Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydasında dəyişiklik edilib. Trend-in məlumatına görə, sığorta haqqı məbləği hesablanarkən avtonəqliyyat vasitəsinin istifadə təyinatına görə əmsal (AİTƏ) da tətbiq olunacaq.
Belə ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan bir illik sığorta haqqı məbləği baza sığorta haqqı məbləğinə müəyyən edilmiş əmsallar tətbiq olunmaqla aşağıdakı qaydada hesablanacaq:
Yuxarıdakı abreviaturalar aşağıdakı mənaları ifadə edir:
Avtonəqliyyat vasitəsi taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün istifadə edildikdə müvafiq əmsalların tətbiqi ilə hesablanan sığorta haqqı baza sığorta haqqı ilə avtonəqliyyat vasitəsinin növünə görə müəyyən edilən əmsalın hasilinin 5 mislindən çox ola bilməz.
Məlumat üçün bildirək ki, baza sığorta haqqı 50 manat məbləğində müəyyən olunub.
Qeyd edək ki, daha əvvəl sığorta haqqı məbləği hesablanarkən avtonəqliyyat vasitəsinin istifadə təyinatına görə əmsal tətbiq edilmirdi.