şənbə günü, 12 sentyabr 2026
     

Mənim yadkən doğma anam

Image


Şəhla Namazova Gəncə Uşaq Evinə 2002-ci ilin oktyabr ayında gəlib. İlk iş gününü yaxşı xatırlayır. Həmin gün Uşaq evinin kandarından içəri girərkən nəzərini cəlb edən buradakı uşaqların kədərli simaları, üzgün baxışları və çəkingən duruşları oldu. Bu mənzərə onun qəlbində bir üzüntü yaratdı. Uşaq evinin o qədər də yaxşı olmayan şəraiti, binanın məhzun görünüşü bu acı mənzərənin boz rəngini bir az da tündləşdirirdi. "Allahım, bu mənim üçün bir sı­naqdırmı?" – deyə düşündü.

Qəlbində öz sualını özü ca­vablandırdı: – Əgər bu qəlbisınıq uşaqların yaralarına məlhəm sürtməyə məni məsləhət bilmisənsə, sənə çox minnətdaram, Allahım. Söz verirəm ki, bütün həyatımı buradakı uşaq­ların üzünün gülməsinə həsr edəcəm. Onlara əsl ana sevgisi göstərəcəm və var qüvvəmlə onların ailə, isti yuva nisgilinə dərman olmağa çalışacam.

Şəhla xanım gözlərinin yaşardığını hiss etdi və qəlbindəki təlatümü büruzə verəcəyindən qorxub iti addımlarla ona göstərilən otağa sarı yeridi. Amma ürəyindəki, fikrindəki fırtınanın tezliklə sakitləşəcəyini güman etmirdi. Bu fırtınanı sakitləşdirməyin bircə yolu var idi; bütün gücünü-qüvvəsini, gecəsini-gündüzünü bu uşaqların rifahına, sevincinə, xoşbəxtliyinə sərf etmək, onların üzünün gülməsinə, qəlbinin sevinməsinə nail olmaq.

İxtisasca ibtidai sinif metodisti olan Şəhla xanım orta məktəblərdə, uşaq bağçalarında müəllimlik etmək şansına malik idi. Lakin tale onu məhz bura – kimsəsiz uşaqları himayə edən Gəncə Uşaq evinə gətirib çıxarmışdı. Bunun nə qədər böyük məsuliyyət, bacarıq, psixoloji hazırlıq, səbir tələb etdiyini yaxşı bilirdi. Qarşıda onu gözləyən çətinliklərdən də xəbəri vardı. Amma bu alın yazısı üçün taleyinə çox minnətdar idi. Çünki belə məsuliyyətli iş hər kəsə nəsib olmur deyə düşünürdü. Əslində yüzlərlə kimsəsiz uşağın qəlbində ümid çırağı yandırmağın, ana sevgisi dadızdırmağın böyük savab olduğunu fikirləşməkdə, məhz bu cür düşünməkdə çox haqlı idi.

Sonralar da Şəhla xanım hər dəfə buradakı uşaqlardan birinin başına sığal çəkəndə, ana şəfqəti göstərəndə, bağrına basıb şirin söz söyləyəndə məhz burada çalışdığı üçün özünü xoşbəxt sanırdı. "Bilirəm ki, ana sevgisi əvəzedilməzdir. Amma azacıq da olsa onlara bu sevgini yaşada bilirəmsə, kədərlərinə şərik olub, acılarını onlarla birgə yaşayıramsa, bu, onlardan çox mənim xoşbəxtliyimdir. Mən hər zaman onlara əsl ana sevgisi göstərməyə çalışmışam. Bəzən öz doğma övladıma ayıra bilmədiyim vaxtımı onlara sərf etmişəm, övladıma göstərə bilmədiyim qayğını onlara göstərmişəm. Onları sevindirmək üçün evimdə öz əllərimlə bayram paltarları tikib gətirmişəm, şirniyyatlar bişirmişəm. Bütün bunlar məni, sözün əsl mənasında, xoşbəxt edib. Şükürlər olsun ki, indi Uşaq evlərinin ayrı-ayrı şəxslərin köməyinə ehtiyacı yoxdur. Çünki dövlətimiz uşaqlara hər cürə şərait yaradıb və bütün lazımı köməkliyi göstərir" – deyir Şəhla xanım.

