Avstraliya İran ətrafında münaqişənin eskalasiyası qorxusu ilə Yaxın Şərqə elit SAS xüsusi təyinatlı qüvvələr bölməsi göndərib.
“The Daily Telegraph" bu barədə məlumat verərək, yerləşdirmənin ictimaiyyətə açıqlamadan həyata keçirildiyini qeyd edib.
Nəşr mənbələrə istinadən bölmənin, ehtimal ki, Birləşmiş Ərəb Əmirliklərindəki Əl-Minhad hava bazasında yerləşdiyini yazır, lakin yerləşdirmənin dəqiq yeri və təfərrüatları açıqlanmır.
"The Daily Telegraph" onu da qeyd edir ki, yerləşdirilən qüvvələr döyüş əməliyyatlarında iştirak etmək üçün nəzərdə tutulmayıb. Onların əsas vəzifəsi təhlükəsizliyi təmin etmək və ehtimal ki, diplomatik missiya heyəti üçün təxliyə əməliyyatları aparmaqdır.
SAMİRƏ