında əsl yarış gedir.
İran pilotları xilas etmək üçün bölgəyə göndərilən bir ABŞ helikopterinin vurulduğunu iddia edir. ABŞ mediası isə pilotlardan birinin xüsusi təyinatlı qüvvələrin əməliyyatı nəticəsində xilas edildiyini və digər pilotun axtarışının davam etdiyini bildirib.
Son məlumatlara görə, ABŞ İrana 48 saatlıq atəşkəs təklifi göndərib. ABŞ mediası təklifin İran tərəfindən vurulan F-15 Eagle hərbi təyyarəsinin pilotları ilə bağlı olduğu bildirilir.
Ancaq rəsmi Tehran Vaşinqtonun təklifini rədd edib.
Tahir TAĞIYEV