Şəhla xanım burada çalışan digər əməkdaşlar kimi Uşaq evinin bütün uşaqlarına eyni dərəcədə qayğı göstərir, onlara ana sevgisinin hərarətini, ata ocağının istisini yaşatmağa çalışır və demək olar ki, buna nail olur. Əslində icra etdiyi vəzifədən asılı olmayaraq Uşaq evində çalışan hər bir kəsin məqsədi, amalı da məhz budur. Elə ona görə də uşaqlar burada özlərini daha güvənli, daha rahat, daha firavan hiss edirlər. Hətta dəfələrlə olub ki, bayram günlərində bir neçə günlüyə qohumlarının, yaxınlarının evinə qonaq gediblər, lakin bircə gündən sonra darıxıblar və Uşaq evinə geri dönüblər. Doğma ana kimi onlara qucaq açan müəllimlərinin yanına qayıdıblar. Bütün bunların səbəbi burada çalışan insanların Uşaq evinin sakinlərinə qarşı olan isti münasibəti, analıq qayğısı, təmiz, saf sevgisi, mərhəmətli qəlbləridir. Axı Allah böyüklərdən fərqli olaraq uşaqlara səmimiyyətlə riyakarlığı asanlıqla ayırd etmək qabiliyyəti bəxş edib. Şəhla xanım da buradakı uşaqların hər birinə eyni münasibəti bəsləyir. Lakin hər ananın bir zəif nöqtəsi olduğu kimi onun da zəif nöqtəsi Əmrah olub. Aralarında xüsusi bağ var idi və Əmrah bu bağın adını "Ana və Oğul" qoymuşdu.

Şəhla xanımın Əmrah haqqında dedikləri: "Əmrahın buraya gəldiyi ilk günlər hələ də gözümün qarşısındadır. O zaman üç illik analıq məzuniyyətindən qayıtmışdım. Mənə böyük qrupu tapşırmışdılar. Əmrah da bu qrupda idi. İlk günlər aramızda bəzi anlaşılmazlıqlar oldu. Onun bəzi şıltaqlıqları vardı, dəcəllik edir, hərdən uşaqları cırnadırdı. Danlayanda isə küsürdü. Bu hallar məni ona qarşı daha diqqətli olmağa, daha həssas yanaşmağa vadar edirdi. Əlbəttə ki, "Əzizim əzizdir, tərbiyəsi ondan da əzizdir" – prinsipini də unuda bilməzdim. Yavaş-yavaş bir-birimizi anlamağa başladıq və bir müddətdən sonra sözün əsl mənasında dostlaşdıq. Əmrahı yaxından tanıdıqca onun necə kövrək bir qəlbə malik olduğunu görür, yanımcıllığının, qayğıkeşliyinin şahidi olurdum. Bu xüsusiyyətlər onu mənə addım-addım yaxınlaşdırırdı. Bəzən uşaqlara xas dəcəllikləri olsa da, o, sakit təbiətli, tərbiyəli, böyük-kiçik yeri bilən, qarayanız, arıq bir uşaq idi. Baxışlarında qəribə bir nisgil olardı həmişə. Hətta gülümsəyəndə belə gözlərindəki o ifadə dəyişmirdi. Hərdən tənhalığa çəkilib özünə qapanmağı vardı. Uşaq evinə gələndə demişdi ki, valideynləri rəhmətə gedib. Çox sonralar bildik ki, əslində anası sağdır və Türkiyədə yaşayır. Gözlərindəki nisgilin mənası yalnız bu zaman mənə aydın oldu. Xüsusən də onun "Kaş ki, anam həqiqətən də ölmüş olaydı" – sözlərini eşidəndən sonra.

