İranın Bəndər Abbas limanındakı vəziyyət üzündən Ermənistana gedən konteynerlər yoxa çıxıb.
Ermənistan Respublikası Ticarət və Sənaye Palatasının vitse-prezidenti Karen İvanov NEWS.am-a verdiyi müsahibədə bildirib ki, hazırda onların harada olduğu barədə heç bir məlumat əldə etmək mümkün deyil.
Onun sözlərinə görə, ola bilsin ki, hər şey qaydasındadır və konteynerlər hələ Bəndər Abbasdadır.
“Lakin bu konteynerlərin artıq mövcud olmaması da mümkündür. İranla əlaqə qurmaq faktiki olaraq mümkün deyil", - İvanov qeyd edib.
SAMİRƏ