İrana hücumların başlanğıcından bəri ABŞ ordusu mindən çox JASSM qanadlı raketi ataraq illik istehsal limitini aşıb.
Bu barədə “Bloomberg”-in xəbərində deyilir.
Xəbərə görə, ABŞ artıq İrana hücumlarda bahalı JASSM qanadlı raketlərinin bütün illik tədarükünü xərcləyib.
“ABŞ həmçinin hər biri 1,5 milyon dollara başa gələn mindən çox JASSM raketi atıb”- xəbərdə deyilir.
Agentliyin məlumatına görə, Lockheed Martin ildə yalnız 860 belə raket istehsal etmək iqtidarındadır. Buna görə də, əməliyyat zamanı sursat istehlakı ABŞ müdafiə sənayesinin istehsal gücünü xeyli üstələyir.
The Intercept əvvəllər Vaşinqtonun İrana qarşı hərbi əməliyyat üçün potensial xərclərini trilyonlarla dollar qiymətləndirmişdi. Nəşrin mənbələrinə görə, maliyyə yükü təkcə hazırkı Amerika vergi ödəyicilərinin deyil, həm də gələcək nəsillərin üzərinə düşə bilər.
SAMİRƏ