Əmrahı tez-tez yazı yazarkən görürdüm. Sonralar məlum oldu ki, şeir, rep yazır, şəkil çəkirmiş. Əmrah, ümumiyyətlə, incəsənətə çox maraqlı uşaq idi və həm də çox istedadlı idi. Dəfələrlə rəsm müsabiqələrində iştirak etmişdi. Onun istedadı yalnız şeir yazmaq, rep söyləmək, şəkil çəkməklə bitmirdi. Əmrahın çox gözəl aktyorluq bacarığı, bədahətən söz söyləmək qabiliyyəti vardı. Həmçinin incə yumor hissinə malik idi. Uşaq evində olan uşaqları qəmli, kədərli görməyi heç sevməzdi. Uşaq­lardan birinin kefi olmadığını görən kimi tez yanına qaçar, yüz oyundan çıxıb onu güldürərdi. Qəribəsi o idi ki, bu anlarda belə üzü nə qədər gülsə də, gözlərindəki kədər silinməzdi. Hər kəsi güldürməyi, sevindirməyi bacarsa da, gözlərindəki kədəri gizlətməyə gücü çatmazdı. Ürəyinin sözünü, dərdini-sərini yalnız şeirin, poeziyanın dili ilə bəyan edib kağıza köçürərdi və çox təəssüf edirəm ki, yazdığı şeirlərin indi harada olması haqqında heç bir məlumatımız yoxdur. Bu şeirlər şəxsi əşyalarının arasında olub və kimə təhvil verildiyi, harada olduğu hələ də bilinmir. O, Uşaq evindən gedəndən sonra bir müddət xalasının yanında, bir müddət də Masazırda yerləşən dövlət tərəfindən verilmiş bir otaqlı mənzilində yaşamışdı. Buradan gedəndə əşyalarını da özü ilə aparmışdı. Əlimdə olanlar yalnız şəxsən mənə ünvanladığı şeirlər və məktublardır. Bu şeirlərdən birini də ad günümə yazmışdı".

Əmrah Rajapovun "Mənim yadkən doğma anam" deyə müraciət etdiyi Şəhla xanımın doğum gününə həsr etdiyi həmin şeiri təqdim edirəm. Orfoqrafik səhv­lərindən başqa bir kəlməsinə belə əl vurmaq istəmədim. Çünki burada məqsəd bədii səviyyəni deyil, Əmrahın qəlbindən keçən o səmimi fikirləri kəlməbəkəlmə, olduğu kimi göstərməkdir.

Söhbətimiz zamanı Şəhla xanım xəyalən Uşaq evinin Əmrahlı günlərinə dönüb kövrəlir. "Onun yoxluğu burada çox hiss olunur. Müəllimlərdən tutmuş uşaqlara qədər – onu tanıyan hər kəs Əmrah üçün darıxır. Hələ də onun yoxluğu ilə barışa bilmirəm. Bilməzdim ki, onsuz mənə bu qədər çətin olar. Məgər o mənim həqiqi, doğma oğlum imiş," – deyir.

Əmrah qarışıq xarakterli bir uşaq idi. Bəzən dəcəllik edər, hay-küy salar, bəzən də susqunlaşar, dinməz-söyləməz olardı. Ürəyi o qədər yuxa idi ki, kimsənin göz yaşına dözməz, bir uşağı kədərli görmək istəməzdi. Anındaca qaçıb könlünü alar, güldürməyənəcən sakitləşməzdi.

Həmçinin çox vətənpərvər idi. Tez-tez uşaqları ətrafına toplayar, əyninə hərbi paltar geyinib onlara marşlar oxudar, əlinə bayraq alıb başı üzərində dalğalandıra-dalğalandıra uşaqların arasında hərbi yerişlə dövrə vurardı. Əsasən də uşaqları qızlı-oğlanlı sıraya düzər, hərbi yerişlərlə addımladar, gur səslə "sağa dön-sola dön" – deyə əmrlər verərdi. Müəllimlərdən kimsə: "Əmrah, sən neynirsən? Hərbi təlim keçməyi hardan öyrənmisən?" – soruşanda, qürurla: – Kinolardan öyrənmişəm, – deyərdi. – Qoy hər şeyi bilsinlər, əsgərliyə gedəndə çətinlik çəkməsinlər.

– Qızlar da?

– Nə bilim ey, müəllimə. Birlikdə daha maraqlı olur.

