İran hökuməti, Şiraz üzərində vurulan və BƏƏ və Səudiyyə Ərəbistanı tərəfindən də istifadə edilən pilotsuz təyyarənin bu ölkələrin ABŞ-İsrail hücumlarında birbaşa iştirakının yeni sübutu ola biləcəyini bildirərək onlardan izahat tələb edib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bekayi, dünən İranda vurulduğu açıqlanan və Çin istehsalı olan Wing Loong II modeli olduğu ortaya çıxan pilotsuz təyyarənin bölgə ölkələri tərəfindən göndərilmiş ola biləcəyini deyib: "Bu pilotsuz təyyarənin qalıqları bəzi ölkələrin İsrail və Amerika rejimləri tərəfindən İran xalqına qarşı törədilən təcavüz və digər cinayətlərdə birbaşa iştirakının yeni bir sübutu ola bilər. Regionda bu cür pilotsuz təyyarələrin sahibi və istifadəçisi hesab edilən hər iki ölkə bununla bağlı izahah verməlidir".
İranın hava hücumundan müdafiə qüvvələri tərəfindən Şiraz yaxınlığında vurulan PUA-nın əvvəlcə Amerika MQ-9 modeli ola biləcəyi deyilirdi. Lakin, qalıqları araşdırdıqdan sonra məlum olub ki, vurulan təyyarə Amerika MQ-9 təyyarəsi deyil, Səudiyyə Ərəbistanı və BƏƏ tərəfindən də istifadə edilən Çin istehsalı olan Wing Loong II təyyarəsidir.
Tahir TAĞIYEV