– Düz deyirsən, bala. Belə görürəm ki, qızlar hərbi təlimlərə oğlanlardan daha çox maraq göstərirlər.

– Elə deməyin, müəllimə. Bizim oğlanlar əsl qəhrəmandırlar.

– Oyunun olsun, Əmrah. Sən lap hərbi müəllim kimi hərəkət edirsən.

...Deyirlər bəzən insan heç özü də hiss etmədən ilahi diktə ilə gələcəyindən xəbər verə bilir. Bu, əslində Yaradanla yaradılan arasında olan gözəgörünməz, mənəvi bağlılığın nişanəsidir. Nə vaxtsa Əmrah da bu ilahi diktənin təhriki ilə bir söz söyləmişdi Şəhla xanıma. "Mən gedib Vətənimi qoruyacam, amma qayıtmayacam" – demişdi Əmrah.

Şəhla xanım isə bu sözü o qədər də ciddiyə almamışdı:

– Niyə belə deyirsən, oğlum? Bu sözü müharibəyə gedənlər deyər.

– Nə fərqi var ki, anam? Məgər biz də müharibə şəraitində olan bir ölkədə yaşamırıq?

– Orası elədir. Amma müharibə şəraiti başqa, müharibə başqa. İnşallah, yaşın çatanda sən də vətənimizin igid oğulları kimi əsgərliyə gedəcəksən, torpaqlarımızın keşiyində duracaqsan, sonra da sağ-salamat geri dönəcəksən.

– Ürəyimə damıb, anam.

Şəhla xanım ciddiləşdi. Əlinin arxası ilə ərklə yüngülcə Əmrahın ağzının üstünə vurdu: – Bir də səndən belə sözlər eşitməyim!

– Baş üstə, anam, – Şəhla xanımın övladı üçün narahat olan bir ana yanımcıllığını duyub şirin bir təbəssümlə gülümsəmişdi Əmrah.

Bəlkə o zaman heç ağlına da gəlməmişdi ki, illər keçəcək və ana qədər sevdiyi Şəhla müəlliməsi onun bu sözlərini yadına salıb yanıb-yaxılacaq, varından yox olacaq.

Hələliksə, ana-oğul mehr-ülfətini incə bir yumora çe­virib üstünə iri hərflərlə "ANA..." yazdığı xatirə dəftərinə köçürməklə məşğul idi:

Adı: Ana

Silahı: Başmaq

Atış məsafəsi: 5-6 metr

Hədəf: kürək, çiyin

Dəymə ehtimalı: 100 faiz"

Sonra isə ürəyinin sözünü, ən məhrəm duyğularını əmanət etdiyi həmin dəftərin başqa bir səhifəsinə:

Ah, o tatlı gülüşünə,

Şəfqətli ürəyinə,

Hələ bir də

YAVRUM

deyişinə ölürüm,

ANNEM...

– sözlərini də qeyd etməkdən özünü saxlaya bilmədi.

Əmrah, ümumiyyətlə, şirin zarafatları çox sevirdi. Hərdən – bu gün sizə pulsuz konsert verəcəm, – deyib Uşaq evinin müəllim və şagirdlərini bir yerə toplayar və aktyorları, xüsusən də "Bozbaş Pictures"in Fəlakətini təqlid edib onları güldürərdi.

Bəzən də Şəhla xanım Əmrahın bir küncə çəkilib kövrəldiyini görərdi. Yaxına gedib onu bağrına basar, qara saçlarından öpüb: – Mənim ağıllı Qaraşıma nə olub yenə? – deyə könlünü almağa çalışardı. Əslində isə nə olduğunu yaxşı bilirdi. Yaxşı bilirdi ki, Uşaq evinin bütün sakinlərinin xiffəti, kədəri ev, ailə, ata-ana sevgisidir. Burada onların bu dərdlərinə nə qədər məlhəm olmağa çalışsalar da, reallıq öz reallığında qalırdı.

Bir neçə gündən sonra Əmrah Şəhla xanımı yeni fikri ilə təəccübləndirdi. Bəzən "ana", bəzən də "müəllimə" deyə müraciət etdiyi qrup rəhbərinin qarşısına keçib: – Bilirsən, Şəhla müəllimə, mənə elə gəlir ki, səni nə qədər çox sevdiyimi bilmirsən. İstəyirəm bunu sənə sübut edim, – dedi.

Əmrahın bu uşaq etirafı Şəhla xanım üçün maraqlı olduğu qədər də, gülməli göründü.

– Necə sübut etmək istəyirsən, oğlum? – gülümsəyərək soruşdu.

– Qoluma "ana" sözü döydürəcəm. Anasını çox sevən oğullar belə edir.

Şəhla xanım ciddiləşdi:

– Qətiyyən belə iş görmə. Bunu oğlunun sevgisinə inanmayan analar üçün edirlər. Sən mənim ağıllı balamsan, heç vaxt da məni çox istədiyinə şübhəm olmayıb.

– Yaxşı, döymə etdirmərəm.

– Bax ha, qolunda döymə görsəm sənə çox hirs­lənərəm.

– Döymə görməzsən, mənim tatlı annem, – deyib ana sevgisinin şəfqətindən siması nura boyanan Əmrah gülümsədi. Ürəyində isə bir az əvvəl qəti qərara gəldiyi fikrini necə həyata keçirə biləcəyini düşündü. Bu, elə bir yol olmalı idi ki, həm Şəhla müəlliməsinin sözündən çıxmamalı, həm də ona olan övladlıq sevgisinin möhürünü vurmalı idi.

(Ardı var)

Fərruxə Umarova



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

12.09.2026 / 23:08
Bakıda Günay Həsənovanın təqdimatında Master your makeup təlimi keçirildi

12.09.2026 / 22:14
İran ətrafındakı vəziyyət BRICS ölkələrini parçaladı - yekun bəyannamədə razılığa gələ bilmədilər…

12.09.2026 / 21:47
Rusiya Odessa limanında Ukrayna yük gəmisinə zərbə endirdi...

12.09.2026 / 21:35
Ukrayna Rusiyanın Qara dənizdəki “kölgə donanma”sını çökdürür - 10 həftədə 285 gəmi vurulub…

12.09.2026 / 21:04
"“Məğlublar tragikomedyası”na müəlliflik sizlərə nə verəcək?!” - Emil Rasimoğlu yazır..

12.09.2026 / 20:35
"Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır" - Hikmət Hacıyev

12.09.2026 / 20:10
Dörd ölkə Bakıda “Belem Missiyası 1.5” Troykasının mandatı üzrə məsləhətləşmə aparıb

12.09.2026 / 19:48
Dipkorpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatdı

12.09.2026 / 19:25
Ukrayna Rusiyanın Su-33 qırıcısı və 2 Mi-8 helikopteri vurdu…

12.09.2026 / 16:25
Kremldən Zelenskinin Putinlə görüş təklifinə reaksiya - Moskvaya gələ bilər…

12.09.2026 / 16:02
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar - FOTO

12.09.2026 / 15:37
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli sənədləri açıqladı - 11 sentyabr hücumları ilə bağlı ŞOK FAKTLAR ortaya çıxdı...

12.09.2026 / 15:21
Zelenski Putinə Mayamidə keçiriləcək G20 sammitində görüşməyi təklif etdi…

12.09.2026 / 14:48
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksində...

12.09.2026 / 14:26
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı "cəhənnəm" sanksiyalarını səsverməyə çıxarır…

12.09.2026 / 14:03
Lukaşenko ehtiyatları dollarda saxlamağın təhlükəli olduğunu deyir - Rusiyanın başına gətirilənlər…

12.09.2026 / 13:44
İraq İranla sərhəd bağladı və Səudiyyəyə hücum edənlərin axtarışına başladı...

12.09.2026 / 13:28
Hikmət Hacıyev saxta xəbərlər yayan xarici media qurumlarına çağırış etdi - gəlin öz gözlərinizlə görün... VİDEO

12.09.2026 / 13:15
Polşa xəbərdarlıq etdi – Rusiya Ukrayna ilə sərhəd keçid məntəqələrini vuracaq…

12.09.2026 / 12:53
Şirvanda mağazadan külli miqdarda pul oğurlayan şəxs tutuldu...

12.09.2026 / 12:30
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü...

12.09.2026 / 11:27
Diplomatlar Ağdərədə yerləşən Gəncəsər monastırını ziyarət etdi - FOTO

12.09.2026 / 10:56
Polis bir gündə 34 kiloqrama yaxın narkotik ələ keçirdi

12.09.2026 / 09:37
Putin Avropa ölkələrinə xəbərdarlıq etdi - Bu, Rusiya ilə müharibə deməkdir…

12.09.2026 / 09:23
Tramp-BCM qarşıdurması böyüyür – Təşkilat ABŞ-ın İT xidmətlərindən rəsmən imtina etdi…

12.09.2026 / 09:10
Modi ikinci dəfə Putini aqressiv müharibəni dayandırmağa çağırdı…

12.09.2026 / 07:26
Fransada Le Penin partiya liderinə sarımsaq atdılar

12.09.2026 / 07:13
İmamoğlu ailəsinin başına gətirilənlər şok etdi - oğul İmamoğlu nələr danışır…

11.09.2026 / 23:36
Qırmızı dənizdə gərginlik artır - Husilər Bab əl-Məndəb boğazına nəzarəti tam ələ keçirdi…

11.09.2026 / 23:10
Husilərin hərbi qələbəsindən sonra ABŞ admiral Kuperi təcili Səudiyyəyə göndərdi…

11.09.2026 / 22:53
Türkiyə BTC ilə neft nıəqlini ikiqat artırmağı təklif etdi - gündə 1 milyon barel…

11.09.2026 / 22:30
Səudiyyə husilərə qarşı müharibədə ABŞ-dan kömək istədi - Trampdan rədd cavabı gəldi…

11.09.2026 / 21:42
Rusiya Litvanı nüvə silahı ilə hədələdi - hədəfdə olacaqsız…

11.09.2026 / 21:27
Rusiyadan gələn “qanunsuz miqrantlar axını” Gürcüstanda çevriliş hazırlayır - iddia...

11.09.2026 / 21:10
Avropa Birliyi sentyabrın 15-də Ermənistanın taleyini həll edəcək...

11.09.2026 / 20:48
Tramp seçicilərin səsini pulla satın almağa başladı... hərəyə 5 min...

11.09.2026 / 20:31
Trampdan 11 sentyabr mesajı - o tarixi unutmayacağıq...

11.09.2026 / 20:26
Paşinyan 1 oktyabradək Elektrikşəbəkənin 100 faiz səhmlərini Karapetyandan müsadirə edəcək...

11.09.2026 / 20:23
Paşinyan Putini çox pis yerdə yaxaladı - Ermənistan Rusiyaya sanksiya tətbiq etdirə bilər...

11.09.2026 / 20:10
Putin qışda Ukraynanın enerji infrastrukturlarına yeni zərbə planları qurub...

11.09.2026 / 19:56
Rusiyada miqrantların işləməyən ailə üzvləri ölkədən qovulur - DİN başçısı Putinə hesabat verdi...

11.09.2026 / 19:40
"Qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq" - ABŞ Səfirliyi

11.09.2026 / 19:20
Paşinyan İran-Gürcüstan yolunun çəkilişini Makronla müzakirə edib...

11.09.2026 / 19:09
Diplomatik korpus nümayəndələri Şuşada... - YENİLƏNDİ

11.09.2026 / 19:03
İran ballistik raketlərin yeraltı istehsalını bərpa etdi -Tramp əndişələnib...

11.09.2026 / 18:45
Çindən İrana dəmiryolu daşımaları başladı - 14 günə 6 min kilometr...

11.09.2026 / 18:22
İran süni intellektlə minlərlə israillinin sirlərini əldə etdi - İsrail ŞOKDADIR...

11.09.2026 / 18:08
Tramp respublikaçı seçicilərə səsləndi - Səs verməsəniz cəhənnəmə gedəcəksiz...

11.09.2026 / 17:41
Həmidə Ömərova: "Namizədliyimi irəli sürməyə şərait yaradılmadı"

11.09.2026 / 17:25
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqləndi

11.09.2026 / 17:23
Xəzər dənizində böyük xarici neft şirkətləri ilə 5 milyard dollarlıq mübahisə başladı...

11.09.2026 / 17:11
Qarabağa diplomatik səfərlərin siyasi-tarixi və hüquqi əhəmiyyəti

11.09.2026 / 17:06
ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

11.09.2026 / 16:50
ABŞ Yaxın Şərqdəki hərbi bazalarını çıxartmağı müzakirə edir - İran şok yaşadır...

11.09.2026 / 16:34
Dövlət qurumunun adından istifadə edib 250 min manatlıq dələduzluq etdi, yaxalandı

11.09.2026 / 16:17
İqtisadi Şurada 2027-ci ilin büdcə layihəsi müzakirə olundu - FOTO

11.09.2026 / 15:56
"Aİ Qarabağda sülhün təmin olunmasına praktiki dəstək verməyə hazırdır" - Xüsusi nümayəndə

11.09.2026 / 15:42
Özəl məktəblərin təhsil haqqı ilbəil artır: valideynin şikayəti yenidən araşdırılacaq

11.09.2026 / 15:30
Tramp İranda rejim dəyişikliyi taktikasına yenidən qayıdır...

11.09.2026 / 15:21
Dipkorpus nümayəndələri Qarabağ Universitetində olublar

11.09.2026 / 15:09
"Azərbaycan və Ermənistan liderlərinin görüşü çox konstruktiv mühitdə keçdi" - Hikmət Hacıyev

11.09.2026 / 14:55
Xaçmazda narkotiklərlə bağlı 7 nəfər saxlandı

11.09.2026 / 14:48
Dələduzluqla onlayn kreditə görə vətəndaşı məsul tutmaq əvəzinə bank məsuliyyətini artırmaq olmazdı?..

11.09.2026 / 14:31
Ukrayna üzrə Rusiya-ABŞ danışıqlarının hansı ölkədə olmasının hansı(sa) önəmi var?..

11.09.2026 / 14:16
Pakistan husilərlə bağlı İrana mesaj göndərdi – onları dayandırın…

11.09.2026 / 14:03
92 min müəllimin maaşında artım olacaq - 10 faizdən 35 faizədək...

11.09.2026 / 13:49
"Qarabağda təxminən 100 min mülki şəxs yaşayır" - Hikmət Hacıyev

11.09.2026 / 13:46
Şəfiqə Məmmədova:"Bu vəzifə mənim üçün məsuliyyətdir"

11.09.2026 / 13:28
Şəfiqə Məmmədovanın vahid namizəd olması narazlıq yaradıb

11.09.2026 / 13:24
Hikmət Hacıyev: "Azərbaycanda 32-dən çox terror aktı törədilib"

11.09.2026 / 13:15
Rusiya və Türkiyə Qafqazda və Orta Asiyada “kənar qüvvələrə” qarşı birləşdilər...

11.09.2026 / 13:04
Prezidentin köməkçisi: "Mina insidenti bərpa və yenidenqurma səylərimizə mane olur"

11.09.2026 / 13:00
Şəfiqə Məmmədova AKİ sədri oldu

11.09.2026 / 12:55
"İşğal illəri ərzində Azərbaycanın mədəni irsi dağıntılara məruz qalıb" - Hikmət Hacıyev

11.09.2026 / 12:51
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir

11.09.2026 / 12:41
Ukrayna Saratovda neft emalı zavodunu və “Ozon” mərkəzini vurdu… - VİDEO

11.09.2026 / 12:28
Formula 1-in hazırlıq müddəti 12 aydan 4 aya endirildi...

11.09.2026 / 12:17
Corc Buş 11 sentyabr hücumlarından sonrakı ilk saatlardan danışdı - o an mən müharibə dövrünün prezidenti oldum…

11.09.2026 / 12:10
Diplomatik korpus nümayəndələri Xankəndi Mədəniyyət Mərkəzində...

11.09.2026 / 12:02
Eldəniz Quliyev:"Həmidə Ömərovanı dəstəkləyirəm"

11.09.2026 / 11:48
Oman sahillərində daha iki gəmi vuruldu…

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